Məhkəmə qərarları › İş №2-1(116)-1071/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1071/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1071/2024 10.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinə qarşı “cavabdehin 3-17-5/2-C-43993/8/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubunun əsassız hesab edilməsi və "xxxx" X1 Kompleksi MMC-nin əmək qanunvericiliyin pozulması barədə şikayəti üzrə araşdırma aparılması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin 3-17-5/2-C-43993/8/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubunun əsassız hesab edilməsi və "xxxx" X1 Kompleksi MMC-nin əmək qanunvericiliyin pozulması barədə şikayəti üzrə araşdırma aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, İddiaçı 2014-cü ilin fevral ayının 09 dan Qəbələ rayonunda yerləşən "xxxx" X1 Kompleksi MMC-də ictimai əsaslarla ümumi işə cəlb edilmişdir. xx.xx.2016 - ci ildə İQ-16/007 nömrəli əmr əsasında həmin müəsissədə Satış və Marketinq bölümünə "əlaqələndirici'' vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2018 ci ildən həmin müəsissənin Müştəri Xidmətləri qrupuna "Rəhbər" vəzifəsinə keçirilmişdir. xx.xx.2019- cu ildən həmin müəsissənin Maliyyə şöbəsinə "Satınalma nəzarətçisi’’ vəzifəsinə təyin edilmişdir. xx.xx.2021- ci ildə iddiaçıya, həmin müəsissədə əmək fəaliyyətinin 5 ili tamam olduğu və sahibkarın göstərişi əsasında mövcud müqaviləyə (müddətsiz müqaviləyə keçildiyi halda) xitam verilməsini və yenisini bağlanılması bildirilərək əmək münasibətlərimə xilam verildi. xx.xx.2021-ci ildə təkrar həmin müəsissədə 1 ay müddətinə müddətli əmək müqaviləsi bağlanılaraq "Satınalma nəzarətçisi" vəzifəsinə ləyin edilmişdir. Həmin müddət tamam olduqdan sonra "Covid-19” pandemiyası əsas göstərilərək xx.xx.2023-cü il tarixinə kimi müxtəlif müddətlərdə əmək müqaviləsi bağlanılıb. 2021-ci ilin yanvar ayından "X5" yaradılaraq sahibkara məxsus aşağıdakı müəsissələr və "Biznes Vahidləri"xxxx"Qafqaz Qəbələ MMC"

1. X2

2. X11

3. X7 Hotel

4. X6

5. X3 Resort Hotel

6. X10

7. “Qabaland MMC”

8. "X8 MMC”

9. “Tufandağ X1 Kompleksi MMC” 2021-ci il fevral ayından iddiaçının yalnız "Tufandağ X1 Kompleksi MMC” ilə əmək müqaviləsi bağlanılmasına baxmayaraq "X5”a daxil olan yuxarıda qeyd olunan müəsissələr və Biznes Vahidlərin satınalma vəzifələrini də iddiaçıya həvalə etdilər. Bu işlərə görə əmək haqqının 25 % həcmində haqq, illik mükafat və bonusların verilməsi öhdəliyini götürdü. Yekun olaraq, mövcud əmək haqqının 2023-cü ilin yanvar ayından, əmək haqqı büdcəsində nəzərdə tutulduğu bildirilmiş, lakin 2023-cü ilin iyun ayından 200 AZN artırılmışdır.İddiaçı 2021-ci ilin fevral ayından 2023-cü ilin yanvar ayının 1-dək olan dövrə görə, əlavə işləri gördüyü üçün haqqını tələb etmişdir. Eyni zamanda bunu 2023-cü ilin yanvar ayından rəsmiləşdirilməli olduğunu bildirmişdir. İşə götürən isə bunu müxtəlif bəhanələr gətirərək yeni vədlər verdi. İddiaçı da bu qanunsuz, əməllərinə və əmək münasibətlərin kobud şəkildə pozulmasına görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin qaynar xəttinə və elektron ünvanlarına yazılı şikayət elmişdir. Əmək Müfəttişliyi Xidmətinin müdaxiləsindən sonra xx.xx.2023- cü ildə "öz xahişi ilə” tutduğu vəzifədən azad olunmuşdur. İşdən azad olunduqdan sonra son haqq-hesab məbləğinin düzgün hesablanmaması və əmək hüquqlarımın kobud şəkildə pozulmasına görə xx.xx.2023-cü ildə elektron e-mail vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət məktubu göndərmişdir. Cavabdeh: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 3-17-5/2-C-43993/8/2023 nömrəli xx.xx.2023- cü il tarixli imtina məktubu ilə aşağıda göstərilən şikayətimin dəlillərini araşdırmaqdan imtina etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 10 dekabr 2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı cavabdehin 3-17-5/2-C- 43993/8/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubunun əsassız hesab edilməsi və "xxxx" X1 Kompleksi MMC-nin əmək qanunvericiliyin pozulması barədə şikayəti üzrə araşdırma aparılmasına nail olmaqdır. İddia ərizəsindən göründüyü kimi hazırkı mübahisə iddiaçı ilə onun keçmiş əməkdaşı olduğu işəgötürən arasında yaranan əmək fəaliyyətindən yaranan mübahisə ilə bağlıdır.İş maHəmin mübahisəyə isə aidiyyəti üzrə kommersiya və ya ümumi məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd olunan kateqoriya şəxslər sırasına daxil olmadığından işə baxılması inzibati məhkəmə səlahiyyətndə deyil. Odur ki,mübahisələndirilən halların araşdırılması həmin icraat çərçivəsində qiymətləndirilməli olduğundan məhkəmə hesab edir ki,iddia mümkünlük şərtlərinə uyğun deyildir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində qeyd edilir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından, iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

qərara aldı :

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinə qarşı “cavabdehin 3-17-5/2-C-43993/8/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubunun əsassız hesab edilməsi və "xxxx" X1 Kompleksi MMC-nin əmək qanunvericiliyin pozulması barədə şikayəti üzrə araşdırma aparılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar