Məhkəmə qərarları › İş №2-1(116)-107/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-107/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-107/2022 10.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X15 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X9 Elektron Kadastrı X14 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və X15 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarının, inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində (müvafiq Dövlət Aktları) əks edilmiş koordinatlarına uyğunlaşdırılaraq həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi vəzifəsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir (2-1(116)-107/2022). Həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X15 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 1.84 ha təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatlarına dəyişiklik edilərək, özünə məxsus olan eyni ünvanda yerləşən torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərdə (müvafiq Dövlət Aktları) müəyyən edilmiş koordinatlarının hüdudları daxilinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir (2-1(116)-1044/2022). Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1044/2022 nömrəli qərardadı ilə 2- 1(116)- 1044/2022 saylı inzibati iş - 2-1(116)-107/2022 saylı inzibati işə birləşdirilmiş və 2- 1(116)-1044/2021 saylı inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərardadı ilə X28 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X9 Elektron Kadastrı X14 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və X15 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədi TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, KOD 40804018, JN-635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd edilən cəmi 3.68 ha torpaq sahələri xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri ilə iddiaçıya satılmış, həmin torpaq sahələrinə dair iddiaçının adına Seriya RX ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və plan-ölçü sənədləri tərtib edilmişdir. İddiaçı, tərtib edilmiş çıxarışlarda qeyd edilən torpaq sahələrinin plan-ölçü sənədlərinin düzgün tərtib edilmədiyini bildirmiş və həmin sənədlərin JN-635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarına uyğun olaraq tərtib edilməsini və üçüncü şəxsin adına tərtib edilmiş A331062 nömrəli plan ölçü sənədinin, mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini cavabdeh orqandan tələb etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli etirazını aşağıdakı kimi əsaslandırmşdır: - İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatı X20 xəritələri (köhnə DVJ) əsasında tərtib edildiyi üçün ərizəsinin icrası mümkün olmamış və ona Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”-na əsasən elektron uçotun nəticələri emal edilərək Ərazi İdarəsinə təqdim olunacağı təqdirdə məsələyə baxıla biləcəyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin qanuna müvafiq qaydada həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - iddiaçının ilkin müraciət ərizəsindən və cavabdehin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-52/2021 nömrəli qətnaməsinin məzmununda istinad edilmiş alternativ ekspertiza mərkəzinin xx.xx.2020-ci il tarixli 288 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir:

1. vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi çıxarışın və plan ölçü sənədlərinin parametrlərinə əsasən X15 torpaq sahəsi ilə həmsərhəd deyildir.

2. vətəndaş X15 mülkiyyətində olan 1,84 ha torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə çıxarışların və plan ölçü sənədlərinin parametrlərinə əsasən həmsərhəd deyildir.

3. üzrə ilkin torpaqayırma sənədlərinə (müvafiq Dövlət Aktları) əsasən vətəndaş X15 mülkiyyətində olan 1,84 ha torpaq sahəsi İddiaçı Alım oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəddir.

4. üzrə torpaq sahələrinin çıxarış və plan-ölçü sənədləri naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənildiyindən, parametrləri əsas götürüldüyü halda vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,4 hektarına vətəndaş X28 tərəfindən mərz nişanı qoyularaq iddia edilir və həmin hissənin 0,20 hektarı N.Kərimov tərəfindən tutularaq istifadə edilir. İstifadə edilən torpaq sahəsi İddiaçı torpaq sahəsinə bitişikdir və şərq hissəsidir.

5. üzrə torpaq sahələrinin ilkin torpaqayırma sənədlərinin (müvafiq Dövlət Aktları) parametrləri əsas götürüldüyü halda, vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,20 ha hissəsi vətəndaş X28 tərəfindən tutularaq istifadə edilir. - KOD 40804018, JN-635 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından və xx.xx.2015-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında 1.84 ha torpaq sahəsi X16, X11, X24, X8 ümumi birgə mülkiyyətinə verilmiş, sonuncular həmin torpaq sahəsini X1. - ******* Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi X6 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2016-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X3 rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı satmışdır. - ******* Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. - KOD 40804018, JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından, ********** qeydiyyat nömrəli çıxarışdan və AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında 1.84 ha torpaq sahəsi X17, X21, X25 və Bulqeis Münasif qızının ümumi birgə mülkiyyətinə verilmiş, sonuncuların adına ******* Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmiş və xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsi İddiaçı satılmışdır. - ******* Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. - KOD 40804018, JN-637 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından, və xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında 1.84 ha torpaq sahəsi X13, X22, X18 və X19 ümumi birgə mülkiyyətinə verilmiş, sonuncular tərəfindən xx.xx.2012-ci il tarixdə həmin torpaq sahəsi X2. - ******* Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi X15 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli **********02 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:

1. elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-635 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları **********19 reyestr nömrəli çıxarışla (053573 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. 2.Elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-636 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları **********20 reyestr nömrəli çıxarışla (113907 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.

3. X15 mülkiyyətində olan 1.84 ha torpaq sahəsinin koordinatları (331062 xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan-ölçü sənədinə əsasən) elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-636 və JN-635 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən 1.84 ha torpaq sahələrinin koordinatları üst-üstə düşmür.

4. AN 331062 xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan-ölçü sənədində qeyd edilmiş 1.84 ha torpaq sahəsinin kordinatları elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-637 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. - məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna uyğun olaraq cavabdeh orqanın məhkəmə iclasında təqdim etdiyi mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:

1. İddiaçı tərəfindən naturada göstərilən 3.93 ha torpaq sahəsi ilə elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarında təqdim olunan JN-635 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin 1.43 ha hissəsi uyğunluq təşkil edir. İddiaçı tərəfindən naturada göstərilən 3.93 ha torpaq sahəsi ilə elektron bazada təqdim olunan TEKUİS məlumatlarında təqdim olunan JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi tamamilə uyğunluq təşkil edir, belə ki 1.84 ha torpaq sahəsi iddiaçı tərəfindən naturada göstərilən 3.93 ha torpaq sahəsi ilə üst-üstə düşür.

2. X15 adına tərtib edilmiş A331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1.84 ha torpaq sahəsinin 1.58 ha hissəsi TEKUİS məlumatlarında təqdim olunan JN-637 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi ilə uyğunluq təşkil edir. X4 faktiki istifadə etdiyi 1.96 ha torpaq sahəsinin 1.21 ha hissəsi TEKUİS baza məlumatlarında JN-637 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi ilə uyğunluq təşkil edir. X15 adına tərtib edilmiş A331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1.84 ha torpaq sahəsinin 0.15 ha hissəsi TEKUİS baza məlumatlarında təqdim edilən JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi ilə üst-üstə düşür.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək... Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr X14 zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. İş materialları ilə müəyyən olunur ki, hazırda Seriya RX ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla iddiaçının mülkiyyətində olan torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında X16, X11, X24, X8 və X17, X21, X25 və Bulqeis Münasif qızının ümumi birgə mülkiyyətinə verilmiş JN-635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd edilən torpaq sahələridir. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən edilir ki, Seriya RX ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara dair tərtib edilmiş plan-ölçü sənədlərinin koordinatları X10 X14 JN- 635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının yerləşmə yerindən tamamilə fərqlidir. Yəni, faktiki olaraq JN-635 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları **********19 reyestr nömrəli çıxarışla (053573 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları və JN-636 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları **********20 reyestr nömrəli çıxarışla (113907 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Bu isə o deməkdir ki, **********19 və **********20 reyestr nömrəli çıxarışların hazırkı yerləşmə vəziyyəti və koordinatları ilə bağlı cavabdeh orqanın tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)- 52/2021 nömrəli qətnaməsinin məzmununda istinad edilmiş alternativ ekspertiza mərkəzinin xx.xx.2020-ci il tarixli 288 nömrəli ekspert rəyindən və cavabdehin təqdim etdiyi TEKUİS məlumatlarından görünür ki, ilkin torpaqayırma sənədlərinə (müvafiq Dövlət Aktları) əsasən vətəndaş X15 mülkiyyətində olan 1,84 ha torpaq sahəsi İddiaçı Alım oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəddir. Cavabdeh orqan **********19 və **********20 reyestr nömrəli çıxarışları və plan-ölçü sənədlərini tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edərək (yəni, JN-635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının həmin elektron baza məlumatlarında yerləşmə mövqeyi əsas götürülməklə) qeyd etməli olduğu halda bunu etməmişdir. Eyni zamanda cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə sübut olunur ki, üçüncü şəxs X15 adına tərtib edilmiş A331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1.84 ha torpaq sahəsinin 0.15 ha hissəsi TEKUİS baza məlumatlarında təqdim edilən JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədi də torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmamış və 0.15 ha hissədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə işləndiyindən, həmin hissədə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh orqandan mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının JN635 və JN636 nömrəli X9 Elektron Kadastrı X14 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılmasını və üçüncü şəxsin adına tərtib edilmiş A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X36 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən, ümumi sahəsi 3.68 ha təşkil edən, Seriya RX ******* və ******* nömrəli çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının JN635 və JN636 nömrəli X9 Elektron Kadastrı X14 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və üçüncü şəxs X15 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar