Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1084/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “AR Fövqəladə Hallar Naziri K.F.Heydərov tərəfindən barəsində verilmiş xx xxxxxx 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AR Fövqəladə Hallar Naziri K.F.Heydərov tərəfindən barəsində verilmiş xx xxxxxx 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun xx.xx.2019-cu il tarixli 2429/5 saylı əmri ilə Cavabdeh Dövlət Yanğından Nəzrəti Xidmətinin şimal-qərb regional İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru olaraq fövqəladə hallar orqanlarında xaric olunmuşdur. İddiaçı hesab edir ki, barəsində olan həmin əmr qanunsuz hesab olunmaqla ləğv olunmalı və o əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Belə ki, iddiaçı həmin idarədə 2010-cu ildən çalışmaqla öz vəzifə borcunu vicdanla yerinə yetirmiş, işlərində heç bir qüsura yol verməmişdir. İşdən azad olma əmrində göstərilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xidmətə çıxmamış, bununla da “Fövqəladə Hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası qanunun 10.0.10-cu maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin tarixdə iddiaçı üzrlü səbəblərdən xidmətə çıxa bilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 14:26-da "103" xidmətinə çağırış edilərək iddiaçıya “böyrək sancısı” diaqnozu qoyulmuş və müvafiq tibbi yardım göstərilmişdir. xx.xx.2019-cu il tarixində “Yaşam” tibb mərkəzində “dərman mənşəli toksiki allergik dermotit" diaqnozu ilə plazmaterez membranlı müalicəsi almışdır. xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də plazmaterez prosedurundan keçməklə həkim nəzarəti altında ambulator müalicə almışdır. Göründüyü kimi 04 noyabr-xx xxxxxx 2019-cu il tarixində iddiaçının xəstəliyi ilə əlaqədar xidmətə çıxa bilməməyi üzrlü səbəblərdən olmuşdur. İddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili ilə qeyd olunan iddianın qaldırılması müddətinin ötürülməsi barədə müzakirə aparılmış, iddiaçının hazırki iddia ilə hələ xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etdiyi, onun tərəfindən iddianın geri götürülməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edildiyi və məhkəmənin 2-1(116)-521/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadla icraata xitam verildiyi bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia müddətini ötürmədiyini işə mahiyyəti üzrə baxılmasını xahiş etdi İddiaçının vəkili iddianın mümkün sayılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı hazırki tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək hazırki iddiasını geri götürdüyünü bildirmiş və iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(116)-521/2020 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddiaçı ən azından məhkəməyə birinci dəfə müraciət etdiyi xx.xx.2019-cu il tarixindən mübahisələndirilən əmrdən məlumatlı olmuş, xx.xx.2020-ci il tarixli 2-1(116)-521/2020 nömrəli qərardadı məhkəmə qərardadını almış, ondan şikayət verməmişdir. İddiaçı tərəfindən ilk dəfə verdiyi iddia ərizəsi geri götürülərək müvafiq məhkəmə qərardadının qəbul edilməsi ona münasibətdə iddia qaldırmaq müddətinin axımını dayandırmamışdır. İddiaçı yenidən xx.xx.2020-ci il tarixində məhkəməyə iddia ərizəsi verməklə qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüş, müddətin üzürlü səbəbdən buraxılmasına dair sübut təqdim etməmişdir. Ümumiyyətlə onun tərəfindən ilk dəfə iddia veriləndə iddia müddəti ötürülmədiyi üçün və onun öz iradəsinə uyğun olaraq ərizəsini geri götürməsi və bundan təqribən 6 ay sonra yenidən məhkəmədə iddia qaldırması onun hər hansı üzürlü səbəbinin olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “AR Fövqəladə Hallar Naziri K.F.Heydərov tərəfindən barəsində verilmiş xx xxxxxx 2019-cu il tarixli 2429/5 saylı əmrin ləğv edilməklə əvvəlki işinə, yəni Nazirliyin Dövlət yanğın nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsinə bərpa olunmağı” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1084/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1084/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver