Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1066/2020 29.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı “Şəki rayonu Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarına əsasən X1 adına verilmiş 0,05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Şəki rayonu Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarına əsasən iddiaçının mərhum anası X1 ərizəsi nəzərə alınaraq, Birinci Biləcik kəndində yerləşən sahədən 0,05 ha torpaq sahəsi ayrılaraq əhaliyə ictimai iaşə xidmətinin yaxşılaşmasına görə bina tikintisi üçün verilmişdir. Vərəsəliklə əlaqədar həmin torpaq sahəsinə müvafiq Çıxarışın alınması zərurəti yaranmışdır. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə DƏDRX-in 12 saylı X11 müraciət etmişdir. Cavabdeh x xxxx 2020-ci il tarixdə qeyd olunan torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmasını mümkünsüz sayılması barədə ərizəni cavablandırmışdır. Müvafiq qərara əsasən həmin torpaq sahəsində iaşə obyekti tikilmiş və bu gündə fəaliyyət göstərir. Bütün zəruri sənədlər cavabdeh təşkilata təqdim edilməsinə baxmayaraq ərizəsi əsassız olaraq təmin edilməmişdir. Baxmayaraq ki, həmin torpaq sahəsi islahatdan əvvəl Biləcik kənd 9 Yanvar kolxozunun yuxarıda qeyd olunan qərarına əsasən verilmişdir. Nəticədə cavabdeh onun hüquqlarını pozmuşdur. Ona görə də o, vərəsəlik hüququnu əldə edə bilmir. Cavabdehin etirazı: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyincəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci i tarixli, 498 saylı Fərmanının 2-ci bəndinin tələblərinə əsasən fiziki və ya qeyridövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri istisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilir. Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun 24/1 -95-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və Birinci Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmadığından vətəndaşın ərizəsinin icrasndan imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 xx.xx.2020-ci il tarixli **********21 nömrəli imtina məktubundan görünür ki, müraciətə qeyriyaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun xx.xx.1995-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 66 nömrəli Arxiv Arayışından görünür ki, Ərizə ilə müraciət etmiş İ Biləcik kənd sakini X1 ərizəsini nəzərə alaraq İ Biləcik kəndində yerləşən sahədən 0,05 ha torpaq sahəsi ayrılıb əhaliyə ictimai iaşə xidmətinin yaxşılaşdırılmasına görə bina tikilməsi üçün verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ŞM-211 nömrəli Mütəxəssis Rəyindən görünür ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi faktiki olaraq 485 kv m-dir X3 kateqoriyasına aid olub Bələdiyyə mülkiyyətidir Hal-hazırda X5 faktiki istıfadəsindədir Məhkəmənin təqdim etdiyi 122 nömrəli texniki pasportda göstərilən tikili hal-hazırda iddiaçının iddia etdiyi ərazidə mövcud deyil Texniki pasportda koordinatlar olmadığından iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin torpaq sahəsi olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 xx.xx.2020-ci il tarixli **********80 nömrəli etirazından görünür ki, Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun 24/1 -95-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və Birinci Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmadığından vətəndaşın ərizəsinin icrasndan imtina edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. AZE seriyalı 0******* nömrəli ş/ş-nin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 xx.xx.2020-ci il tarixli **********21 nömrəli imtina məktubu, Şəki Regional “ASAN XİDMƏT” X6 xx.xx.2020-ci il tarixli 320 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Arayışın surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 xx.xx.2020-ci il tarixli **********80 nömrəli etirazı, Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 66 nömrəli Arxiv Arayışı, 122 nömrəli Texniki Pasportun təsdiqlənmiş surəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubu və ona əlavə edilmiş Mütəxəssis Rəyi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ŞM-211 nömrəli Mütəxəssis Rəyindən görünür ki, İddiaçı iddiasında göstərilən torpaq sahəsi faktiki olaraq 485 kv m-dir X3 kateqoriyasına aid olub Bələdiyyə mülkiyyətidir. Hal-hazırda X5 faktiki istıfadəsindədir Məhkəmənin təqdim etdiyi 122 nömrəli texniki pasportda göstərilən tikili hal-hazırda iddiaçının iddia etdiyi ərazidə mövcud deyil. Texniki pasportda koordinatlar olmadığından iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin torpaq sahəsi olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 xx.xx.2020-ci il tarixli **********80 nömrəli etirazından görünür ki, Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Biləcik kolxozunun 24/1 -95-ci il tarixli, 1 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin təqdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən və Birinci Biləcik kəndinin kompleks yerquruluşu xəritəsində qeydiyyat üçün müraciət edilən torpaq sahəsinin hansı mülkiyyət kimi işləndiyini müəyyən etmək mümkün olmadığından vətəndaşın ərizəsinin icrasndan imtina edilmişdir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və onun mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı “Şəki rayonu Biləcik kənd 9 Yanvar kolxozunun xx xxxxxx 1995-ci il tarixli 1 nömrəli qərarına əsasən X1 adına verilmiş 0,05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Məhkəmə xərci iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 67 manat 20 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1066/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1066/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver