Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-107/2025 03.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X16, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı X17 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, onun və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə X4, X7 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində “**********78” reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi üzərində onun ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, onun və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə X4, X7 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində “**********78” reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və JN- 0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi üzərində onun ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2968/2023 nömrəli qərardadı ilə X4, X7 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-107/2025 qərardadı ilə iş üzrə İddiaçı prosessual hüquq varisləri X17, X19, X20, X24, X18, X21, X14 ilə əvəz edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə iddiaçının hüquqi marağını dəqiqləşdirərək irəli sürülmüş tələbə torpaq sahəsindən faktiki istifadə vəziyyəti yox, sənəd üzrə yerləşmə vəziyyəti nəzərə alınmaqla hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının hüquqi marağının dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı X25 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Balakən rayonu, Hənifə kəndində 4 hissədə olmaqla ümumilikdə 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində iddiaçı X25 və ailə üzvlərinin mülkiyyət hüququ JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə rəsmiləşdirilmişdir. Balakən Rayon Məhkəməsinin icraatında olmuş mülki işin tədqiqi zamanı məlum olmuşdur ki, JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən 0,63 ha torpaq sahəsinin bir hissəsi üzərində **********78 reyestr nömrəsi ilə X3 və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Balakən Rayon Məhkəməsinin icraatında olmuş mülki işlə ilə bağlı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdən də aydın göründüyü kimi, X3 və ailə üzvlərinin mülkiyyətindən olan Balakən rayonu, Hənifə kəndində yerləşən 0,69 ha torpaq sahəsinin məkan göstəriciləri tam fərqlidir. Odur ki, iddiaçı, hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Lakin, iş üzrə cavabdeh orqan 15 sentyabr 2023-cü il tarixli, 3-21-3-47/2-T-0017-8/2023 nömrəli məktubla ərizənin icrasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı X25 JN-0778 kod 40102018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 778R nömrəli planşetində qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsinin X6 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində **********78 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın, həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair ********** nömrəli dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və qeyd olunan torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətdə qeyd olunan məsələnin həlli iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığı üçün onun ərizənin icrası mümkün olmamış və məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə xx.xx.2023-ci il tarixli, 3-21-3- 47/2-T-0017-8/2023 (**********49) nömrəli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina cavabı, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, JN-0778, JN-672 və JN-0779 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları, AA544981 Torpaq sahəsinin planı və ölçüsü sənədi, xx.xx.2024-cü il tarixli yerquruluşu planı, X28 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı, AZ-İ 394371 nömrəli Ölüm haqqında şəhadətnamə, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş mütəxəssis rəyi, xx.xx.2024-cü il tarixli yerquruluşu planı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. İş materiallarından görünür ki, Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 07 saylı qərarına əsasən X22 Balakən rayonu Hənifə kəndində 4 nəfər ailə üzvü ilə birlikdə 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və JN-778 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Hazırda mübahisənin olduğu ərazi sözügedən Dövlət Aktının 778R planşetindəki 0,63 ha torpaq sahəsidir (islahat xəritəsinə uyğun yerləşmə vəziyyəti nəzərə alınmaqla). Belə ki, Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 07 saylı qərarına əsasən X2 Balakən rayonu Hənifə kəndində 4 nəfər ailə üzvü ilə birlikdə 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və JN-672 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X32 672R planşetində qeyd edilmiş 0,69 ha torpaq sahəsi iddiaçıya məxsus Dövlət Aktının 778R planşetindəki 0,63 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsidir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi və yerquruluşu planı əldə edilərək öyrənilmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, JN- 672 №-li Dövlət Aktının 672R planşetındə qeyd edilmiş 6900.0 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. Həmin torpaq sahəsinin DWG məlumatlarına əsasən 672 cizgisində göstərilən 0.69 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.69 ha torpaq sahəsi ilə üst-üstə düşmür. DWG məlumatlarına əsasən JN-672 №-li Dövlət Aktının 672R planşetində qeyd edilmiş 6900.0 kv.m torpaq sahəsinin bir hissəsi və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.69 ha torpaq sahəsinin də müəyyən hissəsi iddiaçının naturada istifadə etdiyi 1.20 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. JN-0778 №-li Dövlət Aktının 778R planşetində qeyd edilmiş 6300.00 kv.m torpaq sahəsi nin yerləşmə vəziyyəti TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. JN- 0778 №-li Dövlət Aktının 778R planşetində qeyd edilmiş 6300.00 kv.m torpaq sahəsinin tərtib edimiş yerquruluşu planında göründüyü kimi az bir hissəsi DWG məlumatlarına əsasən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdakı 0.69 ha torpaq sahəsinin müyyən bir hissəsi ilə üst-üstə düşür. Sözügedən 0,63 ha torpaq sahəsi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin hüdudlarından kənarda başqa vətəndaşların istifadəsində olan ərazidə yerləşir. Mütəxəssis rəyindən və ona əlavə edilmiş yerquruluşu planından müəyyən edilir ki, iddiaçıya məxsus JN-0778 №-li Dövlət Aktının 778R planşetində qeyd edilmiş 6300.00 kv.m torpaq sahəsi ilə üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdakı 0.69 ha torpaq sahəsinin bir hissəsi üst-üstə düşür. Hazırkı iddia tələbində də, iddiaçı, JN-0778 №-li Dövlət Aktının 778R planşetində qeyd edilmiş 6300.00 kv.m torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti nəzərə alınmaqla həmin torpaq sahəsi ilə üst-üstə düşən hissədə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvini və özünün ümumibirgə mülkiyyət hüququna dair çıxarışın verilməsini tələb edir. Tədqiq edilən yerquruluşu planından görünür ki, üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdakı torpaq sahəsi ümumiyyətlə ilkin sənəd olan JN-672 №-li Dövlət Aktının 672R planşetində qeyd edilmiş 6900.0 kv.m torpaq sahəsinin islahat xəritəsində yerləşmə vəziyyətinə uyğun deyil. Mübahisələndirilən çıxarışdakı torpaq sahəsinin qalan hissəsi də, JN-779 nömrəli Dövlət Aktının R planşetindəki torpaq sahəsi ilə üst-üstə düşür. Dövlət Aktlarının cizgilərinə və yerquruluşu planlarına nəzər yetirildikdə aydın olur ki, JN-0778 №-li Dövlət Aktının 778R planşetində (0,63 ha) və JN-672 №-li Dövlət Aktının 672R planşetində (0,69 ha) qeyd edilmiş torpaq sahələri qonşu ərazilər olsalar da, yanaşı deyillər və həmin torpaq sahələri arasında JN- 779 nömrəli Dövlət Aktının R planşetindəki torpaq sahəsi yerləşir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən görə torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi... 2.3.5-ci bənddə ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur. İstinad olunan Fərmanın tələbləri baxımından iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə müvafiq sənədlərin hazırlanması üçün onun yazılı razılığı olmalıdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqlarını iddiaçılara məxsus torpaq sahəsi ilə eyni ərazidə dövlət qeydiyyatına alarkən həmin torpaq sahəsi üzrə hüquq subyektlərinin razılığını almamışdır. Odur ki, üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdakı torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeydiyyat orqanın səhvi olduğundan, iddiaçı, müvafiq qeydiyyatın üst-üstə düşən hissədə ləğvini tələb etməkdə haqlı olmuşdur. İddiaçıların ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı tələbə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi üzərində JN-778 saylı Dövlət Aktı ilə X25 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, faktiki olaraq iddiaçıların nail olmaq istədiyi hüquqi nəticə sözügedən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququna dair yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından iddiaçıların nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq sözügedən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququna dair yeni nümunəli çıxarışın verilməsinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi dəyərləndirmə aparmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Odur ki, iddiaçılar JN-0778 №-li Dövlət Aktının islahat xəritəsində yerləşmə vəziyyəti (sənəd üzrə) nəzərə alınmaqla həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşlar. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə daşınmaz əmlakın dövlət reyestrində “**********78” reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi üzərində İddiaçı, X17, X20, X21 və X8 ümumibirgə mülkiyyət hüququna dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.