Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1062/2021 27.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “17.01.1998-ci il tarixdə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 10/AK nömrəli qərarına əsasən mərhum valideynləri X5 və X1 rayonun Nic kəndinin “Pelorama” adlanan ərazisində əmlak payı kimi verilmiş 0.18 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “17.01.1998-ci il tarixdə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 10/AK nömrəli qərarına əsasən mərhum valideynləri X5 və X1 rayonun Nic kəndinin “Pelorama” adlanan ərazisində əmlak payı kimi verilmiş 0.18 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 18.06.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 17.01.1998-ci il tarixdə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10/AK nömrəli Qərarına əsasən iddiaçının valideynləri X3 və X1 rayonun Nic kəndinin “Pelorama” adlanan ərazisində əmlak payı kimi 0,18 ha torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçının hər iki valideyni vəfat etmişdir. Miras qalmış əmlaka vərəsəlik hüququ, yəni əmlak üzrə mülkiyyət hüququnun əldə edilməsi Qəbələ regional ASAN xidmət mərkəzinin natoriat ofisi tərəfindən iddiaçıya həvalə edilmişdir. Yuxarıda qeyd edilən sənədin original nüxsəsi naməlum şəraitdə itdiyindən hazırda iddiaçının əlində mövcud sənədin kserosurəti qalmışdır. Valideyinlərinin sağlığında və sonrakı vaxtlarda qeyd edilən sənədin orginal nüsxəsini, yaxud təsdiq edilmiş surətini almaq üçün müvafiq dövlət orqanlarına müraciət etsə də, heç bir sənəd əldə edə bilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 07.06.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçının Ərazi İdarəsinə ünvanladığı ərizəsində qeyd olunan torpaq sahəsinə dair iddiaçının və ailə üzvlərinin adına hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından müraciətində qeyd olunan məsələnin həlli Ərazi İdarəsinin səlahiyyəti daxilində deyildir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının vəkili ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “17.01.1998-ci il tarixdə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 10/AK nömrəli qərarına əsasən mərhum valideynləri X5 və X1 rayonun Nic kəndinin “Pelorama” adlanan ərazisində əmlak payı kimi verilmiş 0.18 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1062/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1062/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver