Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1088/2020 07.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x2rşı "ünvan 1 ünvanında yerləşən yaşayış evi ilə bağlı 13.11.1980-cı ildə verilmiş 9248/3348 nömrəli Torpaq qeydi sənədinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x2rşı "ünvan 1 ünvanında yerləşən yaşayış evi ilə bağlı 13.11.1980-cı ildə verilmiş 9248/3348 nömrəli Torpaq qeydi sənədinə uyğun olaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində bəzi formal xətalara yol verilmişdir. Belə ki, iddia ərizəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilsə də, müəyyən edildi ki, dövlət reyestrində evlə və torpaq sahəsi ilə bağlı qeydiyyat aparılmamışdır. Həmçinin, iddia tələbində qeydiyyata alınması tələb edilən evin və torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Bundan başqa, 9248/3348 nömrəli Torpaq qeydində torpaq sahəsininİddiaçı ilə yanaşı, həm də x1 istifadəsində olması göstərilsə də, iddia ərizəsində torpaq sahəsinin hansı hissəsinin hazırda x1 istifadəsində, yaxud mülkiyyətində olması göstərilməmişdir. Şəki İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli məktubu ilə həmin formal xətalar iddiaçının diqqətinə çatdırılmış və onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. İddiaçı tərəfindən məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə 30.06.2020-ci il tarixli ərizə göndərilmişdir. İddiaçı həmin ərizədə ünvan 1 ünvanında yerləşən yaşayış evi ilə bağlı 13.11.1980-cı ildə verilmiş 9248/3348 nömrəli Torpaq qeydi sənədinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı məhkəmənin məktubunda göstərilən formal xətalardan birini aradan qaldırmış, lakin digər iki formal xətaya münasibət bildirməmiş və onları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.3-cü maddəsinə görə, iddia ərizəsində iddiaçının tələbi də göstərilməlidir. İddiaçı qeydiyyata alınmasını tələb etdiyi evin və torpaq sahəsinin ölçülərini göstərmədiyinə görə iddiaçının hüquqi marağının nədən ibarət olmasını, yəni evə və torpaq sahəsinə bütövlükdə, yaxud bir hissəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyini müəyyən etmək mümkün olmur. Belə olan halda isə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçı yuxarıda göstərilən formal xətaları aradan qaldıraraq yenidən məhkəməyə iddia ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x2rşı "ünvan 1 ünvanında yerləşən yaşayış evi ilə bağlı 13.11.1980-cı ildə verilmiş 9248/3348 nömrəli Torpaq qeydi sənədinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1088/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1088/2020
07.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver