Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1053/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Hacıyev Nicat mübariz oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, “Azərbaycan DRES”-də əmək fəaliyyəti müddətini və həmin müddətin 12 il 6 aydan çoxunu əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmasını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının işlədiyi peşənin müvafiq 2 saylı Siyahıda nəzərdə tutulmaması, buna görə də iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışlarında qeyd edilmişdir ki, xx.xx.1961 cı il təvəllüdlü İddiaçı xx.xx.1986-cı il tarixdən 31,07.1986-cu il tarixədək “Azərbaycan DRES”-nin Elektrik sexində 3-cü, 4-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. (Əmr-29 nömrəli xx.xx.1986-cü il tarixli). xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.(Əmr 760,xx.xx.1986-ci il tarixli) işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdən yenidən “Azərbaycan DRES”-nin Elektriki sexində 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edimişdir. (Əmr-06 nömrəli xx.xx.1991 -ci il tarixli). xx.xx.1991-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli elektrik çilingəri (Əmr-71/k nömrəli), xx.xx.1991-ciil tarixindən xx.xx.1995-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli elektrik çilngəri vəzifəsində, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixədək həmin sexdə 6-ci dərəcəli elektrik çilngəri vəzifəsində işləmişdir. xx.xx.1995-ci il tarixindən xx.xx.1999-ci il tarixədək Elektrik və İstilik X1 Quraşdırılması və Sazlanması sexinə 3-cü qrup usta vəzifəsində (Əmr-102 nömrəli xx.xx.1995-ci il tarixli) ,xx.xx.1999-ci il tarixindən xx.xx.2005-ci il tarixədək Elektrik və İstilik X1 Quraşdırılması və Sazlanması sexində 1 -ci qrup usta (Əmr-22/k nömrəli xx.xx.1999-cu il tarixli) vəzifəsində işləmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq 13.06,.2005-ci il tarixindən xx.xx.2009-cu il taxinədək Elektrik sexinə Elektrotexniki laboratoriyanın“Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu”nda aparıcı mühəndis (Əmr-191/ş nömrəli xx.xx.2005-ci il tarixli) vəzifəsində,xx.xx.2009-cu il tarixindən hal-hazıradək Elektrik sexinin Elektotexniki aboratoriyasının “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu”nda 1 -ci qrup böyük usta Əmr-212/ş nömrəli xx.xx.2009-cu il tarixli) vəzifəsində işləyir. İddiaçı xx.xx.1986-cı il tarixdən 31,07.1986-cu il tarixədək və xx.xx.1991 -ci il tarixdən hal hazıradək əmək funksiyalarını ağır və zərərli iş şəraitində yerinə yetirmişdir.Bələ ki, İddiaçı əmək funksiyalarını enerji bloklarının Qazan-turbin sexinin, Kimya sexinin, Yanacaq Nəqliyyat sexinin ərazisində yerləşən elektrik avadanləqlarını, elektrik mühərriklərinin və onları qidalandıran kabellərdə ölçmə-sınaq işlərini, eyni zamanda birbaşa Qazan Turbin sexində yerləşən generatorların stator və rotor dolaqlarında və xüsusi sərfiyyat transformatorlarında ölçmə-sınaq işlərini yerinə yetirmişdir. İddiaçı xidmət dairəsi cox genişdir. O,eyni zamanda əmək funksiyalarının əksəriyyətini stansiyanın ərazisində yerləşən APQ-330/500 KV-luq (X3) yarim stansiyada yerinə yetirir. Belə ki, həmin yarımstansiyada yerləşən bölüşdürücü qurğularda, yüksək gərginlikli eleqaz açarların, ayırıcıların, reaktorların, cərəyan və gərginlik transformatorlarının və avtotransformatorlarda, transformator və turbin yağlarında profilaktik ölçmə-sınaq işlərini yerinə yetirir. APQ-330/500 KV-luq (X3) yarim stansiyada əmək funksiyalarını güclü maqnit və gərginlik sahəsi olan iş şəraitdə yerinə yetirir. Belə ki, , İddiaçı işlədiyi müddət ərzində 06.01,1986-cı il tarixdən xx.xx.1986-cu il tarixədək və xx.xx.1991 -ci il tarixdən hal hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəsizlik sinfi, toz,havanın hərəkət surətinin,iş yerində havanın temperaturun normada yüksək, nisbi rütubətin normadan yuxarı olması, titrəmə, səs-küy, karbon qazı, əməyin ağırlığı, yeknəsəklikyi.(monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət aylıq məvacibinin12 və 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. “Azərenerji“ ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES”- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “Azərenerji" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət-Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.1986-cü il tarixdən xx.xx.1986-cu il tarixədək elektik monyoru, xx.xx.1991-ci il tarixindən - xx.xx.2005-ci il taxinədək və xx.xx.2009-cu il tarixindən hal hazıradək tutduğu elektrik çilingəri, usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24- cü bilməsinin Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndə qazanxana,turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin(vəzifə kodu 2140000a- 18455). gərginlik altında olan 330 kv və yüksək gərginlikli bğlüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19834,), gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri(nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19923,) və b) yarımbəndində avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar(qazanxana, turbin (buxar-qaz-turbin) yanacaq ötürmə, tozhazırlama (vəzifə kodu 2140000İ-23362) vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Həmin sahədə iş stajı 27 il 05 ay təşkil edir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Azərbaycan DRES”-nin Elektril evində elektrik mantyoru vəzifəsində işləmişdir (Əmr № 29, xx.xx.1986). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: Elektrik sexi İşlədiyi vəzifə: 3 və 4-cü dərəcəli elektrik montyoru vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): enerji bloklarının, Qazan-turbin Kimya, Yanacaq Nəqliyyat sexlərində yerləşən elektrik avadanlıqları, elektrik mühərrikləri və onları qidalandıran kabellərdə ölçmə-sınaq işləri, onların quraşdırılması və təmiri, eyni zamanda birbaşa Qazan-turbin sexində yerləşən generatorların stator və rotor dolaqlannda və xüsusi sərfıyyat transformatorlarında ölçmə-sınaq işləri. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 26-cı abzasına - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur. xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək həmin sexdə 4, 5 və 6-cı dərəcəli elektrik cilingəri vəzifəsində (Əmr№ 06, xx.xx.1991). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: Elektrik sexi İşlədiyi vəzifə: 4, 5 və 6-cı dərəcəli elektrik çilingəri vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): enerji bloklarının, Qazan-turbin, Kimya, Yanacaq Nəqliyyat sexlərində yerləşən elektrik avadanlıqları, elektrik mühərrikləri və onları qidalandıran kabellərdə ölçmə-sınaq işləri, onların quraşdırılması və təmiri, eyni zamanda birbaşa Qazan-turbin sexində yerləşən generatorların stator və rotor dolaqlarında və xüsusi sərflyyat transformatorlarında ölçmə-sınaq işləri. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısi'nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 26-cı abzasına - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur. xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərbaycan DRES”-nin Elektrik və istilik X1 Quraşdırılması və Sazlanması sexində 3-cü və 1-ci qrup usta vəzifəsində (Əmr № 102, xx.xx.1995). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: Elektrik və İstilik X1 Quraşdırılması və Sazlanması sexi İşlədiyi vəzifə: 3-cü və 1 -ci qrup usta vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): enerji bloklarının, Qazan-turbin, Kimya, Yanacaq Nəqliyyat sexlərində yerləşən elektrik avadanlıqları, elektrik mühərrikləri və onları qidalandıran kabellərdə ölçmə-sınaq işləri, onların quraşdırılması və təmiri, eyni zamanda birbaşa Qazan-turbin sexində yerləşən generatorların stator və rotor dolaqlarında və xüsusi sərfıyyat transformatorlarında ölçmə-sınaq işləri. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “b” bəndinin 4-cü abzasına - avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə uyğundur. xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Azərbaycan DRES”-nin Elektrik Sexində Elektrotexniki laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupunda” aparıcı mühəndis vəzifəsində (Əmr № 191/ş, xx.xx.2005). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: X2 laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu” İşlədiyi vəzifə: aparıcı mühəndis vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): APQ-330/500 KV-luq (X4) yarımstansiyada yerləşən bölüşdürücü qurğularda, yüksək gərginlikli eleqaz açarların, ayırıcıların, reaktorların, cərəyan və gərginlik transformatorlarında və avtotransformatorlarda, transformator və turbin yağlarında profilaktik ölçmə-sınaq işləri. APQ^A 330/500 KV-luq (X4) yarımstansiyada əmək funksiyaları güclü maqnit və gərginlik sahəsi olan iş şəraitində yerinə yetirilir. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 35 və 37-ci abzaslarına - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələrinə uyğundur. xx.xx.2009-cu il tarixdən hal-hazıradək “Azərbaycan DRES”-nin X2 laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupunda” 1-ci qrup böyük usta vəzifəsində (Əmr № 212/ş, xx.xx.2009). Müəssisənin fəaliyyət istiqaməti: Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı İstehsalat sahəsi: X2 laboratoriyanın “Yüksək gərginliklərin sınaq və profilaktikası qrupu. İşlədiyi vəzifə: 1-ci qrup böyük usta vəzifəsi Həyata keçirdiyi işin xarakteri (yerinə yetirdiyi işlər): APQ-330/500 KV-luq (X4) yarımstansiyada yerləşən bölüşdürücü qurğularda, yüksək gərginlikli eleqaz açarların, ayırıcıların, reaktorların, cərəyan və gərginlik transformatorlarında və avtotransformatorlarda, transformator və turbin yağlarında profilaktik ölçmə-sınaq işləri. APQ-330/500 KV-luq (X4) yarımstansiyada əmək funksiyaları güclü maqnit və gərginlik sahəsi olan iş şəraitində yerinə yetirilir. Tutduğu vəzifənin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahıya uyğunluğu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 35 və 37-ci abzaslarına - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələrinə uyğundur. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək və xx.xx.1991-cı il tarixdən hal-hazıradək işlədiyi müddət ərzində zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3 - təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, toz, havanın hərəkət surətinin və iş yerində havanın temperaturunun normadan yüksək, nisbi rütubətin normadan yuxarı olması, karbon qazı, əməyin ağırlığı, yeksənəkliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olan iş şəraitində işləmişdir. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində hər ay aylıq məvacibinin 8 və 12% miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən əmək məzuniyyətinə 6 təqvim günü ödənişli əlavə məzuniyyət verilmişdir. İddiaçı zərərli iş şəraitində işlədiyi iş stajı 31 il 07 ay 25 gün təşkil edir. Arayış müvafiq peşələr üzrə vəzifə təlimatları, sexlərin əsasnamələri, texniki istismar qaydaları, əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsi və enerji blokunun avadanlıqlarının texniki xarakteristikaları əsasında tərtib edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının xx.xx.2006-cı ilədək ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı tamamlanmadığından, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlandığından, iddiaçıya qüvvədə olan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq pensiya təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı 60 yaşına çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. İddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 31 il 07 ay 25 gün müddətində güzəştli şərtlərələ yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur. Məhkəmə hesab edir ki, iddiaçının, xx.xx.1986-cü il tarixdən xx.xx.1986-cu il tarixədək elektik monyoru, xx.xx.1991-ci il tarixindən - xx.xx.2005-ci il taxinədək və xx.xx.2009-cu il tarixindən hal hazıradək tutduğu elektrik çilingəri, usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24- cü bilməsinin Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndə qazanxana,turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin(vəzifə kodu 2140000a- 18455). gərginlik altında olan 330 kv və yüksək gərginlikli bğlüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19834,), gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri(nominal gərginlik altında olan) vəzifəsinin (vəzifə kodu 2140000a-19923,) və b) yarımbəndində avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar(qazanxana, turbin (buxar-qaz-turbin) yanacaq ötürmə, tozhazırlama (vəzifə kodu 2140000İ-23362) vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Bundan başqa işdə olan, güzəştli arayışdan da görünür ki, iddiaçının işlədiyi vəzifə üzrə 8 saatlıq iş günü ərzində səs-küy, qaynaq tozu faktorları mövcud olmuş, iddiaçıya süd və süd məhsulları, əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə, iddiaçıya, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.