Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-106/2021 02.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının prosessual hüquqi varisi X2, Üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Balakən rayonu Qabaqçöl bələdiyyəsinə qarşı (üçüncü şəxs: X5 hüquqi varisi X12) “Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli, 02 saylı protokol qərarının, habelə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx xxxx 2002-ci il tarixli, 3 nömrəli sərəncamının etibarsız sayılması (etibarsızlığın tanınması)” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi və Balakən rayonu Qabaqçöl qarşı (üçüncü şəxs: X5 hüquqi varisi X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli, 02 saylı protokol qərarının, habelə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx xxxx 2002-ci il tarixli, 3 nömrəli sərəncamının etibarsız sayılması (etibarsızlığın tanınması), onun əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və S.H.Eminova verilmiş xx xxxxxxx 2002-ci il tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evi və həmin evin yerləşdiyi xüsusi mülkiyyətində olan 0,0699 ha torpaq sahəsi var. 2002-ci il tarixdə X13 iddiaçıya məxsus torpaq sahəsindən icarəyə torpaq götürmək istədiyini, icarəyə götürəcəyi torpaq sahəsinə görə icarə haqqı olaraq ayda 50 (əlli) min manat məbləğində pul vəsaitinin icarə haqqı kimi ödəyəcəyini və icarəyə götürdüyü torpaq sahəsində ticarət obyektinin tikəcəyini, əgər ticarət obyektini işlədə bilməzsə öz şəxsi vəsaiti hesabına dağıdaraq aparacağını bildirmişdir. Beləliklə xx xxxxxx 2002-ci il tarixdə iddiaçı ilə Sədrəddin Eminov arasında razılıq əldə olunmuş, Sədrəddin Eminov, iddiaçı və şahidlərin iştirakı ilə iddiaçıya məxsus torpaq sahəsindən 50 (əlli) m2 ayrılaraq icarə sənədi bağlanmışdır. 2019-cu ildə iddiaçı Balakən Rayon Məhkəməsinə müraciət edib üçüncü şəxsə qarşı torpaq sahəsindən çıxarılma barədə qərar qəbul edilməsini xahiş etmiş və araşdırma nəticəsində ona məlum olmuşdur ki, Sədrəddin Eminov ona məxsus olan torpaq sahəsini icarəyə götürməsinə baxmayaraq bələdiyyə vasitəsi itə iddiaçıya məxsus otan torpaq sahəsini özgəninkiləşdirmişdir. Belə ki, xx xxxxxx 2002-ci il tarixdə iddiaçı ilə X13 arasında icarə barədə razılaşmadan sonra xx xxxxxx 2002-ci it tarixdə Qabaqçöl bələdiyyəsi heç bir səlahiyyəti olmadan iclas keçirərək iddiaçıya məxsus torpaq sahəsindən Sədrəddin Eminova çörək sexi tikmək üçün 50 (əlli) m2 torpaq sahəsinin ayrılması üçün sərəncam verməsini qərara almışdır. Bundan sonra Qabaqçöl bələdiyyəsinin sədri A.Papayev xx xxxx 2002-ci il tarixli, 3 nömrəli sərəncam qəbul edərək səlahiyyəti olmadan torpaq sahəsinin mağaza binası tikilməsi üçün ayrılmasını qərara almış və bununla səlahiyyəti olmadan bir şəxsə məxsus torpaq sahəsinin digər şəxs tərəfindən özgəninkiləşdirilməsinə dair sərəncam vermiş olmuşdur. Qeyd olunan sənədlərin əsasında X13 iddiaçıya məxsus torpaq sahəsini öz adına tam mülkiyyət huququ ilə keçirərək Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 309 reyestr nömrəsi ilə qeydə aldırmış və Sədrəddin Həmzətova xx xxxxxxx 2002-ci tl tarixli 309 nömrəli Qeydiyyat vəsiqəsi və qeyri-yaşayış binasının texniki pasportu verilmişdir. İddiaçının vəkili Tural Əfəndizadə məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış, DƏDRX-nin 18 saylı Ərazi İdarəsini cavabdeh sırasından çıxarışmış və “Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli, 02 saylı protokol qərarının, habelə Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx xxxx 2002-ci il tarixli, 3 nömrəli sərəncamının etibarsız sayılması (etibarsızlığın tanınması)” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qabaqçöl bələdiyyəsi iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixində ölmüş İddiaçı prosessual hüquq varisi X2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının prosessual hüquqi varisi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan A seriyalı 161642 nömrəli Plan və ölçü sənədinin surətindən görünür ki, Balakən rayon AİK-nın xx.xx.2009-cu il tarixli 01 nömrəli qərarı ilə 699.07 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və Dövlət torpaq Kadastrı kitabında xx.xx.2009-cu il tarixdə uçota alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 215 inventar nömrəsi olan Texniki pasportun surətindən görünür ki, Balakən rayonu, Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi 0.0699 hektardır və həmin ərazi naturada 0.23 hektar təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, cavabdeh X4 mərhum atası X5 mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 50 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyriyaşayış binası İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 0.0699 hektar torpaq sahəsinin 38 kv.m hissəsində yerləşir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-24/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Qabaqçöl bədiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Balakən rayon Qabaqçöl bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 02 nömrəli məktubda qeyd edilir ki, 2002-ci ilə aid iclas protokolunun sənədləri Balakən rayon Arxivinə verilmişdir. İş materiallarında olan Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 59 nömrəli arxiv arayışından müəyyən edilir ki, Qabaqçöl bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 02 saylı protokoluna əsasən İddiaçı (arayışda soyadı Şuxuyev olaraq qeyd edilmişdir) həyətyanı torpaq sahəsindən Eminov Sədrəddinə çörək sexi tikmək üçün 50 m2 torpaq sahəsinin ayrılması üçün sərəncam verilmişdir. İş materiallarında olan Balakən rayon Dövlət Arxivinin eyni tarixli və nömrəli digər arxiv arayışından müəyyən edilir ki, Qabaqçöl bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 nömrəli sərəncamına əsasən Talalar kənd sakini X9, İddiaçı həyətyanı torpaq sahəsindən mağaza binası tikmək üçün torpaq sahəsinin ayrılması haqqında tərəflərin ərizəsinə əsasən iddiaçıya məxsus həyətyanı torpaq sahəsindən 50 m2 torpaq sahəsi azaldılaraq mağaza binasl tikmək üçün S.H.Eminovun adına keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 64 nömrəli arayışından müəyyən edilir ki, 1974-1976-cı illər üzrə təsərrüfatbaşına kitablarına əsasən iddiaçı ailə baçısı olmaqla həyat yoldaşı və iki qızı mülkdə qeydiyyatda olmuşlar. Cəmi torpaq sahəsi 0.07 ha, yaşayış evi 2018-ci ildə tikilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, 0.0699 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2002-ci il tarixli 3 nömrəli sərəncamının surətində görünür ki, həmin sərəncama əsasən iddiaçıya məxsus torpaq sahəsindən 50 m2 torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün S.H.Eminovun adına keçirilmiş və bunun əsasında inventar nömrəsi 5xx xxxx 2002-ci ilin oktyabr ayında Texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyətinin başçısı aparatının xx.xx.2020-ci il tarixli 03-1850 nömrəli məktubunda qeyd edilir ki, X13 tərəfindən Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində yerləşən 50 m2 torpaq sahəsində mağaza binasının inşasına icazə verilməsi ilə bağlı RİH-nə heç bir müraciət daxil olmayıb. İş materiallarında olan 420752 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1942-ci ildə Balakən rayonunda anadan olmuşdur. İş materiallarında olan 119177 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 037521 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qabaqçöl qəsəbə İƏD xx.xx.2021-ci il tarixli, 27 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş və mərhumun varisləri arasında X1 adı qeyd edilmişdir. İş materiallarında olan 448305 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 xx.xx.1974-cü il tarixdə anadan olmuş, atası İddiaçı və anası X3r. İş materiallarında olan Qabaqçöl qəsəbə icra nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 28 nömrəli arayışından müəyyən edilir ki, hal-hazırda iddiaçının təsərrüfatına qızı X2 baxır və təsərrüfat onun istifadəsindədir. İş materiallarında olan 192861 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 272914 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X12 xx.xx.1981-ci il tarixdə Balakən rayonunda anadan olmuş, atası X13, anası X11r. Əsaslandırma hissəsi: Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarının etibarsız hesab edilməsini xahiş edir. müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddian mümkündür və qismən əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı cavabdehin qərar və sərəncamının etibarsız hesab edilməsini xahiş edir. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan biri, yəni müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hazırkı işdə mövcud olduğundan qərarın və sərəncamın etibarsızlığına dair tələb əsaslı hesab edilməlidir. İddiaçının etibarsızlığını tələb etdiyi bələdiyyə qərarı və sərəncamı yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmamışdır. Bələdiyyə heç bir səlahiyyəti olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsini qərar əsasında 3-cü şəxsə vermiş, həmçinin həmin torpaq sahəsinin üzərində mağaza binasının tikilməsi barədə sərəncam vermişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı 3-cü şəxsə özünə məxsus olan torpaq sahəsindən 50 kv.m hissəni icarəyə vermiş, tərəflər arasında bununla bağlı sadə yazılı əqd bağlanmışdır. Onların arasında bağlanan əqd notarial qaydada təsdiqlənməsə də, 3-cü şəxs həmin əqd əsasında həmin torpaq sahəsindən istifadə etmişdir. Bununla belə 3-cü şəxs cavabdeh olan bələdiyyəyə müraciət etmiş, bələdiyyə də öz növbəsində mülkiyyətində olmayan və qanunvericiliklə onun səlahiyyət sferasına aid olmayan qərar qəbul etməklə iddiaçının mülkiyyət hüququna müdaxilə etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, X4 mərhum atası X9 bələdiyyə qərarı ilə ayrılmış 50 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qabaqçöl kəndində yerləşən 0.0699 hektar torpaq sahəsinin 38 kv.m hissəsində yerləşir. Ona görə məhkəmə hesab edir ki, mübahisəli xx.xx.2002-ci il tarixli, 02 saylı protokol qərarı İddiaçı həyətyanı torpaq sahəsindən X9 mağaza binası tikmək üçün 50 kv.m ayrılması barədə sərəcam verilməsi hissəsində və Balakən rayonu Qabaqçöl bələdiyyəsinin İddiaçı məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün X5 adına keçirilməsi barədə xx.xx.2002-ci il tarixli 3 saylı sərəncamı İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m hissədə etibarsız hesab olunmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Balakən rayonu Qabaqçöl bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 02 saylı protokol qərarı İddiaçı həyətyanı torpaq sahəsindən X9 mağaza binası tikmək üçün 50 kv.m ayrılması barədə sərəcam verilməsi hissəsində və Balakən rayonu Qabaqçöl bələdiyyəsinin İddiaçı məxsus həyətyanı torpaq sahəsindən 50 kv.m torpaq sahəsi azaldılaraq mağaza binası tikmək üçün X5 adına keçirilməsi barədə xx.xx.2002-ci il tarixli 3 saylı sərəncamı İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 38 kv.m hissədə etibarsız sayılır. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-106/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-106/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver