Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1063/2021 07.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Nur Məftunə İlham qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X16, X20, X7) “üçüncü şəxslərin ünvan 6nvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X16, X20, X7) “üçüncü şəxslərin ünvan 6nvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 6nvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan mənzilin çıxarışının ərizəyə əlavə olunmamasını bildirərək müraciətin hərtərəfli araşdırılmasının mümkün olmadığını bildirmiş və təmin edilməsindən imtina etmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, 08.04.2021-ci il tarixli arayış, - Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 19.02.2004-cü il tarixli, 2/594b nömrəli Qeydiyyat vəsiqəsi, - Cavabdeh 31.05.2021-ci il tarixli məktubu, - üçüncü şəxs X2 məlumatları barədə (çıxış) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarış, - üçüncü şəxs X1 məlumatları barədə (çıxış) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarış, - Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatı, 3 saylı MİS-in 06.07.2021-ci il tarixli, 258 nömrəli arayışı, - 15.02.2004-cü il tarixli, 223074 nömrəli müqavilə, - 28.11.2003-cü il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, - Mingəçevir şəhə Polis şöbəsinin 24.07.2021-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdeh 21.08.2021-ci il tarixli məktubunda məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında İddiaçı, vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil vasitəsilə təmsil olunur. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmənin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, sonuncu tərəfindən məhkəməyə ünvanlanmış 06.07.2021-ci il tarixli, 102 nömrəli məktubda bildirilmişdir ki, adları qeyd olunan şəxslər həmin ünvanda yaşamadığından və harada olmaları barədə məlumat olmadığından məhkəmə sənədlərinin çatdırılması mümkün olmamışdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 31.05.2021-ci il tarixli məktubu müraciətin təmin edilməsindən imtina cavabı kimi qiymətləndirir. Belə ki, cavabdeh inzibati orqan (Mingəçevir ŞPŞ ) "İnzibati icraat haqqında" Qanunun tələblərinə riayət edərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, əlavə sübutlara zərurət olduqda onları öz təşəbbüsü ilə toplamağa borclu olduğu halda bunu etməmişdir. Qeyd olunan tələb “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində öz öksini tapmış hüquq normalarından irəli gəlir: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, 28.11.2003-cü il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, 11.05.2003-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Mingəçevir şəhəri Təbriz küçəsi ev 50, mənzil 5-də qeydiyyatda olan əri – X10r. İş materiallarına əlavə edilmiş, 15.02.2004-cü il tarixli, 223074 nömrəli müqavilədən görünür ki, İddiaçı, Mingəçevir şəhər, Niyazi küçəsində yerləşən 8228 №-li qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan iki otaqlı, 29b №-li mənzili vətəndaş X11 məxsus olan, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 50-də 2/594a №-li qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan iki otaqlı 5 №-li şəxsi mənzilə dəyişmişdir. İş materiallarına əlavə edilmiş, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 19.02.2004-cü il tarixli, 2/594b nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, 08.04.2021-ci il tarixli arayışdan görünür ki, X17, X20 və X3 şəhəri, Naxçıvan küçəsi, ev 50, mənzil 5 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Cavabdeh 31.05.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh, iddiaçı tərəfindən edilmiş müraciətin, mənzilin çıxarışının ərizəyə əlavə olunmaması bəhanəsi ilə təmin edilməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş, Mingəçevir şəhə Polis şöbəsinin 24.07.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş X12 14.03.2006-cı ildə AZE seriyalı 04537310 nömrəli, X14 17.02.2007-ci ildə AZE seriyalı 05239922 nömrəli, X6 05.07.2017-ci ildə AZE seriyalı 17089647 nömrəli şəxsiyyət vəsiqələri Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən verilmişdir. Həmin illərə məxsus ərizə-anket qovluqları Azərbaycan Respublikası DİN-in müvafiq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbi ilə əlaqədar məhv edildiyindən bəzi vətəndaşların şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim etdiyi sənədlərin surətini Sizə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X2 məlumatları barədə (çıxış) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 24.11.2013-cü il tarixdə X28 keçərək ölkə ərazisini tərk etmişdir. İş materiallarına əlavə edilmiş, üçüncü şəxs X1 məlumatları barədə (çıxış) “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 24.11.2013-cü il tarixdə X28 keçərək ölkə ərazisini tərk etmişdir. İş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatı, 3 saylı MİS-in 06.07.2021-ci il tarixli, 258 nömrəli arayışından görünür ki, X18, X20, X3 şəhəri, Naxçıvan küçəsi, ev 50, mənzil 5 ünvanında pasport qeydiyyatında olmalarına baxmayaraq həmin mənzildə yaşamırlar və harada yaşamaları haqda məlumat yoxdur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 19.02.2004-cü il tarixli, 2/594b nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən mənzil iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur. Üçüncü şəxslər hazırda həmin mənzildə pasport qeydiyyatındadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Məhkəmə tərəfindən işin hallarının hərtərəfli araşdırılması üçün DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu verilmiş və ünvan 6nvanında yerləşən mənzilə dair hüquq müəyyənedici sənədlərin təqdim edilməsi tələb edilmişdir. Qeyd olunan ünvana dair arxiv sənədləri məhkəməyə təqdim edilmiş və müəyyən edilmişdir ki, həmin daşınmaz əmlakla bağlı tərtib edilmiş 28.11.2003-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədə, o cümlədən 15.02.2004-cü il tarixli 223074 №-li müqavilədə mənzilin yerləşdiyi ünvan Təbriz küçəsi olaraq qeyd edilmişdir. ünvan 6nvanında yerləşən mənzillə bağlı arxiv sənədlərində ünvan olaraq Təbriz küçəsi qeyd olunduğundan, məhkəmə ünvan 8 ünvan olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması, qeydiyyatda olduğu ünvanda yaşaması, iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir əmlak hüququnun olması müəyyən olunmur. Üçüncü şəxs X7 iddiaçının oğlu X21 ilə nikah bağladıqdan sonra iddiaçıya məxsus yaşayış sahəsinə pasport qeydiyyatına düşmüşdür. Buna baxmayaraq, o, yaşayış sahəsini tərk etmişdir və 24.11.2013-cü il tarixdən faktiki olaraq ölkə hüdudlarından kənarda yaşayır. Digər üçüncü şəxslər X16 və X13 da iddiaçıya məxsus yaşayış sahəsində faktiki olaraq yaşamaması, həmin yaşayış sahəsində heç bir əmlak hüquqlarının olmaması, o cümlədən Rasim Ağasiyevin 24.11.2013-cü il tarixdən ölkə hüdudlarını tərk etməsi müəyyən edilir. Bundan başqa üçüncü şəxslərin heç biri iddiaçıya münasibətdə ailə üzvü sayılmırlar, ailə qanunvericiliyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur. Həmin mənzilin isə Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş, 19.02.2004-cü il tarixli, 2/594b nömrəli Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X16, X20 və X5 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1063/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1063/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver