Məhkəmə qərarları › İş №2-1(116)-1063/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1063/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1063/2023 13.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Ucar rayonu Qulabənd kəndində yerləşən 4.12 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların JN-194, Kod 90408018 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına) uyğun olaraq müvafiq torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Ucar rayonu Qulabənd kəndində yerləşən 4.12 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların JN-194, Kod 90408018 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına) uyğun olaraq müvafiq torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixi məktubundan görünür ki, vətəndaşların razılığı alınaraq elektron uçot baza məlumatlarına dəyişiklik edilərək vətəndaşa torpaq sahəsinə dair sənəd verilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Ucar rayonu, Qulabənd kəndində yerləşən 4.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hər birinin 1/5 hissə olmaqla İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5 paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, sözügedən torpaq sahəsinə dair B123528 №-li plan-ölçü sənədi tərtib edilmişdir. Hazırki iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba hüquqi qiymət verilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı – Ucar rayonu Qulabənd kəndində yerləşən 4.12 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların JN-194, Kod 90408018 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına) uyğun olaraq müvafiq torpaq sahəsinin plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. Cavabdeh orqan, artıq həmin tələbi təmin etdiyindən işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Ucra rayonu Qulabənd kəndində yerləşən 4.12 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların JN-194, Kod 90408018 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (baza məlumatlarına) uyğun olaraq müvafiq torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar