Məhkəmə qərarları › İş №2-1(116)-1072/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1072/2020

18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1072/2020 18.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə Ağsu rayonu Ərəbuşağı kəndində anadan olmuşdur. 1969-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1969-cu il tarixdən 1973-cü il tarixədək Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kalxozunda işləmişdir. xx.xx.1976-cı il tarixdən Ağsu 118 nömrəli kənd Texniki Peşə məktəbinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdən ərizəsi nəzərə alınaraq sürücülükdən azad edilmişdir. xx.xx.1982ci il tarixdən sürücü kimi yenidən işə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdən həmin idarəyə elektrik təyin edilmişdir. xx.xx.1986-cı il tarixdən 95-80 nömrəli avtomaşına sürücü təyin edilmişdir. xx.xx.1986-cı il tarixdən işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdən rayon texniki təminat birliyinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdən sovxoza sürücü təyin edilmişdir. xx.xx.1989-cu il tarixdən səhhəti ilə bağlı həmin sovxoza fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdən Azəriqaztikinti İTQİ-nin Ağsu sahəsinə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdən “Azərittifaqın” Göyçay avtobazası Ağsu avtobölməsi üzrə sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bu fakt ona məxsus ИТ-l seriyalı əmək kitabçasında öz əksini tapır. Arxiv arayışına əsasən kolxozda və əmək kitabçasına əsasən işlədiyi illəri sosial sığorta stajına daxil etməklə əmək pensiyası hüququ yarandığı tarixdən, yəni xx.xx.1918-ci il tarixdən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin DSMF-in Ağsu rayon şöbəsi əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı əmək pensiyası yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur. Vətəndaşın mübahisələndirilməyən iş stajı 1973-1975-ci ilərdə 2 il 1 gün hərbi xidmət müddəti və əmək kitabçasında qeyd olunan 22 il 5 ay 23 gün olmaqla cəmi 24 il 5 ay 24 gündür. Bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 18149 manat 68 qəpik pensiya kapitalı yaranır. Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1969-1973-cü illərdə Özbəkistan kolxozunda işlədiyi 3 il 3 ay iş stajıdır ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 2409 manat 25 qəpik pensiya kapitalı yaranır. Bildiririk ki, vətəndaş İddiaçı əmək pensiyası yaşının tamam olduğu xx.xx.2020-ci tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 28800 manat pensiya kapitalı, bu pensiya kapitalı olmadıqda isə 25 il ümumi sosial sığorta stajı tələb olunur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. İşdə olan Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 25 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1969-1973-cü illərdə Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1969-1973-cü illərdə “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay iş stajıdır ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 2409 manat 25 qəpik pensiya kapitalı yaranır. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı 1969-1973cü illərdə Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, ИТ-l seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 19 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağə ondan ibarətdir ki, tələbində qeyd olunan staj nəzərə alındıqda onun yaşa görə əmək pensiyası almaq üçün tələb olunan minimum 25 il stajı tamamlanacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1969-1973-cü illərdə “Özbəkistan” kolxozundaişlədiyi dövr Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 25 nömrəli arxiv arayışı və Cavabdeh tərəfindən verilmiş xx.xx.2020ci il tarixli aktı ilə öz təsdiqini tapır. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1969-1973-cü illərdə “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay iş stajıdır ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 2409 manat 25 qəpik pensiya kapitalı yaranır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X2” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsiöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə İddiaçı Ağsu rayonu Ərəbuşağı kəndi “Özbəkistan” kolxozunda işlədiyi 3 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar