Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1067/2020 15.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı "Şəki Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 20 saylı iclas protokolunun 129 saylı qərarını qismən adına olan texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst üstə düşən 492 kv metr hissədə ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1974-cü il tarixli qərarı ilə “Yemçilik” Sovxozunun ərazisindən ona 1895,1 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verilmiş və o, həmin ərazidə fərdi yaşayış evi inşa etdirmişdir. Bundan sonra ona inventar nömrəsi 7860 olan texniki pasport verilmişdir. Hal-hazıradək həmin torpaq sahəsi onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən və texniki pasportu verilmiş fərdi yaşayış evində yaşayır. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.6 ha hissəsinə Şəki bələdiyyəsinin adına rəsmiləşdirilərək torpaq sahəsinin planı və ölçüsü hazırlanmış və xx.xx.2015-ci il tarixli № ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Beləliklə onun qanuni istifadəsində olan torpaq sahəsinə ünvan 5ülkiyyət hüquqları qeydiyyata alınmışdır. O, Şəki Bələdiyyəsinin adına olan **********97 reyestr nömrəli (Seriya RX № 0614445) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı ƏMDK yanında DƏDRX-nin 12 saylı X12 müraciət etsə də ƏMDK yanında DƏDRX-nin 12 saylı X16 xx xxx 2020-ci il tarixli **********88 nömrəli məktubla bundan imtina etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan Şəki Bələdiyyəsinin adına olan **********97 reyestr nömrəli (Seriya RX № 0614445) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin səlahiyyətərinə aid deyildir. ƏMDK yanında DƏDRX-nin 12 saylı X10 xx xxx 2020-ci il tarixli **********88 nömrəli imtinasını qanunsuz və əsassız hesab edir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh kimi Şəki Bələdiyyəsini saxlamaqla “Şəki Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 20 saylı iclas protokolunun 129 saylı qərarını qismən adına olan texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst üstə düşən 492 kv metr hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin iclasında ərizə icraata qəbul olunmuşdur. Cavabdehin etirazının dəlilləri: Şəki şəhəri, Qurcana küçəsi, 1A ünvanında yerləşən fərdi yaşayış evinə X4 adına 7860 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasport (torpaq sahəsi 1677 kv.m), 5913/309 saylı qeydiyyat vəsiqəsi və xx xxxxxxxx 1987-ci il tarixli texniki pasport (torpaq sahəsi 1895 kv.m) verilmişdir. Şəki Bələdiyyəsinin xx xxxx 2015-ci il tarixli, 04 saylı qərarı, DTXK-nın Şəki rayon şöbəsinin xx xxxxxx 2014-cü il tarixli, 2220 saylı rəyi, X17 Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 9/2348 saylı rəyi, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü əsasında Şəki şəhəri, Qurcana küçəsində yerləşən 0.06 torpaq sahəsinə Şəki Bələdiyyəsinin adına xx xxxxx 2015-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sənədlərdə X2 nəzərdə tutulmuş, alqı-satqı barədə məlumat ərazi idarəsinə daxil olmamışdır. Bələdiyyənin adına qeydiyyata alınmış 0.06 ha torpaq sahəsinin 492 kv.m hissəsi X4 adına olan texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst- üstə düşür, 108 kv.m olan hissə isə kənardadır. Şəki Bələdiyyəsi iddiaya qarşı münasibətində bildirmişdir ki, Şəki şəhəri Cuma küçəsi, 13 saylı ünvanda yaşayan X7 xx.xx.2014-cu il tarixdə Şəki Bələdiyyəsinə ərizə ilə müraciət edərək şəhərin Qurcana küçəsi, 1A saylı ünvanda qaynı X3 qərarsız istifadə etdiyi 600 kv.metr torpaq sahəsinin onun və ailə üzvlərinin razılığı əsasında fərdi yaşayış evi tikintisi üçün müllkiyətinə satılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X16 tərəfindən xx.xx.2008-ci il tarixli, **********76-(030) reyestr nömrəli çıxarışa və inventar nömrəsi 8617 olan Texniki pasporta əsasən Qurcana küçəsi, 1A saylı ünvanda yerləşən fərdi yaşayış evi X3 mülkiyyətindədir və həmin həyətdə yerləşən 1328 kv.metr həyətyanı torpaq sahəsi onun istifadəsində olan bələdiyyə torpağıdır. Əlavə olaraq bildiririk ki, X5 müraciətindən sonra şəhərin Qurcana küçəsi 1A saylı ünvanda yerləşən X1 istifadə etdiyi 0.06 ha (600 kv.metr) torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün X17 Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli, 9/2348 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli, 2720 saylı rəylər verildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 ünvan 5ülkiyyət hüququ xx.xx.2015-ci il tarixli **********98 reyestr nömrəli Çıxarışla rəsmləşdirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 2720 saylı rəyində qeyd edilmişdir ki, həmin torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir. Həmçinin qeyd edilən 0.06 ha torpaq sahəsinin 0.01 hektarına qədər olan hissəsi X3 həyətinin sərhəddindən kənarda yerləşən bələdiyyə torpağıdır. Odur ki, qeyd edilən iddiaya Şəki bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan RX seriyalı 061445 nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, X15 küçəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ünvan 5ülkiyyətinə verilmişdir. İş materiallarında olan DTXK-nın xx.xx.2014-cü il tarixli 2721 saylı Arayışın təsdiqlənmiş surətindən görünür ki, Şəki bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 20/129 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə 0.06 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. İş materiallarında olan DTXK-nın xx.xx.2014-cü il tarixli 2720 saylı Rəyinin təsdiqlənmiş surətindən görünür ki, həmin torpaq sahəsi ünvan 5ülkiyyətinə aiddir və alqısatqı predimetidir. İş materiallarında olan X17 Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 9/2348 saylı Rəyinin təsdiqlənmiş surətindən görünür ki, X17 Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi Şəki şəhəri, A.Cuma küçəsi, 3 saylı ünvanda yaşayan X6 şəhərin Qurcana küçəsi, 1 saylı ünvanda qaynı X3 qərarsız istifadə etdiyi 600m2 torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədi ilə mülkiyyətinə satılmasına etiraz etməmişdir. İş materiallarında olan A seriyalı 527966 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, 600 kv. metr torpaq sahəsi ünvan 5ülkiyyətinə verilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli Çıxarışın və **********76-10301 reyestr nömrəli Texniki Pasportun surətlərindən görünür ki, X15 küçəsində istifadədə olan 0.0157 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.9 kv.m yaşayış, 70.2 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, 3cü şəxs gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Həmçinin iddiaçının müddəti ötürmədiyi müəyyən olunmuşdur. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamandan azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.3-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndində isə təsbit edilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, bələdiyyənin adına qeydiyyata alınmış 0.06 ha torpaq sahəsinin 492 kv.m hissəsi X4 adına olan texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst- üstə düşür. Bələdiyyə həmin ərazidə iddiaçının yaşamasını, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını araşdırmadan mübahisəli qərarı qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli qərarı ilə iddiaçının istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin 492 kv.m hissəsi qanunsuz olaraq bələdiyyənin mülkiyyətinə verildiyi üçün iddia təmin olunmalı, cavabdeh Şəki bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 20 saylı iclas protokolunun 129 saylı qərarı qismən iddiaçının adına olan texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst üstə düşən 492 kv.m hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. qərara aldı: İddia təmin edilir. Şəki Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 20 saylı iclas protokolunun 129 saylı qərarı qismən – iddiaçı X4 adına olan xx xxxxxxxx 1987-ci il tarixli texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşən 492 kv.m hissədə ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1067/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1067/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver