Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1064/2025 23.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı qarşı “doğum akt qeydində adının “Cəlil” deyil, “Elçin” kimi yazılmaqla düzəlişin edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “doğum akt qeydində adının “Cəlil” deyil, “Elçin” kimi yazılmaqla düzəlişin edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx xxxxxxx 1978-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Evlidir, iki övladı var. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuşdur. Nikah haqqında şəhadətnamədən də görünür ki. Mehdiyev X4 Lalə Zakir qızı ilə 18 iyun 2004-cü ildə Yevlax şəhəri VVADQ şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Uşaqların doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, 11 dekabr 2005-ci il təvəllüdlü Elvinin və 04 noyabr 2008-ci il təvəllüdlü Nəzrinin atası İddiaçı, anası X3r. Şəxsiyyət vəsiqəsindən soyadı “Mehdiyev”, adı '‘Elçin”, atasınn adı “Xəlil” göstərilməklə xx.xx.1978-ci ildə Mingəçevir şəhərində doğulması qeyd edilmişdir. AO ******* nömrəli hərbi biletdə soyadı “Mehdiyev” adı “Elçin” atasınn adı “Xəlil” kimi yazılmışdır. İT-İ ******* saylı əmək kitabçasında soyadı “Mehdiyev” adı “Elçin” atasının adı “Xəlil” kimi yazılmışdır. Ancaq doğum haqqında şəhadətnaməsində adı “Elçin” deyil, “Cəlil” kimi yazılmışdır. Doğum akt qeydində düzəlişin edilməsi üçün Mingəçevir Şəhəri Qeydiyyat Şöbəsinə xx.xx.2024-cü ildə müraciət etmişdir. Cavabdeh ona ərizənin icrasından imtina edilməsi ilə bağlı məktub təqdim etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Mingəçevir şəhər qeydiyyat şöbəsində xx.xx.1978-ci il tarixli, 1620 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında adınızın "Elçin” deyil, “Cəlil” kimi qeyd edildiyi müəyyən edilmişdir. X5 şəxsiyyətini təsdiq edən sənəddə isə adı "Cəlil" deyil, “Elçin” kimi qeyd edilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaları”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmənin qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Beləliklə, vətəndaş İddiaçı doğum haqqında akt qeydi ilə şəxsiyyətini təsdiq edən sənəddə adında ziddiyyət olduğundan təkrar imkanımız xaricində olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.
2. AA ******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Mehdiyev”, adı '‘Elçin”, atasınn adı “Xəlil” kimi qeyd edilmişdir.
3. İddiaçıya məxsus AO ******* seriya nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçının soyadı “Mehdiyev”, adı '‘Elçin”, atasının adı “Xəlil” kimi qeyd edilmişdir.
4. xx.xx.1978-ci il tarixli 1620 nömrəli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının soyadı “Mehdiyev”, adı '‘Cəlil”, atasının adı “Xəlil” kimi qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti Aktlarının arxiv idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mehdiyev xx.xx.2004-cü ildə Yevlax rayon qeydiyyat şöbəsində 26.01,1983-cü il təvəllüdlü Mehdiyevə (Məmmədova) Lalə Zakir qızı ilə nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.2005-ci ildə Elvin Mehdiyev, 04.11 2008-ci ildə isə Nəzrin Mehdiyevə adlı övladları doğulmuşdur. Həmçinin bidiririk ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda qeyd edirik ki, Mingəçevir şəhər qeydiyyat şöbəsinin xx.xx.1978-ci il tarixli, 1620 nömrəli doğum haqqında akt qeydi xx.xx.1978-ci il təvəllüdlü X2 adına tərtib olunmuşdur.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı doğum akt qeydində adının “Cəlil” olaraq deyil, “Elçin” kimi yazılmaqla düzəlişin edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı aid digər sənədlərdə adı “Cəlil” deyil, “Elçin” kimi qeyd edilmiş, həmin adla təhsil almış, hərbi xidmətdə olmuş, şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi ilkin sənəddə yanlışlıq iddiaçının inzibati icraatın natamam aparılması ilə bağlı olmuşdur. Belə ki,faktiki olaraq “Elçin” adına əsasən yeni sənəd verilmiş, ilkin sənədə bu barədə müvafiq düzəliş edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Cavabdeh Ədliyyə Nazirliyinin Mingəçevir Şəhər Qeydiyyat şöbəsinin üzərinə iddiaçı barəsində tərtib olunmuş doğum akt qeydinin uşaq haqqında məlumatlarda “adı” qrafasında “Cəlil” adının “Elçin” adı ilə dəyişdirilməsi və iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə