Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1077/2024 26.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı ümumi mülkiyyətindəki pay ortağı X7 verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi, həmin evin torpaq sahəsinin (tikintialtıhəyətyanı) ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın, texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341.9 kv.m olmasına dair qeydiyyat aparılması, iddiaçılara yeni çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı ümumi mülkiyyətindəki pay ortaqları X7 verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi, həmin evin torpaq sahəsinin (tikintialtıhəyətyanı) ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın, texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341.9 kv.m olmasına dair qeydiyyat aparılması, iddiaçılara yeni çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3508/2023 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1077/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-561/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmişdir.Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1077/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçılar bir neçə il bundan əvvəl, 12 saylı Şəki Ərazi darəsinə müraciət edərək, paylı mülkiyyətində pay ortağı olan Abdurahmanova Turxanə ad-soyadlı şəxsə cavabdeh orqan verilmiş 26 yanvar 2009-cu il tarixli Çıxarışın və eləcə də, iddiaçılardan biri olan İddiaçı1 adına verilmiş xx.xx.2015- ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsini, Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın-texniki səhvin düzəldilməsini və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341,9 kvadratmetr olmasına dair qeydiyyat aparılmasını, iddiaçılara yeni Çıxarış və Texniki Pasport verilməsini xahiş etmişlər. Ərizəni onunla əsaslandırmışlar ki, xələflərinin (miras qoyan - İddiaçı1 həyat yoldaşı, digərlərinin ataları) ölümündən sonra və miras qoyanın ümumi mülkiyyətdə olan pay ortağının (doğma qardaşının) mübahisəli ev üzərindəki öz payını Abdurahmanova Turxanə satmasından sonra, sonuncu daşınmaz əmlaka müraciət edib çıxarış alarkən ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü 1341,9 kv.m. qeyd edilməli olduğu halda, 600 kv.m. kimi göstərilmişdir. Halbuki, 1341,9 kv.m. ölçüsü müvafiq sənədi olan Texniki Pasportda hələ 1980-ci illərin inventarlaşdırılması zamanı əks olunmuşdu.Evin ilkin hüquqi və texniki sənədlərində, həm də faktiki vəziyyətində torpaq sahəsinin ölçüsü həmişə 1341,9 kv.m. olmuşdur. Cavabdeh imtinasını bununla əsaslandırmışdır ki, 1341,9 kvadratmetr torpaq sahəsinin bir hissəsini əhatə edən 0,0946 ha (946 kv.m.) ölçüdə torpaq sahəsinin X9 tərəfindən X3 ilə bağlı Şəki 1 saylı DNK-da 30 oktyabr 2013-cü il tarixli, 4Ə-3 1261 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin 0,0946 ha torpaq sahəsi ilə bağlı X17 verilmiş 21 noyabr 2013-cü il tarixdə **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır. Bununla əlaqədar olaraq iddiaçılar müvafiq iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Cavabdehlər X7 və X17 qarşı, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi cəlb edilməklə, Şəki Rayon Məhkəməsinə iddia tələbləri ilə müraciət edərək, çıxarışların ləğv edilməsi və qeydiyyatın düzəldilməsi, yeni çıxarışın və texniki pasportun verilməsi xahişinə dair iddia ərizəsi ilə müraciət edərək, adında olan 0,0946 ha (946 kv.m.) ölçüdə torpaq sahəsinin X9 tərəfindən X3 ilə bağlı Şəki 1 saylı DNK-da bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 4Ə-3 1261 saylı alqı-satqı müqaviləsinin 0,07419 ha (742 kv.m.) torpaq sahəsi hissəsində etibarsız hesab edilməsinə, həmçinin 0,0946 ha torpaq sahəsi (həmin torpaq sahəsinin digər torpaq sahələri ilə birləşdirilməsinə dair) ilə bağlı X17 verilmiş 21 noyabr 2013-cü il tarixdə **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,0946 ha torpaq sahəsinin 0,07419 (742 kv.m.) hissəsində ləğv edilməsinə, 742 kv.m. torpaq sahəsi ilə bağlı qeydiyyatın X15 adından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)- 139/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 0,0946 hektar (946 kv/m) ölçüdə torpaq sahəsinin X9 tərəfindan X3 ilə bağlı Şəki 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 48-3/1261 saylı alqı-satqı müqaviləsi 0,07419 hektar (742 kv/m) torpaq sahəsi hissəsində etibarsız hesab edilmiş, 0,0946 hektar torpaq sahəsi ilə bağlı X18 verilmiş 21 noyabr 2013-cü il tarixli **********15 nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,07419 hektar (742 kv/m) hissəsində ləgv edilmiş ve 742 kv/m torpaq sahəsi ilə bağlı qeydiyyat X16 adından silinmişdir. Cavabdeh və 3-cü şəxs həmin qətnamədən şikayət verməmişlər və qətnamə qüvvəyə minmişdir. Bununla əlaqədar, 12 saylı Şəki Ərazi İdarəsində qətnamənin icrası təmin olunmalı və müvafiq düzəlişlər edilməli idi. Bir müddət bundan əvvəl təkrarən cavabdeh orqana müraciət edərək, X7 verilmiş 26yanvar 2009-cu il tarixli Çıxarışın və İddiaçı1 adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsini, Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü də bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın texniki səhvin düzəldilməsini və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341,9 kvadratmetr olmasına dair qeydiyyat aparılmasını, onlara yeni Çıxarış və Texniki Pasport verilməsini xahiş etmişlər. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ərizəmizin təmin olunmasından imtina etmiş, cavab məktubu ünvanımıza poçtla 02 noyabr 2023-cü il tarixində daxil olmuşdur. İmtina bununla əsaslandırılmışdır ki, 26 yanvar 2009-cu ıl tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatı aparılan zaman Azarbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı qüvvədə olmamış və sənədlər tərtib edilərkən texniki səhvə yol verilməmişdir. Şəki İnzibati Məhkəməsinin İ 7.06.2021-ci il tarixli, 2-2(116)-22/2021 nömrəli qərarında ünvan 2 ünvanında yerləşən 0.0946 ha torpaq sahəsinin X1 ilə bağlı Şəki bələdiyyəsinin 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28 sentyabr 2007-cı il tarixli, 73 saytı qararın qismən — ümumi mülkiyyətdə olan həmin ünvandakı 20 saylı evin 1341.9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşən 741.9 kvm hissədə ləgv edilsə də, Şəki Rayon Məhkəməsinin e-2(075)- 139/2023 saylı qətnaməsi ilə 0.07946 ha ölçüdə torpaq sahəsinin X9 tərəfindən X4 ilə bağlı Şəki 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 46- 3/1261 saylı alqı-satqı müqaviləsi 0.0742 ha hissədə etibarsız hesab edilsə də, 0.0946 ha torpaq sahəsi ilə bağlı X18 verilmiş 21 noyabr 2013-cü ıl tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0.0742 ha hissədə ləgv edilməsi və 742 kv.m torpaq sahəsi ilə bağlı qeydiyyatın X16 adından silinməsi göstərilsə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci ii tarixli, 2(001 )-2376 saylı qərardadı ilə X16 mülkiyyətində olan Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində yerləşən 0.2720 ha torpaq sahəsinə dair icra hərəkətləri və sənədləşmənin aparılmasının müvəqqəti dayandırılması müraciətin icrasını mümkünsüz etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, 26 yanvar 2009-cu il tarixdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyatı aparılan zaman Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı qüvvədə olmamışdır və texniki səhvə yol verilməmişdir. Şəki İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(116)- 22/2021-ci il tarixli qərarında Şəki Giləhli küşəsi, 20 ünvanında yerləşən 0.0946 ha torpaq sahəsinin X13 qəzına satılması ilə bağlı Şəki şəhər bələdiyyəsinin 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28 sentyabr 2007-ci il tarixli 73 saylı qərarı qismən - ümumi mülkiyyətdə olan həmin ünvandakı 20 saylı evin 1341.9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri daxilndə yerləşən 741.9 kv.m hissədə ləgv edilsdə . Şəki rayon Məhkəməsinin e-2(075) -139 /2023 saylı qətnaməsi ilə 0.07946 ölçüdə torpaq sahəsinin X8 tərəfindən X4 bağlı Şəki 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 30 oktyabr 2013-cü il tarixli ,46- 3/1261 saylı alqı satqı müqaviləsi 0.0742 ha hissədə etibarsız hesab edilsədə , 0.0946 ha torpaq sahəsi ilə bağlı X18 verilmiş 21 noyabr 2013-cü il tarixli 404013-11415 nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0.0742 ha hissədə ləğv edilməsi və 742 kv.m torpaq sahəsi ilə bağlı qeydiyyatın X16 adından silinməsi göstərilsədə , Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(001)-2376 saylı qərardadı ilə X16 mülkiyyətində olan Şəki şəhəri , Ə.Dəmirçizadə küçəsində yerləşən 0.2720 ha torpaq sahəsinə dair icra hərəkətləri və sənədləşmənin aparılması müvəqqəti dayandırılması müraciətin icrasını mümkünsüz etmişdir. Üçüncü şəxs etirazında bildirmişdir ki, iddiaçılar X10ma qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin avqust 1983-cü il tarixli Texniki Pasporta əsasən 1341,9 m2 olan torpaq sahəsinin 741,9 m2-i üzərində ümumi mülkiyyət hüquqlarının tanınması, bütövlükdə isə 1341,9 m2 olan vahid torpaq sahəsi üzərində ümumi bərabər paylı (hər tərəfə 1/2 olmaqla) mülkiyyət hüquqlarının tanınması və bununla əlaqədar olaraq X6 adına verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışın və İddiaçı1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 1341,9 m2 vahid torpaq sahəsinin (600 m2+741,9 m2) ümumi sərhədlərinin və koordinatlarının müəyyən edilməsi, 1341,9 m2 olan torpaq sahəsinin naturada bölünməsi və s. tələblərin təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şəki rayon məhkəməsi 2(075)-14/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X6 ilkin iddiasını qismən təmin etmiş və qarşılıqlı iddia tələbinin rədd etmişdir. Bu qətnamədən verilmiş apellyasiya və kasassiya şikayətləri müvafiq olaraq, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-162/2021 sayh xx.xx.2021-ci il tarixli qətnamə və AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4712/2021 sayh xx.xx.2021-ci il taixli qərarı ilə təmin edilməmiş, Şəki rayon məhkəməsi 2(075)-14/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Buna baxmayaraq, iddiaçılar eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəmələrə müraciət etmişlər. Məlumat üçün bildirirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə hazırki inzibati mübahisələrə dair iş üzrə iddiaçıların müraciəti əsasmda Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarovun sədrliyi ilə xx.xx.2021-ci il tarixli 2-1(116)- 22/2012 saylı və Şəki rayon məkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə xx.xx.2023cü il tarixli e-2(075)-139/2023 saylı qanunsuz məhkəmə aktları qəbul edilmişdir. Şəki rayon məkəməsinin hakimi Pərviz Hacıyevin icraatında olmuş e-2(075)-l39/2023 sayh mülki işin məhkəmə baxışında mənim şifahi vəsatətim əsasında AR yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Şəhər Ərazi İdarəsinə müvafiq sorğu ilə müraciət edilmişdir. Həmin idarədən daxil olmuş məktubdan məlum oldu ki, Bakı şəhəri Bunəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2376 sayh qərardadı ilə X15 mülkiyyətində olan Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində yerləşən 0.2720 ha torpaq sahəsinə dair icra hərəkətləri və sənədləşdirmənin aparılması müvəqqəti dayandırılmışdır. Lakin hakim Pərviz Hacıyev məlum məktubun tələbini nəzərə almayaraq, iddianın təmin edilməsi barədə adıçəkilən qətnaməsini qəbul etdi. Əslində isə, hakim məlum qətnamə Azərbaycan Beynəlxalq Bankının maraqlarına toxunduğu üçün sonuncunu maraqlı şəxs qismində iştirakını təmin etməli idi. İddiaçılar isə, hazırki iddia ərizəsində qeyd edirlər ki, məlum qətnamədən şikayət verilməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bildirirəm ki, bu fakt Azərbaycan Beynəlxalq Bankına məlum olduğu istənilən vaxt maraqlı şəxs qismində bu mübahisələrə qoşulmaq hüququ vardır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 404013004412-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair ilkin qeydiyyat vəsiqəsindən görünür ki, Şəki şəhəri Gilehli küçəsi ev 20 nömrəli fərdi yaşayış evinin hüquqi subyekti X9 və X20r
3. MH seriyalı ******* nömrəli xx.xx.2009-cü il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri, Giləhli küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən l-(2) mərtəbəli, 5 otaqlı, 85.85 kv.m yaşayış, 170.6 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 1/2 hissə , X19 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 11 Hörməli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı DƏDR-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı1 və digərlərinin mülkiyyətindədir.
5. 21.10.2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, X19 vərəsələri- İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2dur.
6. Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun 590 nömrəli, xx.xx.2014-cü il tarixli məktubu.
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-22/2021 nömrəli qərarı.
8. Şəki rayon Məhkəməsinin e-2(075)-139/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi.
9. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 268/2021-ci il nömrəli qərardadının surəti.
10. 296 inventar nömrəli xx.xx.2009-cü il tarixli Texniki Pasportu surəti.
11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1077/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı.
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-561/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsassızdır. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçıların hüquqi marağı Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı X7 verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi və həmin evin torpaq sahəsinin ölçüsünün 1341.9 kv.m olmasına dair qeydiyyat aparılması, iddiaçılara yeni çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh imtina əsasını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(001 )-2376 saylı qərardadı ilə X16 mülkiyyətində olan Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində yerləşən 0.2720 ha torpaq sahəsinə dair icra hərəkətləri və sənədləşmənin aparılmasının müvəqqəti dayandırılması ilə əlaqələndirmişdir. Məhkəmə tərəfindən ilkin olaraq iddianın mümkünlüyü araşdırılmış, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1077/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-561/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1077/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək yenidən baxılması üçün göndərilmişdir. Sözügedən Qərardadda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(001)-268/2021 saylı qərardadı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(001)-2376 saylı qərardadı ilə iddianın təmin etmə tədbirinin digər hissəsi ləğv edilmişdir. Hazırkı iddia ərizəsi əsasında işə baxarkən məhkəmə xüsusilə qeyd edir ki,cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu əsasında yaranmış hala qiymət vermişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılması əsasları təsbit edilmişdir. 14.1. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.4. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. 14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. 14.6. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina əsasları təsbit edilmişdir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: .... 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi cavabdeh tərəfindən ilkin müraciət araşdırıldığı zaman Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(001 )-2376 saylı qərardadı ilə X16 mülkiyyətində olan Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində yerləşən 0.2720 ha torpaq sahəsinə dair icra hərəkətləri və sənədləşmənin aparılmasının müvəqqəti dayandırılmışdır. İnzibati məhkəmə araşdırması zamanı inzibati orqanının hərəkət və hərəkətsizliyini (imtinasını) nəzərdən keçirərkən aşağıdakı məqamlar kompleks şəkildə tədqiq edilməlidir:
1. İmtinanın qanuniliyi: Məhkəmə, inzibati orqanın imtinasının mövcud qanunvericiliyə uyğun olub-olmadığını yoxlayır.
2. İmtinanın əsaslandırılması: İmtina qərarının əsaslandırılıb-əsaslandırılmadığı və qərarın qəbul edilməsinə səbəb olan faktların mövcudluğu yoxlanılır.
3. Vətəndaşın hüquqlarının pozulması: İmtinanın nəticəsində vətəndaşın hansı hüquqlarının pozulduğu və bu pozuntunun aradan qaldırılması üçün hansı tədbirlər görülməli olduğu müəyyən edilir. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,cavabdehin ilkin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-15ci maddələrinin tətbiqi baxımından əsaslı olmuşdur.Lakin, cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(001)-268/2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(001)-2376 saylı qərardadı ilə iddianın təmin etmə tədbirinin digər hissəsinin ləğv edilməsini və həmin qərardadın icra vəziyyətini nəzərə almaqla hazırkı mübahisəyə dair yenidən inzibati icraat aparmalıdır.İş materiallarına əsasən inzibati orqan tərəfindən sonuncu inzibati icraat 2021-ci ildə aparılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 23.2. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı ümumi mülkiyyətindəki pay ortağımız X7 verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi, həmin evin torpaq sahəsinin (tikintialtı-həyətyanı) ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın, texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341.9 kv.m olmasına dair qeydiyyat aparılması, iddiaçılara yeni çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə