Məhkəmə qərarları › İş №2-1(116)-1055/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1055/2020

25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1055/2020 25.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin özbaşınalığına son qoyulması və stajınının təsdiq olunması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin özbaşınalığına son qoyulması və stajınının təsdiq olunması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.2-ci və 46.1.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, habelə iddiaçının (ərizəsinin) tələbi göstərilməlidir. Lakin İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqanın adı və hüquqi ünvanı göstərilməmiş, həmçinin onun tələbi qeyri-müəyyən cümlə (DSMF-nin Ağdaş rayon şöbəsinin özbaşınalığına son qoyulması və stajının təsdiq olunması) ilə ifadə olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli məktubu ilə həmin formal xətalar iddiaçının diqqətinə çatdırılmış,onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş, 14.06.2020-ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin təyin olunmuş müddət ərzində iddiaçı nə formal xətaları aradan qaldırmamış, nə də məhkəmənin məktubuna cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsidə deyilir ki, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin özbaşınalığına son qoyulması və stajınının təsdiq olunması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar