Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-107/2021 02.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X14rşı "11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxx 2020-ci il tarixli **********8149, **********8153, **********8151 və **********8147 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv olunması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarlarına əsasən xx xxxx 2020-ci il tarixdə İddiaçı-yə məxsus olan Mingəçevir şəhərindəki marketlərdə və oteldə əhali ilə pul hesablaşmaları aparılması və işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərlə əmək müqaviləsi bağlanması qaydalarına əməl edilməsinin düzgünlüyü yoxlanmışdır. Aparılmış yoxlamanın nəticəsi olaraq İddiaçı-yə Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxx 2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8149 saylı qərarına əsasən 2000 manat, **********8153 saylı qərarına əsasən 6000 manat, **********8151 saylı qərarına əsasən 24000 manat və **********8147 saylı qərarına əsasən 52000 manat, cəmi 82 000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən aparılmış yoxlama Azərbaycan Respublikası Vergi Məcəlləsinin, Əmək Məcəlləsinin və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Operativ yoxlama aparılmasına dair Qaydalar tələblərini kobud şəkildə pozmaqla idarənin əməkdaşları tərəfindən MMC-yə qarşı qərəzli münasibət bəslənilmişdir. Belə ki, operativ vergi nəzarəti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən İddiaçı-yə məxsus bütün obyektlərdə saat 12.00 radələrində başlanılmasına baxmayaraq yoxlamanın aparılmasına dair qərarlarla onları tanış etməmiş, dəfələrlə etdikləri müraciətlərdən sonra qərarın surəti tanış olmaq üçün saat 19.30-da müəssisənin direktoruna təqdim edilmişdir. 06 mart tarixində heç bir akt yazılmamasına baxmayayaraq 13 martda əvvəlki tarixə akt tərtib edərək onlara göndərilmişdir. Aktlar onlarla araşdırılmadan, işçilərdən izahat alınmadan vergi orqanının inzibati binasında tərtib edildiyindən bir sıra kobud qanunsuzluqlara yol verilməklə tərtib edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən aşağıda qeyd olunan qanunsuzluqlar yol verilmişdir: X52 MMC-də işləyən 5+marketdə həmin firmanın mallarını reklam edən X20 qanunsuz olaraq İddiaçı-nin işçisi olmamasına baxmayaraq əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyinə görə akta daxil edilmişdir. X21 xx.xx.2020-ci il tarixdən DİNCER firmasının Göyçay şəhərindəki filialında meyrendazer vəzifəsində işləməsinə və xx.xx.2020-ci il tarixdə 5+marketdə həmin firmanın işçisi kimi firmanın mallarını vitrinə düzməklə məşğul olmasına baxmayaraq İddiaçı-yə əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyinə görə qanunsuz akt tərtib edilmişdir. X3 rayonunun Alaçadırlı kəndində Ağdam rayon Təhsil şöbəsinin 100 saylı orta məktəbində xx.xx.2019-cu il tarixdən musiqi müəllimi işləməsinə və İddiaçı-də işləməməsinə baxmayaraq əmək müqaviləsi bağlamadan işə cəlb edildiyinə görə İddiaçıyə akt tərtib etmişlər. Dobraya Masla firmasında xx.xx.2020-ci il tarixdən işləyən xx.xx.2020 ci il tarixdə 5+marketdə həmin firmanın mallarını reklam edən X2 qanunsuz olaraq İddiaçı-nin işçisi olmamasına baxmayaraq əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyinə görə akta daxil edilmişdir. X23, X33, X34 və X44 xx.xx.2020-ci il tarixdən kassir kimi işə cəlb edilməsinə və onlarla əmək müqaviləsi bağlanmasına baxmayaraq onların adı akta daxil edilmişdir. X50, Söhrabova Zina Məmməd qızı, X35, X24, Əliyeva Zöhrə Şöhlət qızı, X11, X15, X25, X45, X6, X1 Laləzar Musa qızı, X27, X12, X28, X36, X7 İddiaçı-nin M.Maqamayev küçəsində yerləşən 5+ marketdə işləməmələrinə baxmayaraq vergi işçiləri tərəfindən qanunsuz olaraq əmək müqaviləsi bağlanmadan işə cəlb olunduqlarına görə İddiaçı-yə akt tərtib edilmişdir. xx.xx.2001-ci il tarixdən bu günədək Mingəçevir şəhər Təhsil şöbəsinin 8 saylı tam orta məktəbində müəllimə vəzifəsində işləyən X29 xx.xx.2020 ci il tarixdə şəxsi işi ilə əlaqədar otelə gəldiyi halda, onun İddiaçı-yə məxsus oteldə əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyinə görə qanunsuz akt tərtib etmişlər. Bakı şəhəri Nizami rayon Naxçıvanski küçəsi ev 48, mənzil 49-da yaşayan X4 qeydiyyatçı vəzifəsinə işə girmək üçün sənədlərini təqdim etməyə gəldiyi halda İddiaçı-də işləməməsinə baxmayaraq vergi işçiləri tərəfindən qanunsuz olaraq əmək müqaviləsi bağlanmadan işə cəlb olunduğuna görə İddiaçı-yə akt tərtib edilmişdir. X51, X30, X17 və X5 xeyriyyə məqsədi ilə yeməkxanada yemək vermək məqsədilə otelə müştəri kimi gəlməsinə və heç vaxt İddiaçı-də işləməməsinə baxmayaraq vergi işçiləri tərəfindən qanunsuz olaraq onları əmək müqaviləsi bağlanmadan işə cəlb etməsinə görə İddiaçı-yə akt tərtib edilmişdir. X38, X39 oteldə işə girmək üçün gəlmələrinə və xx.xx.2020-ci il tarixdən onlarla əmək müqaviləsi bağlanmasına baxmayaraq onlara görə də İddiaçı-yə akt tərtib edilmişdir. X56 xx.xx.2020-ci il tarixdən işə götürülməsinə və onunla əmək müqaviləsi bağlanmasına baxmayaraq əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyinə görə İddiaçı-yə qanunsuz akt tərtib etmişlər. Beləliklə operativ yoxlama keçirilərkən yoxlamanın keçirilməsinə dair qaydalar pozulmaqla İddiaçı-də işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər araşdırılmadan aktlara daxil edildiyindən 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş qərarlar ləğv olunmalıdır. Eyni zamanda bildirirəm ki, İddiaçı-yə məxsus olan marketlərdə və oteldə 101 nəfər işçi ilə müqavilə bağlanaraq işə cəlb edilmişdir ki, bu da yoxlama gününə olan saydan xeyli çoxdur ki, bütün bu qeyd olunanlar Cəmiyyət tərəfindən hər hansı bir qanunsuzluğa yol verilmədiyi sübut edilmiş olur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus təsərrüfat subyektlərində 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5824, **********5825, **********5829 və **********5831 saylı qərarlarına əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti keçirilmişdir. Operativ vergi nəzarətinin nəticləri üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinin vəziyyəti VN seriyalı 017301, 017303, 017304, 017305 nömrəli aktlarla, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsinin vəziyyəti VN seriyalı 022814, 022815, 022816 və 022817 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Aktlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərar, sahibkalıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, tələbnamə və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar İddiaçı-nin təsərrüfat subyektləri üzrə məsul şəxslərə tanış olmaq və imzalamaq üçün təqdim olunmuş, lakin imzalamaqdan imtina etmişlər. Odur ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş Qərar, sahibkalıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, tələbnamə və Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixdə sifarişli poçtla, həmçinin elektron qaydada göndərilmişdir. Operativ vergi nəzarəti materiallarına baxılması üzrə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020ci il tarixli **********8157, **********8145, **********8147, **********8155, **********8155, **********8153, **********8149, **********8151 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi hallarına görə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********8149, **********8153, **********8151 və **********8147 nömrəli qərarlar mübahisələndirilmişdir. İddiaçının iddia ərizəsini əsaslandırmağa çalışdığı konkret faktlara münasibətdə bildiririk ki, operativ vergi yoxlaması zamanı ümumilikdə 43 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilsə də iddia ərizəsində yalnız 34 nəfərin İddiaçı tərəfindən işlərin görülməsinə cəlb edilmədiyi əsaslandırılmağa çalışılaraq bütövlükdə qərarların tamamilə ləğv edilməsi məhkəmə tərəfindən xahiş edilmişdir. Halbuki, bu cür əsaslandırma ilə iddiaçı barəsində qəbul edilmiş qərarları qismən mübahisələndirməli idi. İddiaçı cəmiyyət tərəfindən iddia ərizəsini əsaslandırmaq üçün gətirdiyi arqumentlər araşdırılarkən yalnız bir halda iddaçının arqumentinin əsaslı olduğu, yəni X18 həqiqətən Mübarək” ASC-də əmək müqaviləsi ilə işlədiyi müəyyən edilmişdir. Ona görə də operativ vergi nəzarəti üzrə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən 42 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsinə görə İddiaçı barəsində ümumilikdə 42*2000=84000 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx.xx.2020-ci il tarixli **********8149, **********8153, **********8151 və **********8147 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçının iddiasında göstərdiyi 34 haldan digər 33 halla bağlı bildiririk ki, iddiaçı operativ vergi nəzarəti aktında qeyd olunan 20 nəfərin iddaçıya məxsus Mingəçevir şəhəri, Maqomayev küçəsində yerləşən marketdə işləmədiyini göstərsə də, iddiaçının bu iddiasının əsassız olduğu və onların həmin marketdə işlədikləri operativ vergi nəzarəti tədbiri ilə müəyyən edilmişdir. Bundan başqa, iddia ərizəsində göstərilən 13 halla bağlı müəyyən edilmişdir ki, 13 nəfər işçi ilə əmək müqaviləsi bildirişləri 2 halda digər vergi ödəyiciləri tərəfindən, 11 halda isə İddiaçı tərəfindən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2020-ci il tarixdən sonrakı müxtəlif tarixlərdə qeydiyyata alınmışdır Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçının 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxx 2020-ci il tarixli **********8149, **********8153,**********8151və **********8147 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə iddiasının əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirik. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********8147, **********8149, **********8151, **********8153 nömrəli Qərarlarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 26 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 52000 manat məbləğində, 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində, 12 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 24000 manat məbləğində, 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cavabdehin etiraza əlavəsindən görünür ki, cavabdeh 11 saylı Ərazi Vergilər Baş idarəsi iddiaçının iddia ərizəsinə etirazında iddiaçının iddiasında göstərdiyi 34 haldan 33 halla bağlı bildirmişdir ki, operativ vergi nəzarəti aktında qeyd olunan 20 nəfərin iddiaçıya məxsus Mingəçevir şəhəri, Maqomayev küçəsində yerləşən marketdə işləmədiyini göstərsə də, iddiaçının bu iddiasının əsassız olduğu və onların həmin marketdə işlədikləri operativ vergi nəzarəti tədbiri ilə müəyyən edilmiş və həmin işçilər vergi ödəyicisinin göstərişinə əsasən bununla bağlı izahat verməkdən imtina etmişlər. Bu barədə müvafiq ak tərtib edilmişdir. İddia ərizəsində göstərilən 13 halla bağlı bildirilmişdir ki, 13 nəfər işçi ilə əmək müqaviləsi bildirişləri 2 halda digər vergi ödəyiciləri tərəfindən, 11 halda isə İddiaçı tərəfindən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2020-ci il tarixdən sonrakı müxtəlif tarixlərdə qeydiyyata alınmışdır. Bundan başqa iddiaçı X8 ona məxsus obyektdə işləmədiyini bildirsə də X31 xx.xx.2020-ci il tarixdə verdiyi izahatında xx.xx.2020-ci il tarixdən kassir vəzifəsindı işlədiyini bildirmiş və həmin izahat etiraza əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İzahatlardan görünür ki, X40 və X41 İddiaçı-yə (VÖEN **********) məxsus obyektdə kassir vəzifəsində işlədiklərini bildirmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının mübahisələndirdiyi qərarlar xx.xx.2020-ci il tarixində qəbul edilmiş, iddiaçı xx.xx.2020-ci il tarixində poçt vasitəsilə məhkəməyə iddia ərizəsini göndərmiş, iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Beləliklə iddia verilməsi üçün müddət ötürülməmişdir. İddia mümkün olsa da, əsassızdır. İşin araşdırılmış hallarında müəyyən olunmuşdur ki, "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus təsərrüfat subyektlərində 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5824, **********5825, **********5829 və **********5831 saylı qərarlarına əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi hallarına görə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********8149, **********8153, **********8151 və **********8147 nömrəli qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsinin vəziyyəti VN seriyalı 022814, 022815, 022816 və 022817 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Aktlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərar, sahibkalıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, tələbnamə və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar İddiaçı-nin təsərrüfat subyektləri üzrə məsul şəxslərə tanış olmaq və imzalamaq üçün təqdim olunmuş, lakin onlar imzalamaqdan imtina etmişlər. İddia ərizəsində göstərilən 13 halla bağlı müəyyən edilmişdir ki, 13 nəfər işçi ilə əmək müqaviləsi bildirişləri 2 halda digər vergi ödəyiciləri tərəfindən, 11 halda isə İddiaçı tərəfindən operativ vergi nəzarətinin keçirildiyi xx.xx.2020-ci il tarixdən sonrakı müxtəlif tarixlərdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Vergi Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Vergi Məcəlləsinin 50.5-ci maddəsinə əsasən Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Vergi orqanlarının vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcunun tutulması ilə bağlı iddia tələbləri ilə əlaqədar aşağıdakıların qeyd edilməsi zəruridir. Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi dövlətin ən önəmli gəlir qaynağı olmaqla dövlət suverenliyinin əsas təzahür formalarından biridir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, “vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir”. Göründüyü kimi, vergilər müasir dövlətin əsas gəlir mənbəyi və bazar iqtisadiyyatının tənzimlənməsinin səmərəli alətidir. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli qərarlar qəbul olunarkən İnzibati İcraat haqqında Qanunun və Vergi Məcəlləsinin tələblərinə cavabdeh inzibati orqan tərəfindən əməl olunmuşdur. İddiaçının ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Odur ki, iddia iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X14rşı "xx xxxxx 2020-ci il tarixli **********8149, **********8153, **********8151 və **********8147 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv olunması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-107/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-107/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver