Məhkəmə qərarları › İş №2-1(116)-1067/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1067/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1067/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdehnə (üçüncü şəxslər X9 və X8) qarşı “Cavabdeh Qəyyumluq və Himayə X1 və X3 11.02.2011-ci iln təvəllüdlü X10 və 16.02.2012-ci il təvəllüdlü X11 ilə görüşərək ünsiyyətdə olmalarının müəyyən edilməsinə dair 01.06.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı Cavabdehnə (üçüncü şəxslər X9 və X8) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh qəyyumluq və himayə orqanının 01.06.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli iclasının qərarına əsasən Ucar rayonu, Ənvər Məmmədxanlı kənd sakinləri X3 və X4 nəvələri X10 və X11 ilə hər həftənin 5-ci günü, saat 15:00-dan 17:00dək hər ayda 4 dəfə Cavabdeh başçısının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında görüşərək ünsiyyətdə olmaq hüquqları müəyyən edilmişdir. Eyni zamanda həmin qərarla Cavabdeh başçısının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2 ünsiyyət prosesinin həyata keçirilməsinə zəruri şəraitin yaradılması tapşırılmışdır. İddiaçı həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Məhkəmə tərəfindən iddiaçıya 30.06.2021-ci il tarixdə hüquqi yardım edilərək həmin tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olması bildirilmişdir. Müvafiq məktub 12.07.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli iclasının qərarı, - Ucar rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(063)-203/2021 nömrəli qərardadı. Əsaslandırma hissəsi : İddiaçı Cavabdehnə (üçüncü şəxslər X9 və X8) qarşı “Cavabdeh qəyyumluq və himayə orqanının 01.06.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli iclasının qərarından görünür ki, X3 və X7 nəvələri X10 və X11 ilə hər həftənin 5-ci günü, saat 15:00-dan 17:00-dək hər ayda 4 dəfə Cavabdeh başçısının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında görüşərək ünsiyyətdə olmaq hüquqları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Ucar rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(063)-203/2021 nömrəli qərardadından görünür ki, İddiaçı Salak oğlunun cavabdeh X6 qarşı nikahın pozulması və uşaqların himayəsində saxlanması tələbinə dair mülki iş mahiyyəti üzrə həll edilənə kimi cavabdeh X5 uşaqları – 11.02.2011-ci il tarixdə doğulmuş X10 və 16.02.2012-ci il tarixdə doğulmuş X11 ilə hər həftənin bazar günü, saat 11:00-dan 14:00-dək ünsiyyətdə olmağına edilən maneələr İddiaçı Salak oğluna qadağan edilmişdir. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ondan ibarətdir ki, o, X3 və X7 nəvələri - X10 və X11 ilə hər həftənin 5-ci günü, saat 15:00-dan 17:00-dək hər ayda 4 dəfə Cavabdeh başçısının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında görüşməsinə qarşıdır, buna görə də həmin görüş hüququnu müəyyən edən Cavabdehn Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli iclasının qərarını mübahisələndirir. Lakin, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmə tərəfindən inzibati qaydada baxılmalı deyil. Belə ki, iddiaçı, ərizəsində cavabdeh qismində inzibati orqan olan Cavabdeh göstərsə də, irəli sürülən tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir və iddia tələbi mülki mübahisədir, ona görə publik hüquqla tənzimlənmir. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni, göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh qəyyumluq və himayə orqanının 01.06.2021-ci il tarixli qərarı onun inzibati fəaliyyətinin nəticəsində qəbul edilməmişdir. Ləğvi tələb edilən qərar uşaqların nənə və babası ilə ünsiyyətdə olması ilə bağlı prosesin nizama salınması məqsədi ilə Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən verilmişdir. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (“İnzibati İcraat Haqqında” Qanunun 2.0.2-ci maddəsi) ki, Cavabdeh Qəyyumluq və Himayə Orqanının fəaliyyəti “İnzibati İcraat Haqqında” qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Buna görə də iddia ərizəsində qeyd olunan Cavabdeh Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli qərarı inzibati akt deyil, ünvanlandlığı şəxs üçün hər hansı nəticə yaratmır və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə malik deyil. Hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından, qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülməli olan iddalara inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı arzuladığı məqsədə nail olmaq üçün Cavabdeh Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə mülki qaydada Ucar rayon Məhkəməsinə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmadığından, və mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia mümükün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X9 və X8) qarşı “Cavabdeh Qəyyumluq və Himayə Orqanının 01.06.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar