Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1070/2020 03.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı "90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 07 nömrəli protokol qərarına əsasən, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 178/30 nömrəli ünvanda yaşayan İddiaçı stomatoloji kabinet tikmək məqsədilə yaşadığı binanın həyətində özünün uzun müddət bağ kimi istifadə etdiyi 60 kv.metr torpaq sahəsinin ona satılması qərara alınmışdır. Şəki Bələdiyyəsi ilə İddiaçı arasında 60 kv.m torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir (tarixi göstərilməmişdir). Akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamışdır. İddiaçı stomatoloji kabinet tikmək üçün satılmış 60 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına A seriyalı 075433 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 686 nömrə ilə uçota alınmışdır. "X6" MMC tərəfindən xx.xx.2019-cu ildə "xxxxxxxxxxxxxxxxxxxx" adlanan sənəd tərtib edilmiş və həmin MMC-nin direktoru M.Xəlilov tərəfindən imzalanmışdır. Göstərilən sənəd X8 Hakimiyyətinin baş memarı Taleh Alxasov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Sənəddə baş memarın imzalamasının və möhürlə təsdiq etməsinin tarixi yazılmamışdır. Bundan sonra A-0810420 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəki Bələdiyyəsi 0,003 ha torpaq sahəsini xx.xx.2020-ci ildə İddiaçı satmışdır. İddiaçı "Şəki Bələdiyyəsindən aldığı torpaq sahəsində 10 il əvvəl tikdiyi stomatoloji kabinetə dövlət reyestrindən çıxsrış verilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, cavabdehə ərizə ilə müraciət edərək Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 178 nömrəli binaya yaxın ərazidə inşa edilən stomatoloji kabinetin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, mavafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyinə görə ərizənin icrası mümkün olmamışdır. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə göndərərək, 90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, stomatoloji kabinet tikmək üçün 2007-ci ildə Şəki Bələdiyyəsindən 60 kv.m torpaq sahəsi almış və orada 90 kv.m torpaq sahəsində stomatoloji kabinet tikmişdir. Lakin indiyədək həmin tikilini sənədləşdirə bilməmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 07 nömrəli protokol qərarından görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 178/30 nömrəli ünvanda yaşayan İddiaçı stomatoloji kabinet tikmək məqsədilə yaşadığı binanın həyətində özünün uzun müddət bağ kimi istifadə etdiyi 60 kv.metr torpaq sahəsinin ona satılması qərara alınmışdır; - İşdə olan, Torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, Şəki Bələdiyyəsi ilə İddiaçı arasında 60 kv.m torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir (tarixi göstərilməmişdir).Həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamışdır; - İşdə olan, A seriyalı 075433 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına stomatoloji kabinet tikmək üçün satılmış 60 kv.m torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 686 nömrə ilə uçota alınmışdır; - İşdə olan, X3 Şəbəkəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2009-cu il tarixli 3/185a nömrəli arayışda deyilir ki, İddiaçı yaşadığı binanın həyətində yerləşən stomatoloji kabinetin elektrik təchizatı üçün xx.xx.2009-cu ildə verilmiş 1/281 nömrəli şərtin 2-ci bəndində mövcud şəbəkənin gücləndirilməsi haqqında qoyulmuş tələb tələbatçı tərəfindən yerinə yetirilmişdir; - İşdə olan, "xxxxxxxxxxxxxxxxxxxx" adlanan sənəddən görünür ki, həmin sənəd "X6" MMC tərəfindən xx.xx.2019-cu ildə tərtib edilmişdir; - İşdə olan, Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən iddiaçıya yazılmış xx.xx.2019-cu il tarixli 364 nömrəli məktubda deyilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində inşa etdiyi 0,0074 ha sahədə yerləşən qeyri-yaşayış obyektinə sanitar baxış keçirilmiş, obyekt sanitar-gigiyenik tələblərə uyğun inşa edilib, açılıb istifadəyə verilməsinə Şəki GEM etiraz etmir; - İşdə olan, A-0810420 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki Bələdiyyəsi 0,003 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə İddiaçı satmışdır; - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********12 nömrəli imtina məktubundan görünür ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, mavafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyinə görə ərizənin icrası mümkün olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İşdən göründüyü kimi, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl xxxxxxxxxxxxxxxxxxxxna mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə yazılı müraciət etməmişdir. Lakin bu çatışmazlıq məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının diqqətinə çatdırıldıqdan sonra o, cavabdehə ərizə ilə müraciət etmiş və cavabdehdən aldığı xx.xx.2020-ci il tarixli imtina məktubunu məhkəməyə təqdim etmişdir. Belə olan halda, məhkəmə iddianın mümkün sayılmaması üçün əsasın aradan qalxdığı qənaətinə gəldi. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Cavabdehin imtina məktubundan görünür ki, o, xxxxxxxxxxxxxxxxxxxxna iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtinasını aşağıdakı sənədlərin təqdim olunmaması ilə əsaslandırmışdır: - xxxxxxxxxxxxxxxxxxxx xx.xx.2013-cü ilədək inşa edilmişdirsə, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, mavafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı, xx.xx.2013-cü ildən sonra inşa edilmişdirsə, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı. İddiaçı qeydiyyata alınmasını tələb etdiyi xxxxxxxxxxxxxxxxxxxxnın nə vaxt tikilməsi barədə işdə hər hansı sənəd mövcud deyil, lakin iddiaçının öz iddia ərizəsində yazdığına görə, bina 2007-ci ildə, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,
2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,
3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı,
4. istismara qəbul aktı. ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndində müəyyən edilmişdir ki, həmin Qanunun 8.0.9.2-ci maddəsində (hər iki halda) "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Deməli, xxxxxxxxxxxxxxxxxxxxna iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı cavabdehə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, yerli icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını və istismara qəbul aktını təqdim etməlidir. X7 İcra Hakimiyyətinin baş memarı tərəfindən imza və möhürlə təsdiq edilmiş layihəni təqdim etsə də, müəyyən edildi ki, tələb olunan digər sənədlərin heç biri mövcud deyil. Məhkəmənin xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq iddiaçı məhkəməyə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə də tikilinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanından icazə almadığını və istismara qəbul aktı əldə edə bilmədiyini bildirmişdir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli vəsatətlə müraciət edərək, xxxxxxxxxxxxxxxxxxxxnın tikinti normalarına uyğun inşa edilməsinin aydınlaşdırılması üçün Şəki ŞİH-in Memarlıq və tikinti şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Həmin vəsatətin həlli ilə əlaqədar olaraq məhkəmə tərəfindən cavabdehə sorğu verilmiş və soruşulmuşdur ki, sözügedən xxxxxxxxxxxxxxxxxxxxnın tikinti normalarına uyğun inşa edildiyi müəyyən olunacağı halda, tikilinin inşa edilməsinə icazə barədə qərar və istismara qəbul aktı olmadan da iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınacaqmı. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, xxxxxxxxxxxxxxxxxxxxnın tikinti normalarına uyğun inşa edildiyi müəyyən olunacağı halda, tikilinin inşa edilməsinə icazə barədə qərarın və istismara qəbul aktının ərazi idarəsinə təqdim edilməsi zəruridir, həmin sənədlər təqdim olunmayacağı təqdirdə, qeydiyyatın aparılması mümkün deyil. Göründüyü kimi, xxxxxxxxxxxxxxxxxxxxnın tikinti normalarına uyğun inşa edilibedilməməsinin müəyyən olunması hazırkı işin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Ona görə də məhkəmə cavabdehin vəsatətinin təmin edilməsinə zərurət olmadığı qənaətinə gəldi. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsində deyilir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur, ona görə də iddia təmin edilməməlidir. Analoji hüquqi mövqe 2-1(102)-2902/2019 nömrəli oxşar bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında da ifadə edilmişdir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı "90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.