Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1081/2020 07.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində iki dəfə hərbi xidmət keçmişdir. Birinci dəfə xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilədək N nömrəli hərbi hissənin tərkibində döyüş zonasında Ağdam, Ağdərə istiqamətində gedən müharibələrdə iştirak etmiş, ikinci dəfə isə xx.xx.N8-ci ildən, xx.xx.N000-ci ilədək N nömrəli hərbi hissənin tərkibində yenə cəbhə xəttində Ağdam rayonu ərazisində hərbi xidmətdə olmuşdur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilən xx.xx.N0N0-ci il tarixli 9/N-635 nömrəli Arxiv Arayışından görünür ki, Qax RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli N30 №-li əmrilə (əsas: səh- NN, §-N, sıra-77) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N3-cü il tarixli 335 №-li əmrilə (əsas: səh-N6, §-N, sıra-NN4) manqa komandiri, kiçik çavuş İddiaçı döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 39 №-li əmrində (əsas: səh-NN, §-N, sıra-4, əmrdə atasının adı yazılmamışdır) İddiaçı məzuniyyətə göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N4-cü il tarixli 98 №-li əmri ilə (əsas: səh-39, §-N, sıra-N0) şəxsi heyətin siyahısından çıxarılmışdır. Bir avdan artıq hərbi hissəni özbaşına tərk etdiyi ücün N975-ci il təvəllüdlü kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N4- cü il tarixli N5N NQ-İİ əmrilə (əsas: səh-4N, §-N, sıra-3) ştatdan kənar edilmişdir. Uzun müddət hərbi hissədən yayındığına görə Qax RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 05.09.94-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N4-cü il tarixli N90 №-li əmrilə (əsas: səh-N9, §-5, sıra-N37) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N7-ci il tarixli, 383-İ QR Qərarının 9cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli NN6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi X4 Arxivinin xx.xx.N0N0-ci il tarixli,9/N-4483 nömrəli məktubuna əsasən müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli N30 №-li əmrilə (əsas: səh- NN, §- N, sıra-77) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin olunsa da, hərbi hissəni özbaşına tərk etdiyi üçün kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N4-cü il tarixli 98 №-li əmri ilə (əsas: səh-39, §-N, sıra-N0) şəxsi heyətin siyahısından çıxarılmışdır. Bir aydan artıq hərbi hissəni özbaşına tərk etdiyi ücün N975-ci il təvəllüdlü kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N4- cü il tarixli N5N NQ-İİ əmrilə (əsas: səh-4N, §-N, sıra-3) ştatdan kənar edilmişdir. Uzun müddət hərbi hissədən yayındığına görə Qax RHKnın çağırışçısı, N975-ci il təvəllüdlü sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 05.09.94-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N4-cü il tarixli N90 №-li əmrilə (əsas: səh-N9, §-5, sıra-N37) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. XN göndərilmiş İddiaçı N90 №-li hərbi hissə komandirinin xx xxxxx N8-ci il tarixli 93 №-li əmrilə (əsas. § N, sıra 5, səh 34 hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N8-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 5-ci MAT-a göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N9-cu il tarixli müvafiq əmrinə əsasən 5-ci MAT-nin hərbi qulluqçusu, sıravi Əliyev XN ehtiyata tərxis olunduğu üçun N90 №-li hərbi hissə komandirinin xx xxxxxx N000-ci il tarixli N8 №-li əmrilə (əsas: § N4. sııa
34. səh 63. əmrdə atasının adı Zahid yazılmışdır, vəzifəsi göstərilməyib) xx.xx.N000-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qax RHK-na göndərilmişdir. İş materiallarında olan ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli N30 №-li əmrilə (əsas: səh- NN, §-N, sıra-77) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N4-cü il tarixli N90 №-li əmrilə (əsas: səh-N9, §-5, sıra-N37) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Sonradan iddiaçı N90 №-li hərbi hissə komandirinin xx xxxxx N8-ci il tarixli 93 №-li əmrilə (əsas. § N, sıra 5, səh 34 hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N8-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 5-ci MAT-a göndərilmişdir. İddiaçı ordu sıralarından ehtiyata tərxis olunduğu üçun N90 №-li hərbi hissə komandirinin xx xxxxxx N000-ci il tarixli N8 №-li əmrilə (əsas: § N4. sııa 34. səh 63. əmrdə atasının adı Zahid yazılmışdır, vəzifəsi göstərilməyib) xx.xx.N000-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qax RHK-ya göndərilmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.N0N0-ci il tarixli N6/NN04 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.N0N0-ci il tarixli N89-N5870-NNN0 nömrəli iddiaçının məhkumluğuna dair məktubundan müəyyən edilir ki, Qax rayonu, Güllük kəndində qeydiyyatda olan İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.N0N0-ci il tarixli N6/N773 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Füzuli hərbi prokurorluğunda təqsirləndirici və ya cinayət işi yoxdur. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.N0N0-ci il tarixli, N9HPN5NN nömrəli məktubundan müəyyən edilir ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən xx.xx.N8-ci il tarixdə N975-ci il təvəllüdlü İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin N00N-N0N3-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barədə qəbul edilmiş qərarın surətinin məhkəməyə göndərilməsi mümkün olmamışdır.
İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AR MN Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0N0-ci il tarixli, N/Ə-7349 nömrəli imtina məktubu, AR MN X4 Arxivinin xx.xx.N0N0-ci il tarixli, 9/N-635 nömrəli məktubu və xx.xx.N0N0-ci il tarixli, 9/N-4483 nömrəli arxiv arayışı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, Tərtər Hərbi Prokurorluğunun xx.xx.N0N0-ci il tarixli, N9HPN5NN nömrəli məktubu, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.N0N0-ci il tarixli N6/NN04 nömrəli məktubu, SHXÇDX-nın Qax rayon şöbəsinin xx.xx.N0N0-ci il tarixli 4N0 nömrəli məktubu və ona əlavə edilmiş qeydiyyat kartasının surəti, Şəki şəhər(rayon) polis şöbəsinin xx.xx.N0N0-ci il tarixli N89-N5870-NNN0 nömrəli məktubu, cavabdehin xx.xx.N0N0-ci il tarixli, NN/33N9 nömrəli etiraz məktubu aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in N.N.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə İddiaçı xx.xx.N3-cü il tarixdə Azərbaycan Milli Ordusunun N30 saylı hərbi hissəsinin tərkibində hərbi xidmətdə olması ilə bağlı mübahisənin olmadığını qeyd edir. Belə ki, həmin hal işə əlavə olunan hərbi bilet və cavabdehin arxiv arayışı ilə öz təsdiqini tapır. Lakin cavabdehin xx.xx.N0N0-ci il tarixli, 9/N-635 nömrəli arxiv arayışından da göründüyü kimi hərbi hissəni özbaşına tərk etdiyi üçün kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N4-cü il tarixli 98 №-li əmri ilə (əsas: səh-39, §-N, sıra-N0) şəxsi heyətin siyahısından çıxarılmışdır. Bir aydan artıq hərbi hissəni özbaşına tərk etdiyi ücün N975-ci il təvəllüdlü kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N4- cü il tarixli N5N NQ-İİ əmrilə (əsas: səh-4N, §-N, sıra-3) ştatdan kənar edilmişdir. Uzun müddət hərbi hissədən yayındığına görə Qax RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 05.09.94-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N4-cü il tarixli N90 №-li əmrilə (əsas: səh-N9, §-5, sıra-N37) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov.