Məhkəmə qərarları › İş №2-1(116)-1077/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1077/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1077/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı "xx.xx.1999-cu ildə Zaqatala Rayonu Yerli X1 aqrar islahat həyata keçirilməsi ilə əlaqədar tərtib etdiyi akta əsasən onun mülkiyyətinə verilmiş 0,37 ha torpaq sahəsi 32 ədəd fındıq ağaclarının yerləşdiyi ərazinin təyin edilməsi və ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı "xx.xx.1999-cu ildə Zaqatala Rayonu Yerli X1 aqrar islahat həyata keçirilməsi ilə əlaqədar tərtib etdiyi akta əsasən onun mülkiyyətinə verilmiş 0,37 ha torpaq sahəsi 32 ədəd fındıq ağaclarının yerləşdiyi ərazinin təyin edilməsi və ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, xx.xx.1999-cu ildə Zaqatala Rayonu Yerli X1 tərtib etdiyi akta əsasən, onun adına islahatla əlaqədar torpaq payı kimi ayrılmış 0,37 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 32 ədəd fındıq ağacından qanuni əsaslarla 20 ildən artıq istifadə etmiş, torpaq sahəsinə və fındıq ağaclarına görə torpaq vergisi ödəmişdir. İddiaçının eyni tələblə əvvəlcədən cavabdehə müraciət etməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmədiyinə görə məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə bu çatışmazlığın aradan qaldırılması iddiaçıya təklif olunmuşdur. Həmin məktuba cavab olaraq, iddiaçının adından yazılmış, lakin imzalanmamış ərizə, eləcə də ərizəyə əlavə olunmuş bəzi sənədlər, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3 xx.xx.2019-cu il tarixli məktubu məhkəməyə göndərilmiş və həmin sənədlər xx.xx.2020-ci ildə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6 iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçının müraciətində qaldırılan məsələnin həlli 18 saylı X3 deyil, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aiddir. Bundan sonra məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə cavabdehin həmin etirazı iddiaçıya göndərilmiş, eyni zamanda, iddiaçıya onun iddiasına məhz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3 cavab verməli olmasını müvafiq normativ-hüquqi aktlara istinad etməklə əsaslandırması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3 etirazı ilə razılaşdığı halda isə, yeni iddia ərizəsi tərtib etməsi təklif olunmuşdur. Lakin bundan sonra Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsindən alınmış "Ölüm haqqında akt qeydi"ndən məlum olmuşdur ki, İddiaçı xx.xx.2020-ci ildə vəfat etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.9-cu bəndinə əsasən, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq vəzifəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin vəzifəsinə aid edilmişdir. İşdən göründüyü kimi, İddiaçı tələbi torpaq islahatı zamanı ona verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilib tanıdılmasından ibarətdir. Öhdəliyin icrası haqqında iddiaların mümkünlük şərtlərindən biri iddiaçının eyni tələblə əvvəlcədən inzibati orqana müraciət etməsi və bu müraciətin səmərə verməməsindən ibarətdir, hazırkı iddia isə məhz öhdəliyin icrası haqqında iddialara aiddir. İddiaçı həmin tələblə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməli olduğu halda, səhvən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X4 müraciət etmiş və iddia ərizəsində də cavabdeh kimi 18 saylı X5 göstərmişdir. İş məhkəmənin icraatında olduğu vaxt iddiaçı vəfat etdiyinə görə, onun Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməsi artıq mümkün deyil. Bu isə iddianın mümkünlüyünü istisna edir. İddiaçı əvvəlcədən həmin orqana müraciət etmiş olsaydı, məhkəmə onu hüquq varisi ilə əvəz edib işə baxa bilərdi. Lakin hazırkı vəziyyətdə iddiaçının hüquq varisi ilə əvəz edilməsi iddianın mümkünlüyü baxımından heç bir səmərə verə bilməz. Məhkəmə qeyd edir ki, mərhum İddiaçı vərəsələri eyni tələblə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edə, müsbət nəticə əldə edə bilmədikdə isə məhkəməyə iddia verə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı "xx.xx.1999-cu ildə Zaqatala Rayonu Yerli X1 aqrar islahat həyata keçirilməsi ilə əlaqədar tərtib etdiyi akta əsasən onun mülkiyyətinə verilmiş 0,37 ha torpaq sahəsi 32 ədəd fındıq ağaclarının yerləşdiyi ərazinin təyin edilməsi və ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar