Məhkəmə qərarları › İş №2-1(116)-1067/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1067/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1067/2022 21.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Rəşidova (Təmrazova) Nuranə Zaman qızının “Qax rayonu, Tasmalı kəndində yerləşən evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Rəşidova (Təmrazova) Nuranə Zaman qızının “Qax rayonu, Tasmalı kəndində yerləşən evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Rəşidova (Təmrazova) Nuranə Zaman qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: Qax rayonu Tasmalı kəndində özünə məxsus olan evi vardır və həmin ev onun adına DƏDRX-də qeydiyyata alınmışdır. Qızı Rəşidova (Tamrazova) Nuranə Zaman qızı xx.xx.2018-ci il tarixdə həmkəndlisi X1 ilə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin tarixdən sonra qızı Nuranə Təmrazova onun evində yaşamır və evlə əlaqədar heç bir əlaqəsi yoxdur. Lakin, qızı formal olaraq onun evində onun evində qeydiyyatda olaması ona müəyyən hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək üçüncü şəxsin onun evindən qeydiyyatdan çıxarılmasını xahiş etsədə heç bir nəticəsi olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan və üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. Hazırki iddia ərizəsinə baxılarkən aşağıdakı sənədlərin məzmununa istinad edilmiş, həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarış, Cavabdeh xx.xx.2018-ci il tarixli məktubu, Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu, fərdi yaşayış fonduna daxil olan fərdi yaşayış evinin texniki 195 inventar nömrəli pasportu. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, 195 inventar nömrəli texniki pasportdan görünür ki, Qax rayonu Tasmalı kəndi küçəsində 2005-ci ildə tikilmiş iki otaqdan ibarət yaşayış evi (tikilisi, bir hissəsi) divarı kubik üstü şifir, ümumi sahəsi 64.0 kv.m, yaşayış sahəsi 360 kv.m İddiaçı adına mülkiyyət hüququ əsasında yaşayış evi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Rəşidova (Təmrazova) X3 rayonu Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qax Rayon Rayon Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 172-18892R-3218 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olmaqla araşdırılması polis orqanlarının səlahiyyətinə aid deyildir. Odur ki, iddiaçıya mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati icraat çərçivəsində yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İddia ərizəsinin məzmunundan, “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan və iş materiallarından bəlli olur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı Rəşidova (Təmrazova) Nuranə Zaman qızı onun ailə üzvüdür (qızıdır). Odur ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı - qızının həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçı, qızının həmin yaşayış sahəsində qeydiyyatının formal olduğunu və heç bir istifadə hüququnun olmadığını bildirir. Belə olan halda iddiaçı, qızının Qax rayonu, Tasmalı kəndində yerləşən fərdi yaşayış evində istifadə hüququnun itirilməsinə (xitam verilməsinə) dair iddia ərizəsi ilə Qax rayon Məhkəməsinə müraciət etməlidir. Müraciəti müsbət həll olunduğu halda üçüncü şəxs (Nuranə Rəşidova) həmin qətnamə əsasında, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılacaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən (Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: [22] .... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2022-ci il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçıya izah edilmiş və iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Rəşidova (Təmrazova) Nuranə Zaman qızının “Qax rayonu, Tasmalı kəndində yerləşən evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar