Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-108/2021 30.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə qarşı "mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı, X7 və X9 ümumi mülkiyyətinə verilmiş və onların adına 15.03.2001-ci ildə JN-229F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. X11 10.02.2007-ci ildə vəfat etmişdir. Mərhumun əmlakına İddiaçı adına 16.11.2011-ci ildə "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Həmin 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.01.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı İddiaçı adına 21.01.2012-ci ildə "Daşınmaz əmlakın texniki pasportu" da tərtib edilmişdir. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsi həyata keçirilərkən məlum olmuşdur ki, sözügedən layihə çərçivəsində İddiaçı mərhum anası X8 məxsus 53,05 kv.m yaşayış evi, 16,10 kv.m şüşəbənd mətbəx, 21 kv.m açıq eyvan, 45,88 kv.m çardaq, 66 kv.m daş hasar, 1751,06 kv.m (həmin torpaq sahəsinin 262,67 kv.m hissəsi zəbt) torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Göstərilən əmlaka ümumilikdə 55400 manat kompensasiya hesablanmış və 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ bank vasitəsilə iddiaçıya ödənilmişdir. Bundan başqa, X20 tərəfindən torpaq alqı-satqısı üçün 750 manat pulun ödənilməsi ilə bağlı Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən 15.09.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarına əsasən, Qəbələ şəhər sakini X17 fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlarından 0,06 ha torpaq sahəsinin satılması, torpağın dəyərini bələdiyyənin bankdakı xüsusi hesabına ödəməsinin Arzu Manafova tapşırılması və s. qərara alınmışdır. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə məxsus 0,06 ha torpaq sahəsinin X3 ilə əlaqədar 23.09.2007-ci ildə "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş və Azərbaycan Respublikası DTXK-in Qəbələ rayon şöbəsində 135 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası DTXK-in Qəbələ rayon şöbəsi tərəfindən "Qəbələ şəhər sakini X17 Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə aid torpaqlardan fərdi yaşayış evi tikmək məqsədi üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı" tərtib edilmiş və həmin sənəd Bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı ilə X4 0,06 ha torpaq sahəsinin 0,0452 ha hissəsi "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsinə düşdüyünə görə, X13 razılığı əsasında torpaq sahəsinin qalan 0,0148 ha hissəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 0,0148 ha torpaq sahəsi ilə bağlı X13 adına 15.03.2018-ci ildə A- 248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" də tərtib edilmişdir. İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə" 06.05.2020-ci il tarixli iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş məhkəmədə 19.05.2020-ci ildə 2-1(116)-1013/2020 nömrəsi ilə qeydə alınmışdır. İddiaçı məhkəməyə 09.07.2020-ci il tarixli başqa bir iddia ərizəsi göndərməklə iddiasını dəyişdirmişdir. Həmin iddia ərizəsində tələb cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı verilmişdir və "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi"ndən ibarətdir. Şəki İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli qərardadına əsasən, 2-1(116)- 1013/2020 nömrəli inzibati işdə birgə baxılan iki tələb üzrə icraat aşağıdakı ayrı-ayrı müstəqil icraata ayrılmışdır: 1) İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması" barədə, 2) İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı "iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən və Qəbələ Rayon İcra Hakimiyyətindən alınaraq iddiaçıya verilməsi" barədə. Hazırda baxılan iş yuxarıda göstərilən birinci işdir. Bundan sonra 24.08.2020-ci ildə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, tələbinin yalnız Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə qarşı olduğunu bildirmiş və xahiş etmişdir ki, ona məxsus olduğu halda, Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olan 0,007839 ha və daş hasardan çölə salınmış 0,0061 ha torpaq sahələrinin ona qaytarılması, həmçinin mülkiyyətində olan 0,0148 ha torpaq sahəsi ilə bağlı Hacıalılı Bələdiyyəsi ilə X20 arasında bağlanmış 23.09.2007-ci il tarixli 135 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilərək ona qaytarılması barədə qərar çıxarılsın. Daha sonra 31.08.2020-ci ildə İddiaçı məhkəməyə yeni iddia ərizəsi verərək, iddiasını dəyişdirmiş, həmin iddia ərizəsində cavabdeh kimi Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi göstərilmişdir. İddia tələbi "iddiaçıya məxsus olduğu halda, Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olan 0,007839 ha və daş hasardan çölə salınmış 0,0061 ha torpaq sahələrinin ona qaytarılması, həmçinin mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X3 barədə Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunaraq ona qaytarılması" kimi ifadə olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli qərardadına əsasən, İddiaçı iddianı dəyişdirməsi qəbul edilmişdir. Nəhayət, 30.06.2021-ci ildə İddiaçı məhkəməyə ərizə verərək iddia tələbinin həcmini azaltmış və bildirmişdir ki, iddia tələbi "mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X3 barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması"ndan ibarətdir. Məhkəmənin 30.06.2021-ci il tarixli qərardadına əsasən, iddianın dəyişdirilməsi qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli qərardadına əsasən, X20 üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X20 10.03.2021-ci ildə məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, İddiaçı tələblərinə mülki icraat qaydasında baxılmalı olduğunu bildirmiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X20 iddiaya 23.06.2021-ci il tarixli etiraz da göndərərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. O, etirazını belə əsaslandırmışdır ki, İddiaçı mübahisələndirdiyi Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı barədə təxminən 1 il əvvəldən məlumatlı olmuş və iddia müddətini buraxmışdır. İddiada göstərilən digər tələblər isə ümumi məhkəməyə aiddir. Cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi iddiaya yazılı münasibət bildirməmişdir. Cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və üçüncü şəxs X17 şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etmədiyinə, üçüncü şəxs isə gəlmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-229F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı, X7 və X9 ümumi mülkiyyətinə verilmişdir. - İşdə olan, 16.11.2011-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, həmin sənəd 10.02.2007-ci ildə vəfat etmiş X7 əmlakı (Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha torpaq sahəsində 1961-ci ildə tikilmiş, yaşayış sahəsi 55,5 kv.m, köməkçi sahəsi 15,6 kv.m, ümumi sahəsi 71,1 kv.m olan üç otaqlı fərdi yaşayış evi) ilə bağlı İddiaçı adına verilmişdir. - İşdə olan, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.01.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"ndan görünür ki, həmin sənəd qeyd olunan daşınmaz əmlakla bağlı İddiaçı adına tərtib edilmişdir. - İşdə olan, 15.09.2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X20 tərəfindən torpaq alqı-satqısı üçün 750 manat pul Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə ödənilmişdir. - İşdə olan, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Qəbələ şəhər sakini X17 fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlarından 0,06 ha torpaq sahəsinin satılması, torpağın dəyərini bələdiyyənin bankdakı xüsusi hesabına ödəməsinin Arzu Manafova tapşırılması və s. qərara alınmışdır. - İşdə olan, "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə məxsus 0,06 ha torpaq sahəsinin X3 ilə əlaqədar 23.09.2007-ci ildə tərtib edilmiş və Azərbaycan Respublikası DTXK-in Qəbələ rayon şöbəsində 135 nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, "Qəbələ şəhər sakini X17 Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə aid torpaqlardan fərdi yaşayış evi tikmək məqsədi üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı"ndan görünür ki, həmin sənəd Azərbaycan Respublikası DTXK-in Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş və Bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qəbələ rayon Hacıalılı kəndində yerləşən 0,0148 ha torpaq sahəsinə X13 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd qeyd olunan 0,0148 ha torpaq sahəsi ilə bağlı X13 adına 15.03.2018-ci ildə tərtib edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşdən göründüyü kimi, İddiaçı məhkəməyə ilk iddia ərizəsini 06.05.2020-ci ildə yazmışdır. Həmin ərizədə o, özünə məxsus olan 0,0148 ha torpaq sahəsinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən X1 bildirsə də, bələdiyyənin hansı qərarı ilə satıldığını bildirməmiş və həmin qərarı mübahisələndirməmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım edildikdən sonra o, bir neçə dəfə iddia tələbini dəyişdirmiş və bələdiyyənin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının ləğvi barədə tələbi məhkəməyə 31.08.2020-ci ildə vermişdir. Müəyyən edildi ki, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin həmin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının tarixi və nömrəsi barədə məlumatı İddiaçı çatdıran ilk sənəd DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçının vəkili X12 ünvanlanmış 20.08.2020-ci il tarixli **********81 nömrəli məktubdur. Həmin məktubda göstərilmişdir ki, X13 adına olan Qəbələ rayon Hacıalılı kəndi ərazisində yerləşən 0,0148 ha torpaq sahəsi Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı, Hacıalılı Bələdiyyəsi ilə X20 arasında bağlanmış 23.09.2007-ci il tarixli 135 nömrə ilə qeydiyyata alınmış "Torpaqların alqı-satqı müqaviləsi" və 15.09.2007-ci il tarixli ödəniş qəbzi əsasında qeydiyyata alınmışdır. Cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının İddiaçı təqdim olunması barədə məhkəməyə, ümumiyyətlə, heç bir sübut təqdim edilməmiş, həmin qərarın tarixi, nömrəsi və məzmunu barədə məlumatların isə iddiaçıya 20.08.2020-ci ildən daha əvvəl bildirilməsi barədə də işdə sübut yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialar üçün iddia müddətinin başlanğıcı kimi inzibati aktın təqdim (elan) olunduğu vaxt nəzərə alındığına, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının İddiaçı təqdim, yaxud elan olunması barədə isə işdə sübut olmadığına görə onun tərəfindən iddia müddəti buraxılmamışdır. Bələdiyyə qərarının mövcudluğu barədə iddiaçının əvvəlcədən məlumatlı olması barədə üçüncü şəxsin dəlilinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının bələdiyyə qərarı barədə müxtəlif mənbələrdən əldə etdiyi ümumi məlumat Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş "inzibati aktın təqdim (elan) olunması" kimi qiymətləndirilə və iddia müddətinin başlanğıcının hesablanmasına səbəb ola bilməz. Beləliklə, məhkəmə hazırkı iddianın mümkün sayılmaması üçün əsas müəyyən etmədi. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı verildiyi zaman qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin müəyyən edildi ki, torpaq sahəsi X2 əvvəl Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır. Bu isə Bələdiyyə qərarının qanuniliyini istisna edir. Bundan başqa, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində deyilir ki, bələdiyyə ərazisinin hüdudları "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsində deyilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalardan görünür ki, xüsusi mülkiyyətə verilmiş torpaqlar bələdiyyə mülkiyyətinə verilmir və bələdiyyələrin həmin torpaqlara sərəncam vermək hüququ yoxdur. İşdən göründüyü kimi, 1998-ci ildə ölkədə keçirilən torpaq islahatı ilə əlaqədar olaraq, Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı, onun anası X7 və bacısı X9 ümumi mülkiyyətinə verilmişdir. X11 vəfat etdikdən sonra onun əmlakı vərəsəlik qaydasında İddiaçı keçmiş və həmin 0,16 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ 24.01.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin sxemi 15.03.2001-ci il tarixli JN-229F kod 40604018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də, sonra isə 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda əks olunmuşdur. Məhkəmənin 05.10.2020-ci il tarixli məktubu ilə DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilərək İddiaçı adına olan MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən 0,16 ha torpaq sahəsinin və cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli qərarı ilə üçüncü şəxs X4 0,06 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi barədə məlumat tələb olunmuşdur. DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 16.10.2020-ci il, 12.11.2020-ci il, 20.11.2020-ci il tarixli cavab məktublarından, habelə məktuba əlavə edilmiş "X8 aid torpaq və tikili sahəsinin kadastr planından çıxarış"dan və "İddiaçı mülkiyyətində olan 0,16 ha torpaq və tikili sahəsindən layihəyə düşən hissəsinin sxematik planı"ndan məlum oldu ki, Qəbələ rayonunda Aeroporta yeni çəkiləcək avtomobil yolunun təhkim zolağına düşən torpaq sahələrini dürüstləşdirmək məqsədilə 2013-cü ildə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndələrinin və ƏMDX-in Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssislərinin iştirakı ilə ərazidə yeni çəkilişlər aparılmış, ƏMDX-in Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssisləri tərəfindən ərazidə çöl ölçmə işləri nəticəsində yeni çəkiləcək yolun qorunma zolağına düşən torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və layihəyə düşən hər bir torpaq sahəsinə dair torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Eyni zamanda, layihəyə düşən torpaq sahələrinə dair kadastr məlumatları elektron kadastr məlumat bazasına daxil edilərək istifadə üçün Ərazi İdarəsinə göndərilmişdir. Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli qərarı ilə X4 0,06 ha torpaq sahəsinin 0,0452 ha hissəsi yolun genişləndirilməsi zamanı yolun layihəsinə düşdüyünə görə, X13 razılığı əsasında torpaq sahəsinin yalnız 0,0148 ha hissəsi onun adına qeydiyyata alınmışdır. ƏMDX-in Daşınmaz Əmlakın Kadastrı və X10 tərəfindən Ərazi İdarəsinə 14.03.2013-cü ildə təqdim olunan torpaq sahəsinin elektron kadastr məlumat bazasına görə, dövlət reyestrində X13 adına qeydiyyata alınmış 0,0148 ha torpaq sahəsi və yolun genişləndirilməsi zamanı yolun layihəsinə düşən 0,0452 ha torpaq sahəsi dövlət reyestrindən çıxarışla İddiaçı adına qeydiyyata alınmış 0,16 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 16.10.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş "X8 aid torpaq və tikili sahəsinin kadastr planından çıxarış" öyrənilərkən müəyyən edildi ki, İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda iddiaçının zəbt etdiyi 0,059 ha torpaq sahəsi həyətin avtomobil yoluna yaxın hissəsində göstərildiyi halda, kadastr planından çıxarışda bundan fərqli olaraq, əks tərəfdə göstərilmişdir. Ona görə də məhkəmənin 07.12.2020-ci il tarixli məktubu ilə DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilərək bu ziddiyyətin səbəbi barədə məlumat tələb edildi. DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 15.12.2020-ci il tarixli cavab məktubundan məlum oldu ki, İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu" tərtib edilən zaman DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin mühəndisəri tərəfindən həyətyanı torpaq sahəsində texniki inventarlaşdırma və çöl ölçmə işləri apararkən vətəndaşın mülkiyyətindən əlavə, faktiki istifadəsində 0,059 ha zəbt olunmuş torpaq sahəsinin olması aşkar edilmiş, həmin zəbt olunmuş torpaq sahəsinin sərhədləri dürüstləşdirilərək, texniki pasportda Qəbələ-Ağdaş avtomobil yolu istiqamətində ştrixlə göstərilmişdir. Lakin 2013-cü ildə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin nümayəndələrinin və ƏMDX-in Daşınmaz Əmlakın Kadastrı və X5 mütəxəssislərinin iştirakı ilə ərazidə yeni çəkilişlər aparılarkən iddiaçının adına olan texniki pasportda göstərilən torpaq sahəsinin planı nəzərə alınmamış, yeni çəkilişə əsasən zəbt olunmuş torpaq sahəsi əks istiqamətdə göstərilərək torpaq sahələrinə dair kadastr məlumatları elektron kadastr məlumat bazasına daxil edilərək 14.03.2013-cü ildə istifadə üçün Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, aşağıdakı suallarla bağlı məlumat tələb olundu: 1) İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda göstərilən 0,16 ha torpaq sahəsi və X13 adına olan A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşürmü? 2) 2013-cü ildə elektron kadastr məlumat bazasına həmin ərazi ilə bağlı dəyişiklik edilmişdirmi? 3) Edilmişdirsə, bunun səbəbi nə olmuşdur? 4) Edilmişdirsə, elektron kadastr məlumat bazasının hansı variantı (əvvəlki, yoxsa hazırkı) naturadakı vəziyyətə uyğundur? 5) X13 adına olan 15.03.2018-ci il tarixli A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsi 2013-cü ildə elektron kadastr məlumat bazasına dəyişiklik edilənədək Qəbələ Rayonu Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olmuşdurmu? Məhkəmənin sorğusuna əsasən, Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə verilmiş 07.05.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda göstərilən 0,16 ha torpaq sahəsi və X13 adına olan A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşür. 2013-cü ildə elektron kadastr məlumat bazasına həmin ərazi ilə bağlı dəyişiklik edilmişdir. Ərazidən keçən magistral avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində elektron xəritədə yolun mühafizə zolağının keçdiyi hissələrdə dəyişiklik edilmişdir. 2013-cü ildə ərazidən keçən magistral avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində elektron xəritədə yolun mühafizə zolağının keçdiyi hissələrdə dəyişiklik edildiyi üçün elektron kadastr məlumat bazasının hazırkı vəziyyəti naturadakı vəziyyətə uyğundur. X13 adına olan 15.03.2018-ci il tarixli A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsini yerləşdiyi ərazi **********63-10301 nömrəli 21.01.2012-ci il tarixli çıxarış ilə 0,16 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə səbəb olmuş JN-229F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Mütəxəssis rəyinə torpaq sahəsinin yerləşmə sxemləri və yerquruluşu xəritəsindən çıxarış əlavə edilmişdir. Həmin sxemlərdən və çıxarışdan görünür ki, X13 adına olan 15.03.2018-ci il tarixli A-248986 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 0,0148 ha torpaq sahəsi İddiaçı adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"nda göstərilən 0,16 ha torpaq sahəsi ilə üst-üstə düşür. Deməli, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı ilə X4 torpaq sahəsinin 0,0148 ha hissəsi faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış 0,16 ha torpaq sahəsinin bir hissəsidir. Beləliklə, məhkəmə bu nəticəyə gəldi ki, İddiaçı X17 torpaq sahəsinin satılması barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarının 0,0148 ha hissəsinin ləğvini tələb etməkdə haqlıdır. Bununla yanaşı, o, torpaq sahəsinin yalnız 0,0148 ha hissəsini mübahisələndirdiyi halda, iddia ərizəsində bələdiyyənin qərarının bütövlükdə ləğvini tələb etmişdir. Məhkəmə hesab edir ki, onun hüquqi marağı yalnız 0,0148 ha torpaq sahəsi ilə bağlı olduğuna görə iddia qismən təmin edilərək, bələdiyyənin qərarı yalnız 0,0148 ha hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, işdən görünür ki, prosessual xərclər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş ekspertizanın dəyərini təşkil edən 311 manat puldan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə, proses iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, həmin məbləğ cavabdehdən alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 16.09.2007-ci il tarixli 10 nömrəli qərarı üçüncü şəxs X13 adına olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Prosessual xərclər cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə aid edilsin və ekspertizanın dəyərini təşkil edən 311 manat məbləğində pul ondan alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-108/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-108/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver