Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1054/2020 02.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi X1rşı “xx.xx.1979-cu il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dövrün ümumi əmək stajını əsas götürməklə və güzəştli şərtlərin xx.xx.1982-ci il tarixdən xx.xx.2015-ci il tarixədək daxil olmasını nəzərə almaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1979-cu il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dövrün ümumi əmək stajını əsas götürməklə və güzəştli şərtlərin xx.xx.1982-ci il tarixdən xx.xx.2015-ci il tarixədək daxil olmasını nəzərə almaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, güzəştli şərtlərlə pensiya təyinini Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsi həyata keçirir. İddiaçı məhkəmənin dəftərxanasına xx xxxx 2020-ci il tarixdə daxil olan ərizəsində hazırkı işin Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini qeyd etmiş və işin aidiyyəti üzrə həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli yardım məktubu ünvanlanaraq, iddia ərizəsi üzrə işin aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi üçün cavabdeh kimi qeyd etdiyi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Mingəçevir şəhər şöbəsini əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsi kimi qeyd etməyiniz təklif olunmuşdur. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli iddia ərizəsində dəqiqləşmə apararaq cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsini qeyd etmiş və “xx.xx.1979-cu il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dövrün ümumi əmək stajına daxil edilməsi və xx.xx.1982-ci il tarixdən xx.xx.2015-ci il tarixədək daxil olmasını nəzərə almaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi inzibati orqan kimi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi X1rşı yönəlmişdir və iddia öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsininhüquqi ünvanı olan Z.Bünyadov 43, Binəqədi rayonu Bakı şəhəri ərazisində yerləşdiyindən mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarında Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi X1rşı “xx.xx.1979-cu il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dövrün ümumi əmək stajına daxil edilməsi və xx.xx.1982ci il tarixdən xx.xx.2015-ci il tarixədək daxil olmasını nəzərə almaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi X1rşı “xx.xx.1979-cu il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dövrün ümumi əmək stajına daxil edilməsi və xx.xx.1982-ci il tarixdən xx.xx.2015-ci il tarixədək daxil olmasını nəzərə almaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1054/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1054/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver