Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1085/2021 21.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin, binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə 08.09.2021-ci il tarixli 11/4296 nömrəli məktubla müraciət edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 01 sentyabr 2021-ci il tarixli 791 nömrəli protokolu ilə İddiaçı müharibə veteranı adı verilmişdir. Cavabdeh iddiaçının tələbi təmin olunduğuna görə işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmamasını nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirilmişdir ki, komissiya tərəfindən iddiaçıya qəbul edilmiş qərar barədə məlumat göndərilmişdir. O, şəxsiyyət vəsiqəsini və foto şəklini komissiyaya təqdim etməklə müharibə veteranı vəsiqəsini əldə edə bilər. Cavabdehin məktubu 15.09.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunub-olunmamasının dəqiqləşdirilməsi və vəsatətə münasibət bildirilməsi üçün şərait yaradılması məqsədilə cavabdehin vəsatəti 15.09.2021-ci il tarixli məktubla iddiaçıya göndərilmiş və münasibət bildirməsi təklif edilmişdir. İddiaçı 06.10.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq Müharibə veteranı vəsiqəsi aldığını bildirmişdir. Məhkəmə cavabdehin 08.09.2021-ci il tarixli vəsatətini və iddiaçının 06.10.2021-ci il tarixli telqeramını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıların tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1822/2020 nömrəli inzibati iş üzrə 07.10.2020-ci il tarixli qərarında da eyni mövqedən çıxış edilmişdir. Göstərilənlərə əsasən və İPM-in 67.3, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1085/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1085/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver