Məhkəmə qərarları › İş №2-1(116)-1086/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1086/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1086/2020 23.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı1, onun vəkili X23, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1, Cavabdeh1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16rşı (üçüncü şəxslər X26 və X27) “Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.13 ha, 0.15 ha və 0.20 ha həyətyanı torpaq sahələrinə dair JN-782A, JN-782B və JN- 782C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin, o cümlədən xx xxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 39 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X2, X26 və X13 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, Cavabdeh1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X16rşı (üçüncü şəxslər X26 və X27) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X7 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və üçüncü şəxs X8 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayon X12 xx xxxxxx 1997-ci il tarixli, 64 saylı qərarına əsasən mərhum X28 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Aşağı Tala kəndində sahələri 0,13 ha, 0,15 ha və 0,20 ha həyətyanı, o cümlədən, 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların hüquqları düzgün rəsmiləşdirilsə də, Zaqatala rayonu, Aşağı Tala kəndində sahələri 0,13 ha, 0,15 ha və 0,20 ha həyətyanı torpaq sahələrinə dair "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr"də (JN-782A, JN-782B və JN-782C) mülkiyyətçi kimi texniki səhv nəticəsində X2, o cümlədən sonuncunun övladları X26 və X13 adları da qeyd olunmuşdur. Halbuki, X2 ilə mərhum X28 arasında nikah xx xxxxxx 1999-cu il tarixdə bağlanmış və X6 yalnız bundan sonra həmin evə (təsərrüfata) gəlin kimi köçmüşdür. X26 isə atasının himayəsində böyümüş və heç vaxt X14 təsərrüfatında olmamışdır. X27 da iş materiallarına əlavə olunmuş doğum qeydindən də göründüyü kimi xx xxxx 2001-ci il tarixdə doğulmuşdur. Göründüyü kimi hər üç şəxs "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsindən və Zaqatala rayon X12 xx xxxxxx 1997-ci il tarixli, 64 saylı qərarından sonra X17 məxsus təsərrüfata yaşamışlar. Bununla yanaşı, X6 və X15 ayrıca təsərrüfatları olmaqla yanaşı, Zaqatala rayon X12 qərarına əsasən onlara ayrıca torpaq sahələri verilmişdir. İddiaçı şəhadətnamələrdə və çıxarışda müvafiq düzəlişlərin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan verilmiş sənədlərə düzəlişlərin edilməsi və ya ləğv edilməsi səlahiyyətlərinin olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, iddiaçılar “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədlərində və onların əsasında verilmiş çıxarışlarda mülkiyyətçilərin siyahısından çıxarılmasına düzəliş edərək yeni çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 18 saylı X31 ərizə ilə müraciət etmişdilər. X12 qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədlərə (əvvəllər tanınmış hüquqlar) düzəliş edilməsi və ya onların ləğv edilməsi, habelə ərizəsi əsasında adların daxil edilməsi və ya çıxarılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 səlahiyyətləri daxilində olmaması səbəbindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən iddiaçılara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. X17, X18, İddiaçı1, X5, iş üzrə 3-cü şəxs X19 və iş üzrə 3-cü şəxs X20 (cəmi 6 nəfərə) Zaqatala rayon X12 xx xxxxxx 1997-ci il tarixli, 64 nömrəli qərarı ilə Zaqatala rayonu, Aşağı Tala kəndində 0,13 ha, 0,15 ha və 0,20 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri üzərində onların mülkiyyət hüquqları Ləğv edilmiş DTXK tərəfindən JN-782A saylı, JN-782B və JN-782C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şahadətnamə’ləri ilə rəsmiləşdirilmişdir. JN-782A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında qeyd olunan şəxslərin adına torpaq sahəsi ümumibirgə mülkiyyət hüququ üzrə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə mülkiyyət hüququ üzrə payı tam olmaqla X14 adına dövlət reyestrində xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. AİK-nın qərarı ilə vətəndaşların mülkiyyətə verilmiş həyətyanı torpaq sahələrinə dair elektron siyahılarda (DBF siyahılarında) həmin torpaq sahəsinin X17, X10, X18 və İddiaçı1 (cəmi 4 nəfərin) ümumibirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-782A, JN-783-2B və JN-782C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, müvafiq olaraq 0.13 ha, 0.20 ha və 0.15 ha torpaq sahələri Zaqatala rayon AİK-nın xx.xx.1997-ci il tarixli 64 nömrəli Qərarı ilə X28 və onun ailə üzvlərinin (X29, İddiaçı1, X6, X26, X27) mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evi tam X14, torpaq sahəsi isə X28 və onun ailə üzvlərinin (X29, İddiaçı1, X6, X30, X27) ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan A 165564 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 9782 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarına əsasən X14 mülkiyyətinə verilmiş və bunun əsasında RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. İş materiallarında olan Zaqatala rayon Dövlər Arxivinin xx.xx.2018-ci il tarixli 7/8 nömrəli Arxiv arayışından müəyyən edilir ki, 1996-2000-ci illlərin təsərrüfatbaşına kitablarında X28 ailə başçısı, həyat yoldaşı X21 (xx.xx.1999-cu il tarixdən boşanıb), qızı Xanza Şabanova, oğlu İddiaçı1 olaraq qeyd edilmişdir. İş materiallarında olan A 164717 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 saylı qərarı ilə 6718 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətinə verilmiş və bunun əsasında RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. Çıxarışda həmin torpaq sahəsinə ümumi birgə payçı olaraq iş üzrə üçüncü şəxs X15 da adı qeyd edilmişdir. İş materiallarında olan A 165028 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003cü il tarixli 110 saylı qərarı ilə 2661 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iş üzrə üçüncü şəxs X2nın mülkiyyətinə verilmiş və bunun əsasında MA seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. Mərhum X1 ******* nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini X3 və sonuncunun adına MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İş materiallarında olan JN-819A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala AİK-nın xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 1836 nömrəli Akt qeydinin surətindən müəyyən edilir ki, X28 ilə Şabanova (Həmzətova) Abidat Qurban qızı arasında xx.xx.1987ci il tarixdə nikah bağlanmışdır. Həmin nikaha xx.xx.1999-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan 494547 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X28 ilə X6 arasında xx.xx.1999-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 1835 nömrəli Akt qeydinin surətindən müəyyən edilir ki, X32 ilə Qantərova (Şabanova) Xanza Yaşar qızı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan 967903 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X28 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı ******** nömrəli, AA seriyalı ******* nömrəli, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********15 nömrəli imtina məktubu, JN-782A, JN-783- 2B və JN-782C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin təsdiq edilmiş surətləri, RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surəti, A 165564 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, Zaqatala rayon Dövlər Arxivinin xx.xx.2018-ci il tarixli 7/8 nömrəli Arxiv arayışı, A 164717 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, A 165028 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, JN-819A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin təsdiq edilmiş surəti, xx.xx.2018-ci il tarixli 1836 nömrəli Akt qeydinin surəti, 494547 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surəti, xx.xx.2018-ci il tarixli 1835 nömrəli Akt qeydinin surəti, 967903 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********25 nömrəli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçılardan İddiaçı2 və Cavabdeh1, üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə üçüncü şəxslər həqiqətən də aqrar islahat aparılan zaman (1997-ci il) həmin evdə (təsərrüfatda) qeydiyyatda olmamışlar. Belə ki, şəhadətnamələrdə və çıxarışda adları qeyd olunanlardan X2 həmin evə xx.xx.1999-cu il tarixdən sonra nikah əsasında qeydiyyata düşmüş, X26 atası Qurban Bayramovun himayəsində böyümüş, X27 isə 2001-ci ildə anadan olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.13 ha, 0.15 ha və 0.20 ha həyətyanı torpaq sahələrinə dair JN-782A, JN-782B və JN-782C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin, o cümlədən xx xxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 39 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X2, X26 və X13 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 üzərinə Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.13 ha, 0.15 ha və 0.20 ha həyətyanı torpaq sahələrinə dair JN-782A, JN-782B və JN-782C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin, o cümlədən xx xxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 39 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X2, X26 və X13 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar