Məhkəmə qərarları › İş №2-1(116)-1054/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1054/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1054/2025 05.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, ev 14, mənzil 6) cavabdeh – Cavabdehnə (yerləşdiyi yer: Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13) (üçüncü şəxslər – X7, X8, X5 inzibati məhkəmə icraatına cəlb olunmaqla) qeydiyyat ünvanı: ünvan 1ə qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 2 etdi: Təsviri hissə : Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 14 saylı evin 6 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Sözügedən mənzil dövlət mənzil fondundan orada yaşayan yetkinlik yaşına çatmış şəxslərin razılığı ilə 2016-cı ildə onun adına özəlləşdirilmişdir. İddiaçının həmin mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 iyul 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X7 iddiaçının qardaşı X6 ilə 2 dekabr 2015-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan onların iki övladı – 2017-ci il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X5 doğulmuşdur. X7 adıçəkilən övladları ilə birlikdə əri X1 qeydiyyatda olduğu ünvana qeydiyyata alınmışlar. ünvan 3 avqust 2021-ci il tarixli qətnaməsi ilə X7 ilə X6 arasında bağlanmış 2 dekabr 2015-ci il tarixli nikah pozulmuş, onların birgə nikahından doğulmuş övladları 2017ci il təvəllüdlü X4 və 2019-cu il təvəllüdlü X2 anası X3 yanında qalması müəyyən olunmuşdur. İddiaçı mənzilin mülkiyyətçisi kimi X3 və onun iki yetkinlik yaşına çatmamış övladının həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə ərizə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən 9 avqust 2024-cü il tarixli məktubla iddiaçının qaldırdığı həmin məsələnin həllindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan mənzildən həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə iddia qaldıraraq Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki, Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 14 saylı evin 6 saylı mənzili onun mülkiyyətindədir. X7, X8 və X5 həmin mənzildə qeydiyyatdadırlar. Onlar həmin mənzildə yaşamırlar, onların qeydiyyatı formal xarakter daşıyır. Bu qeydiyyat iddiaçının mülkiyyətində olan mənzil üzərində hüquqlarını məhdudlaşdırır. İddiaçı Cavabdeh imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan Cavabdeh iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin 6 sentyabr 2024-cü il tarixli qərardadı ilə X7, X8 və X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər (nümayəndə vasitəsilə təmsil olunmamışlar). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh inzibati orqan Cavabdeh tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Cavabdeh Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə Cavabdeh yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən ərizəsində adı göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktubu ilə ünvan 6 özəlləşdirilməsi ilə bağlı sənədlərin, həmin mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 14 iyul 2016-cı il tarixli (********** qeydiyyat nömrəli) reyestrdən çıxarışın surətləri təqdim olunmuş və bildirilmişdir ki, X3, X4 və X2 Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 14 saylı evin 6 saylı mənzili üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinin üçüncü və dördüncü hissələrinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 14 saylı evin 6 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur və onun bu hüququnun yaranmasının əsası kimi mənzilin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəalarına uyğun olaraq, dövlət mənzil fondundan orada yaşayan yetkinlik yaşına çatmış şəxslərin razılığı ilə iddiaçının adına özəlləşdirilməsi çıxış edir. Nəzərə alınmalıdır ki, aidiyyəti qeydiyyat orqanından alınmış müvafiq sənədlərə əsasən mənzil özəlləşdirilərkən iddiaçının qardaşı X6 orada yaşayan şəxs kimi müvafiq razılıq ərizəsi vermişdir, lakin sonuncunun mənzilə hüququ olub-olmamasından asılı olmayaraq onunla bağlanmış nikah pozulduğundan, X3 mənzilə hər hansı hüququ mövcud olmur. X3 yetkinlik yaşına çatmayan övladlarının yaşayış yerinə gəldikdə isə, müvafiq məhkəmə qətnaməsi ilə onların anasının (X3) yanında qalması müəyyən olunmuşdur. Aidiyyəti qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən alınmış sorğuya cavabda da həmin şəxslərin sözügedən mənzilə istifadə hüquqlarının qeydiyyata alınmadığı təsdiqini tapır. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iddiaçının hazırda mülkiyyətində olan mənzilə dair hüquqlarının mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxslər (nümayəndələri) tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Cavabdeh İddiaçı müraciəti üzrə həmin şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X3, X4 və X2 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 14 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X3, X4 və X2 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, 14 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 8legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar