Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1065/2021 06.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X18 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs: X13) qarşı “X7 və onun ailə üzvlərinə verilmiş 17.05.2019-cu il tarixli torpaq sahəsinə dair plan və ölçü sənədlərindəki torpaq sahəsinin koordinatlarının 17.04.2020-ci il tarixdə ona və ailə üzvlərinə verilmiş **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X13) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 və onun ailə üzvlərinə verilmiş 17.05.2019-cu il tarixli torpaq sahəsinə dair plan və ölçü sənədlərindəki torpaq sahəsinin koordinatlarının 17.04.2020-ci il tarixdə ona və ailə üzvlərinə verilmiş **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üstüstə düşən hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 18.06.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvlərinə məxsus Zaqatala rayonu, Kebeloba kəndində 0.0776 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair iddiaçı və ailə üzvlərinin hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 17.04.2020-ci il tarixdə, **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının torpaq sahəsinə bitişik qonşu torpaq sahəsi vardır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi X7 və onun ailə üzvlərinə DTXK Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 110 saylı 25.09.2003-cü il tarixli və DTXK Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 36 saylı 25.07.2008-ci il tarixli torpaq sahələri vardır. Həmin torpaq sahələrinə dair ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X7 17.05.2019-cu il tarixdə A seriyalı 388626 nömrəli və A seriyalı 388625 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri verilmişdir. X7 verilmiş 17.05.2019-cu il tarixli torpaq sahəsinə dair plan və ölçü sənədlərindəki torpaq sahəsinin koordinatları ilə DTXK Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 110 saylı 25.09.2003-cü il traıxlı və DTXK Zaqatala rayon şöbəsi tərətındən verilmiş 36 saylı 25.07.2008-ci il tarixli torpaq sahələrinin koordinatları düzgün işlənməmiş və uyğunsuzluq təşkil edir. Belə ki, X7 17.05.2019-cu il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçü sənədlərindəki torpaq sahəsinin koordinatları işlənərkən faktiki iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olmuşdur. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 02.06.2021-ci il tarixli imtina məktubunda qeyd edir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi və ya ləğv edilməsi, həmin hüquqmüəyyənedici sənədə əsasən dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyata dair dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 16.07.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı qonşusu X5 adına verilmiş çıxarışın və plan-ölçü sənədinin özünə məxsus torpaq sahəsinə düşən hissədə ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi əsasında Aqrar İslahat Komissiyasının qərarı əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəlişlərin edilməsi və ya ləğv edilməsi, həmin hüquqmüəyyənedici sənədə əsasən dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyata dair dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya 02.06.2021-ci il tarixli, **********75 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 776,82 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə X3 və digərlərinin (DBF siyahılar üzrə 5 (beş) nəfərin, o cümlədən İddiaçı) mülkiyyətinə verilmiş və həmin qərara əsasən X3 adına Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən A№ 071987 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin hüquqmüəyyənedici və digər sənədlərə əsasən qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində həmin şəxslərin adlarına ümumbirgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və 17.04.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 1498,77 kv.m həyətyanı və 3981.65 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə X5 və digərlərinin (DBF siyahılar üzrə 5 (beş) nəfərin) mülkiyyətinə verilmiş və həmin qərara əsasən X5 adına Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən A№ 059700 və A№ 071979 “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Həmin hüquqmüəyyənedici və digər sənədlərə əsasən qeyd olunan torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində həmin şəxslərin adlarına ümumbirgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və 17.05.2019-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxs X13 iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunanlarla razılaşmır. Zaqatala Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli 2(033)-56/2020 nömrəli qətnaməsi ilə Xizri Osiyevin cavabdeh İddiaçı qarşı iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı onun qanuni istifadəsində olan 0.1498 ha və 0.3981 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin torpaq sahəsi ilə sərhəd nöqtəsindən 1.91 metr məsafədən başlanılmaqla tikilinin (tövlənin) arxa sağ küncündən 3.28 metr, arxa sol küncündən 2.80 metr və sərhədin sol küncündən 8.18 metr məsafədəki nöqtə ilə həmin nöqtələri birləşdirən zəbt edilmiş 100 kv.m torpaq sahəsindən çıxarılması, həmin nöqtələri birləşdirən əraziyə düşən hissədə tikilinin (tövlə) sökülməsi qət edilmişdir. İddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Həmin iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli 2(033)-56/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilməmişdir. Bütün qeyd olunanları nəzərə alaraq Xizri Osiyev İddiaçı iddia ərizəsi ilə razı deyil. O, hesab edir ki, iddiaçının məqsədi bundan əvvəl çıxarılmış qətnamənin icrasını ləngitməkdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan hallardan görünür ki, hazırkı mübahisəyə mahiyyətcə baxılmışdır və qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(033)- 56/2020 nömrəli qətnaməsi vardır. Hal-hazırda Zaqatala Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli 2(033)-56/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığından Zaqatala rayon İcra və Probasiya şöbəsinə icra olunması üçün yönəldilmişdir. Xizri Osiyev bildirir ki, hazırda İddiaçı onu mülkiyyətinə sahiblik və istifadə etməyə maneçilik yaradır. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə üçüncü şəxs X13 etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iddiaçı və üçüncü şəxs iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan A seriyalı 059700 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 1498.77 kv.m həyətyanı torpaq sahəsi X7 verilmişdir. X17 kitabında 25.07.2008-ci il tarixdə 36 nömrə ilə üçota alınmışdır. İş materiallarında olan A seriyalı 388625 nömrəli 17.05.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 0.1498 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 17.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 0.1498 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 071919 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 3981.65 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 verilmişdir. İş materiallarında olan A seriyalı 388626 nömrəli 17.05.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 0.3981 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 17.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 0.3981 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 071987 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 776.82 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 verilmişdir. X17 kitabında 25.08.2008-ci il tarixdə 193 nömrə ilə üçota alınmışdır. İş materiallarında olan A seriyalı 496579 nömrəli 17.04.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 0.0776 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 17.04.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 0.0776 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan “Zaqatala rayonunun Kebeloba kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 134-cü sırada X13, X1, X10, X15 və X8 adı qeyd edilmiş, qanuni istifadələrində 0.15 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. Qeyd edilən Cədvəldə 139-cu sırada X11, X16, X2, X4 və İddiaçıh oğlunun adı qeyd edilmiş, qanuni istifadələrində 0.20 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. İş materiallarında olan “Zaqatala rayonu keçmiş “Özbəkistan” kolxozu Car, Zilban, Kebeloba və Axaxdərə kəndlərinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib edilmiş yekun cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 996-cı sırada X3 adı qeyd edilmiş, qanuni sahə 0.20 ha, zəbt sahə 0.09 ha olmaqla faktiki 0.29 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Cədvəldə 1332-ci sırada X5 adı qeyd edilmiş, qanuni sahə 0.15 ha, zəbt sahə 0.57 ha olmaqla faktiki sahənin 0.72 ha olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır”. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı X7 və onun ailə üzvlərinə verilmiş 17.05.2019-cu il tarixli torpaq sahəsinə dair A seriyalı 388625 və A seriyalı 388626 nömrəli plan və ölçü sənədlərindəki torpaq sahəsinin koordinatlarının 17.04.2020-ci il tarixdə ona və ailə üzvlərinə verilmiş **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv olunmasından ibarətdir. Lakin iş materiallarına əlavə edilən 17.05.2019-cu il tarixli A seriyalı 388625 və A seriyalı 388626 nömrəli plan və ölçü sənədlərindən də göründüyü kimi həmin sənədlərin verilməsinə əsas olan digər sənədlər vardır. Belə ki, A seriyalı 388625 nömrəli plan-ölçü sənədi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilən və X19 kitabında 25.07.2008-ci il tarixdə 36 nömrə ilə uçota alınan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında, A seriyalı 388626 nömrəli plan və ölçü sənədi isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilən və X19 kitabında 25.09.2003-cü il tarixdə 110 nömrə ilə uçota alınan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında və bilavasitə həmin plan-ölçü sənədlərində qeyd olunan koordinatlar əsasında tərtib edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, 17.05.2019-cu il tarixli A seriyalı 388625 və A seriyalı 388626 nömrəli plan və ölçü sənədlərinin verilməsinə əsas olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilən digər plan-ölçü sənədləri qüvvədə olduğu üçün onun əsasında verilən 17.05.2019cu il tarixli A seriyalı 388625 və A seriyalı 388626 nömrəli plan və ölçü sənədlərinin koordinatları üst-üstə düşən hissədə ləğv edilə bilməz. Həmçinin iddiaçıya iddianın dəyişdirilməsi üçün də yardım edilməsini məhkəmə əhəmiyyətsiz hesab etmişdir, belə ki, hətta o iddianı dəyişib Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilən digər plan-ölçü sənədlərində qeyd olunan koordinatlara düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə idi belə, analoji tələblə ilk növbədə cavabdehə müraciət etmədiyi üçün iddiaçıya yardım edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara səbəbə olacaqdır. Bu səbəbdən icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçıya yardım edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs: X13) qarşı “X7 və onun ailə üzvlərinə verilmiş 17.05.2019-cu il tarixli torpaq sahəsinə dair plan və ölçü sənədlərindəki torpaq sahəsinin koordinatlarının 17.04.2020-ci il tarixdə ona və ailə üzvlərinə verilmiş **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1065/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1065/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver