Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1080/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "X8, X5, X6 və X9 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir şəhəri F.Əzimov küçəsi ev 7-də yerləşən 13 nömrəli mənzil 04.05.1994-cü ildə texniki inventarlaşdırma bürosunda mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınaraq onun adına Qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzilə İddiaçı mülkiyyət hüququ 16.02.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Üçüncü şəxs X4 rayonu Baydarlı kəndində anadan olmuş, həmin kənddə yaşayış yeri üzrə qeydiyyatda olmuş və iddiaçının oğlu X16 ilə ailə qurduqdan sonra 29.02.2004-cü ildə iddiaçıya məxsus olan Mingəçevir şəhəri F.Əzimov küçəsi 7 nömrəli evin 13 nömrəli mənzilinə yaşayış yeri üzrə qeydiyyata götürülmüşdür. Onların nikahından 17.01.2004-cü ildə X17, 16.10.2005-ci ildə isə X13 doğulmuşlar. Hər iki uşaq iddiaçıya məxsus olan Mingəçevir şəhəri F.Əzimov küçəsi 7 nömrəli evin 13 nömrəli mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçının oğlu X16 da eyni mənzildə qeydiyyatda olmuş və 05.09.2010-cu ildə vəfat etmişdir. Bundan sonra üçüncü şəxs X12 öz uşaqları X13 və X17 ilə birlikdə Qax rayon Baydarlı kəndinə köçmüş və hazırda orada yaşayırlar. İddiaçı sözügedən mənzildən X8, X5, X6 və X9 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 02.06.2021-ci il tarixli məktubla bildirmişdir ki, mənzilə dair çıxarış ərizəyə əlavə olunmadığı üçün məsələnin hərtərəfli araşdırılması mümkün olmamışdır. Gələcəkdə zəruri sənədlər təqdim olunacağı halda məsələyə təkrar baxılacaqdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, sözügedən mənzil hazırda onun mülkiyyətindədir, adları sadalanan şəxslərin həmin mənzildə qeydiyyatda qalması üçün əsas yoxdur. Cavabdeh məhkəməyə göndərdiyi 10.07.2021-ci il tarixli məktubda bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı daxil olduqdan sonra üçüncü şəxslər qeydiyyatdan çıxarılacaqlar. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1-ə İddiaçı mülkiyyət hüququ 16.02.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 25.05.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X16, X14, X10, X15, X5, X6 və X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri iddiaçının əvvəlcədən eyni xahişlə inzibati orqana müraciət etməsindən və bu müraciətin müsbət həll edilməməsindən ibarətdir. İşdə olan, cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə göndərilmiş 02.06.2021-ci il tarixli cavab məktubunda iddiaçının cavabdehə müraciət etməsi görünsə də, bu müraciətin nə barədə olması aydın deyil. Digər tərəfdən, iddiaçının həmin müraciəti hazırkı iddia ərizəsi ilə eyni məzmunda olsa belə, cavabdeh üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməmişdir. Cavabdeh mənzilin çıxarışının ərizəyə əlavə olunmadığını, bu səbəbdən ərizənin araşdırılmasının mümkün olmadığını bildirərək, zəruri sənədlərin təqdim olunacağı təqdirdə məsələyə təkrar baxılacağını bildirmişdir. Ona görə də məhkəmənin 23.06.2021-ci il tarixli sərəncamı ilə bu çatışmazlıq iddiaçının diqqətinə çatdırılmış və onun aradan qaldırılması üçün beş gün müddət təyin edilmişdir. İddiaçı məhkəmənin təklifinə cavab verməsə də, Cavabdeh iddia ərizəsini aldıqdan sonra məhkəməyə göndərdiyi 10.07.2021-ci il tarixli məktubda bildirmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür. Beləliklə, Cavabdeh həmin məktubda iddia ərizəsində göstərilən şəxslərin iddiaçıya məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi ilə bağlı mövqeyini açıq şəkildə ifadə etmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın mümkün sayılmaması üçün əsas yoxdur. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericiliyin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan əsaslar formal olaraq mövcud deyil. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24.09.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, X12, X13 və X3 mənzildə yaşamadıqları halda, onların qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı özünə məxsus mənzildən onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin birinci və ikinci hissələrinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Ona görə də məhkəmə qeyd edir ki, X5, X6 və X9 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılması onların faktiki olaraq həmin mənzildə deyil, başqa ünvanda yaşamaları ilə bağlıdır və onları qeyd olunan mənzilə dair əmlak hüquqları ilə bağlı ümumi məhkəmədə hər hansı iddia qaldırmaq hüququndan məhrum etmir. X2 aid hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 4-cü bəndinə görə, şəxsin ölməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biridir. Məhkəmə hesab edir ki, X16 vəfat etdiyinə görə iddiaçı onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X8, X5, X6 və X9 İddiaçı məxsus olan ünvan 1-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz prospekti 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.