Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1088/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavadbehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımının imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı Sosial Yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixli **********479 nömrəli “Ərizə bəyannamə” ilə müraciət edilən 01 iyun 2022-ci il tarixdən hər ay üçün 400 (dörd yüz) manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq iddiaçının aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ünvanlı dövlət sosial yardımının imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı Sosial Yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixli **********479 nömrəli “Ərizə bəyannamə” ilə müraciət edilən 01 iyun 2022-ci il tarixdən hər ay üçün 400 (dörd yüz) manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq iddiaçının aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərziəsinin əsaslarına görə, iddiaçı 4 nəfərdən ibarət olan ailə tərkibinin nəzərə alınaraq olmaqla ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İmtina səbəbi olaraq maddi-məişət şəraitinin müayinəsi keçirilməsi və kənarlaşmanın aşkar edilməsi qeyd edilmişdir. 1-ci imtinada "Ailə tərkibinin düzgün göstərilməməsi", 2-ci-imtinada gəlirlərin düzgün göstərilməməsi, 3-cü imtinada ailənin "Ərizə bəyannamə" də göstərdiyi ünvanda yaşamaması qeyd edilmişdir. Belə ki, iddiaçının valideynini yaşadığı ünvanda gördükləri üçün cavabdeh orqan "Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə imtina vermişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericilikdə müəyyən olunmuş digər xüsüsiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.(1.0.2 m.) Ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları müəyyən olunmalıdır. Ümumi ev təsərrüfatının birgə aparılması dedikdə, həmin əmlakın birgə qazancın nəticəsində əldə edilməsi başa düşülür. Daşınmaz əmlak üzərində vətəndaşın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. İddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak yoxdur, valideynlərinin mülkiyyətində qeydiyyata alınmış daşınmaz əmlak var. İddiaçı, 3 körpə uşaqla küçədə qaldığına görən həmin 21/6 nömrəli yaşayış binasının tərkib hissəsinin 31 nömrəli mənzilinin mülkiyyətçisi mənzilinin açarını ona verib heç bir ödəniş etmədən həmin mənzildə yaşamağa icazə vermişdir. İddiaçı başqa yaşayış yeri olmadığı üçün 3 körpə uşağı ilə köçüb heç bir ödəniş etmədən həmin 31 nömrəli mənzildə yaşayır. Mülkiyyətində əmlakı olmayan şəxsin kiminləsə məcburi qaydada birgə təsərrüfat aparması həm hüquqi baxımından, həm də ağlabatanlıq baxımından inandırıcı sayıla bilməz. Cavabdeh orqan bir ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparıb aparmamasını ümumiyyətlə araşdırıb yoxlamamış, həmin mənzilin-əmlakın kimin mülkiyyətində olduğunu müəyyən etməmiş, bir ünvanda yaşama halını birgə təsərrüfat aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlib qəsdən və qərəzli qanunsuz imtinalar vermiş, valideynlərinin 18 yaşına çatmış uşaqlarının saxlamaq öhdəliklərinin olmamasını nəzərə almamışdır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-48175/2023 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, **********479 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbindən imtina edilmişdir. Belə ki, iddiaçı ərizə bəyannamədə statusunu sahibkarlıq fəaliyyəti ilə məşğul olan kimi göstərsə də, gəliri barədə heç bir məlumatın əldə edilməsi mümkün olmamışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli **********479 nömrəli ərizə ilə yenidən ÜDSY təyin edilməsi ilə bağlı müraciət etmişdir. Edilən müraciətlə bağlı ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli yoxlama aktına (iddiaçı akt ilə tanış olaraq imzalamışdır) və çəkilmiş videogörüntüyə (videogörüntü məhkəməyə təqdim ediləcəkdir) əsasən təmsilçi özünün və övladlarının müayinədən əvvəl göstərdiyi N.ünvan 1 ünvanı N.ünvan 2rini qeyd etmişdir. Eyni zamanda mənzilin atasına məxsus olduğunu və atası X1 bu ünvanda yaşadığını bildirilmişdir. Beləliklə iddiaçıya ailə tərkibinin və gəlirlərinin düzgün göstərilməməsi səbəbindən imtina verilmişdir. İddiaçı ərizə bəyannamədə ailə tərkibinin özü və 3 övladından ibarət olmasını eyni zamanda yaşayış ünvanı kimi N.Nərimanov 21/6 mənzil 34-ü göstərmişdir. Bundan başqa iddiaçının xx.xx.2022-ci il tarixli **********479 nömrəli müraciətinə əsasən xx.xx.2022-ci il tarixdə maddi-məişət şəraitinin yoxlanılması məqsədi ilə həmin ünvanda yoxlama aparılmış, tərtib olunan akta (akt iddiaçı tərəfindən imzalanmışdır) və çəkilmiş videogörüntüyə əsasən təmsilçi son 6 aydır bu ünvanda yaşadığını, mənzilin atasına məxsus olduğunu atasının onlarla birgə yaşamadığını, lakin kommunal və internet xərclərinin ödədiyini bildirmiş, atasının onlara aylıq 100 manat məbləğində yardım etdiyini qeyd etmişdir. Lakin edilən bu yardım ərizə bəyannamədə gəlir kimi göstərilməmişdir. Qeyd edək ki, iddiaçı əvvəki müayinə zamanı atasının onunla birgə yaşadığını bildirmişdir. Beləliklə, daxil olan müraciətə ailənin gəlirlərinin düzgün göstərilməməsi səbəbi ilə imtina verilmişdir. Bununla belə İddiaçı xx.xx.2022-ci il tarixli **********479 nömrəli müraciəti əsasında maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilmiş, tərtib olunan yoxlama aktına (akt iddiaçı tərəfindən imzalanmışdır) və qeydə alınmış videogörüntülərə əsasən yoxlamanı həyata keçirən əməkdaşlar ərizə bəyannamədə qeyd edilən N.Nərimanov 21/6 mənzil 34 ünvanına gəldikdə qapını iddiaçının atası açmış, iddiaçının övladları ilə birlikdə qeyd olunan binanın 31-ci mənzilinə köçdüyünü bildirmişdir. İddiaçı əlaqə saxlanıldıqdan sonra həmin mənzilə gələrək qeyd olunan mənzil 31 ünvanına 10 gündür köçdüyünü, ərizə bəyannamədə qeyd etdiyi ünvanda atasının yaşadığını bildirmişdir. Halbuki iddiaçının əvvəki müraciəti əsasında N.ünvan 4 ünvanda yaşamadığını bildirmişdir. Beləliklə, daxil olan müraciətə ərizə bəyannamədə göstərilən ünvanda yaşamaması səbəbi ilə imtina verilmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixli **********394 nömrəli müraciəti əsasında keçirilən maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilmişdir. Keçirilən yoxlama zamanı tərtib olunan yoxlama aktına (akt iddiaçı tərəfindən imzalanmışdır) və qeydə alınmış videogörüntülərə əsasən qeyd olunan ünvanda heç kim olmamış, bir qədər sonra təmsilçi aşağı mərtəbədən gələrək atasının son 1 aydır aşağı mərtəbədə kirayə qaldığını bildirmişdir, ərizə bəyannamədə qeyd olunan ünvanda isə özünün uşaqları ilə birlikdə yaşadığını və atası tərəfindən aylıq 100 manat köməklik olunduğunu bildirmişdir. Ünvanda internet olmasına baxmayaraq telefon xəttinin özünə aid olmadığını bildirmişdir. Qeyd edək ki, telefon nömrəsi ərizə bəyannamədə göstərilməmişdir, Eyni zamanda əvvəlki maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçı özünün aşağı mərtəbədə kirayə əsaslarla qalması atasının hazırki ünvanda yaşaması qeyd edilmişdir. Beləliklə daxil olan müraciətə ərizə bəyannamədə göstərilən ünvanda yaşamaması, gəlirləri barədə məlumatın düzgün göstərilməməsi və ünvanda olan telefon nömrəsinin gizlədilməsi səbəbləri ilə imtina verilmişdir. Bununla belə xx.xx.2022-ci il tarixli **********394 nömrəli ərizə bəyannamə ilə edilən müraciət zamanı keçirilən yoxlamada tərtib olunmuş yoxlama aktına (akt iddiaçı tərəfindən imzalanmışdır) və qeydə alınmış videogörüntülərə əsasən təmsilçi ünvanda olmuş yaşadığı mənzilin atasına məxsus olduğunu lakin atasının onunla birgə yaşamadığını bildirsə də, mənzildə atasına aid əşyalar olmuş və təmsilçi özünə və övladlarına aid əşyalar göstərə bilməmişdir, əvvəlki yoxlama zamanı təmsilçinin atası ünvanda olmuş və qızı İddiaçı mənzil 31-ə köçdüyünü bildirmişdir. Lakin hazırki yoxlamada təmsilçi son 7 aydır bu ünvanda yaşadığını bildirmişdir. Eyni zamanda çəkilmiş videogörüntü zamanı təmsilçi atasını da ailə üzvü kimi qeyd edir, (ərizə bəyannamədə atasını ailə üzvü kimi göstərməmişdir). Beləliklə daxil olan müraciətə ərizə bəyannamədə göstərilən ünvanda yaşamaması səbəbi ilə imtina verilmişdir. Əlavə olaraq xx.xx.2022-ci il tarixli **********394 nömrəli müraciət əsasında keçirilən yoxlamada qeydə alınmış videogörüntülərə əsasən təmsilçinin ərizə bəyannamədə birgə yaşadığını və ailə üzvü kimi göstərmədiyi eyni zamanda əvvəlki tarixlərdə keçirilən yoxlamalar zamanı birgə yaşamadığını bildirdiyi atası V.Əzizov da, ünvanda olmuş və onların birgə yaşadıqları aşkarlanmışdır. Belə ki, təmsilçinin atası V.Əzizov qızı İddiaçı onun ailə üzvü olduğunu və birgə yaşadıqlarını bildirmiş, eyni zamanda 2000-ci il tarixdən bu ünvanda yaşadığını qeyd etmişdir. Təmsilçi də videogörüntüdə atasını ailə üzvü kimi qeyd edir və onun gəlirlərini öz gəliri kimi təsdiq edir. Qeyd edək ki, iddiaçının atası V.Əzizov pensiyaçıdır və işləyir. Bundan başqa daxil olan bütün müraciətlər zamanı təmsilçi atasını ailə üzvü kimi göstərməmiş keçirilən yoxlamalarda birgə yaşamadıqlarını qeyd etmişdir. Beləliklə keçirilən yoxlama zamanı təmsilçi ərizə bəyannamədə göstərdiyi məlumatların yanlışlığının üzə çıxmasını görüb maddi-məişət şəraitinin yoxlamasının davam etdirilməsinə imkan verməmiş, münaqişə yaratmışdır. Belə ki, yoxlama zamanı tərtib olunan aktı alan iddiaçı onu qaytarmaqdan imtina edərək maddi-məişət şəraitinin yoxlamasını həyata keçirən əməkdaşların xəbərdarlıqlarına əhəmiyyət verməmiş, tərtib olunan aktı aşağı mərtəbədə yerləşən mənzilə apararaq geri verməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X8 (VEMTAS) yaradılmışdır. Cavabdeh orqan “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3, 1.0.5, 6.2, 6.3, 7.1, 7.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2.2, 3.1, 3.3, 3.4.2, 5, 5.22-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010- cu il tarixli Qərarına istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2022-ci il tarixli **********47902 nömrəli, xx.xx.2022-ci il tarixli **********47903 nömrəli bildirişdən görünür ki, cavabdeh orqan ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə, xx.xx.2022-ci il tarixli **********47904 nömrəli, xx.xx.2022-ci il tarixli **********39402 nömrəli bildirişdən görünür ki, cavabdeh orqan ailənin “ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbi ilə, xx.xx.2022-ci il tarixli **********39401 nömrəli bildirişdən görünür ki, cavabdeh orqan ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi, ailənin “ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması, telefon nömrəsinin gizlədilməsi səbəbi ilə, xx.xx.2022-ci il tarixli **********39403 nömrəli, xx.xx.2023-cü il tarixli **********39404 nömrəli bildirişdən görünür ki, cavabdeh orqan maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şəraitin yaradılmaması səbəbi ilə, xx.xx.2022-ci il tarixli **********47901 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - cavabdeh orqanın təqdim etdiyi elektron altsistemdən çıxarışdan görünür ki, iddiaçının müraciətinin təsdiqləndiyi tarix xx.xx.2022-ci il, ailə üzvünün orta aylıq gəliri 105,64 AZN, ailə üzvlərinin sayı 4 nəfər, ÜDSY nəzərə alınan ailə üzvlərinin sayı 4 nəfər göstərilmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir (həmçinin cavabdeh orqan keçirilmiş baxışların videogörüntülərini məhkəmə tədqiqatına təqdim etmişdir): “ünvanda olduq ailənin maddi-məişət müayinəsi təmsilçinin iştirakı ilə həyata keçirildi. Təmsilçi bildirdi ki, özü və övladları N.Nərimanov 21/6 mənzil 31-də yaşayır. Göstərilən mənzilin atasına məxsus olduğunu və hal-hazırda atasının da bu mənzildə yaşadığını bildirdi. Təmsilçi rəsmi nikahda olmadığını bildirdi. Təmsilçi heç bir köməklik olunmadığını bildirdi. Müayinə təmsilçinin iştirakı ilə aparıldı. Bildirdi ki, rəsmi olaraq işləmir. Son on iki ayın 6 ayında Mingəçevir şəhərində qeyd olunan mənzildə yaşayır. Ondan əvvəlki dövrdə 6 ay ərzində qayınatası və qayınanası ilə birlikdə Bakı şəhərində Yasamal rayonu M.Cabbarzadə küç.127B ünvanında yaşadığını bildirdi. Qeyd olunan mənzil təmsilçinin atasına məxsusdur və onunla yaşamadığını bildirdi. Təmsilçi kommunal xərcləri və internet xərclərini atası ödədiyini bildirdi. Təmsilçi rəsmi nigahda olmayıb və hal-hazırda ayrı yaşadığını bildirdi. Aliment iddiası olmadığını və aliment almadığını bildirdi. Ailənin gəlirləri atasının 100 man. köməklik etdiyini bildirdi. Qeyd olunan ünvana gəldiyimiz zaman mənzilin qapısını təmsilçinin atası açdı və bildirdi ki, təmsilçi övladları ilə birgə həmin binanın 31-ci mənzilinə köçüb. Əlaqə saxlanıldıqdan sonra təmsilçi həmin mənzilə yaxınlaşdı və bütün məlumatları təsdiqlədi. Bildirdi ki, 10 gündür bu mənzilə köçüb, Ə/B qeyd olunan ünvanda atası yaşayır. Bu mənzildə kirayə əsaslarla yaşadığını, aylıq 100 AZN ödəniş etdiyini, kirayə müqaviləsi olmadığını bildirdi. Təmsilçi mart ayına qədər Bakıda satış üzrə işlədiyini aylıq 450 AZN ə/h aldığını sonradan heç yerdə işləmədiyini, digər gəlirləri olmadığını, adlarına başqa mülkiyyət olmadığını bildirdi. Qeyri-rəsmi evli olub, atalıq sənədləri təqdim olundu. Ünvanda olduq müayinə üçün ünvana yaxınlaşdıqda evdə heç kim yox idi. Daha sonra aşağı mərtəbədən bir şəxs yaxınlaşdı və təmsilçi olduğunu bildirdi. Aşağı mərtəbədəki evdə atasının kirayə qaldığını bildirdi. Təmsilçinin təqdim etdiyi mənzildə yaşayış əlamətləri olduqca zəifdir. Təmsilçi q/rəsmi evli olub ayrılıb. Uşaqların atasının soyadında olduğu bildirildi. Atalıq sənədlərinin aşağı mərtəbə olan atasının mənzilində olduğu bildirildi, təqdim olunmadı. Təmsilçi son 1 aydır ki, atasının aşağı mərtəbəyə köçdüyünü bildirdi. Digər ailələrdən aylıq 100 AZN maddi yardım olunub. Ünvanda ev telefon xətti var. Ünvanda olduq təmsilçi mənzildə idi. Müayinə aparıldı. Yaşadığı mənzil təmsilçinin atasına məxsus olduğu bildirildi. Mənzildə atasına aid şəxsi əşyalar vardı. Təmsilçi özünə və övladlarına aid şəxsi əşyalara göstərə bilmədi. Təmsilçinin 2 övladı bağçada, 1 övladı isə məktəbdə olduğu bildirildi. Təmsilçi son 7 aydır ki, bu mənzildə yaşadığını bildirdi. Son 1 il ərzində heç bir alqı-satqı olmadığını bildirdi. Müayinə aparılan zaman təmsilçi və ailə üzvləri tərəfindən bizə şiddətli dərəcədə sosial və psixoloji təsir edilərək dövlət aktı əlimizdən alındı. Bizi mənzildən uzaqlaşdırdılar. Müayinə aparılması üçün şərait yaradılmadı. Ünvanda olduq. Mənzildə təmsilçinin atası yalnız idi. Təmsilçi aşağı mərtəbədəki mənzildən yaxınlaşdı. Müayinə zamanı atası təmsilçinin bu mənzildə yox, aşağı mərtəbədə kirayə qaldığını və orada yaşadığını bildirdi. Müayinə zamanı təmsilçinin atası psixoloji və sosial təzyiq edərək müayinənin şəffaf şəkildə aparılmasına icazə vermədi. Təmsilçi bizim və təhlükəsizlik üçün müayinədə iştirak edən polis nəfərinin ünvanına nalayiq və vulqar sözlərdən istifadə etdi. Maddi-məişət şəraitinin müayinəsi üçün şərait yaradılmadı. - Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə, 8İ-4196 nömrə ilə reyestrdə qeydə alınmış ərizədən görünür ki, iddiaçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ailəsinə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailəsinin 18 yaşına çatmamış üzvləri X4, X2, X5 barədə məlumat verərək, Nazirlik tərəfindən onların hər birinə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlardan əldə edilməsinə və aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən onların hər birinə dair sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz edilməmişdir. Həmçinin ailə üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailəni təmsil edən şəxs kimi qeydə alınması xahiş olunmuşdur. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-95987/2023 nömrəli etiraza əlavəsində qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixli **********39404 nömrəli ərizə ilə yenidən ÜDSY təyin edilməsi ilə bağlı müraciət etmişdir. Edilən müraciətlə bağlı ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun mərkəzi filialının əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən təmsilçi özünün və övladlarının müayinədən əvvəl göstərdiyi N.ünvan 6 ünvanı N.ünvan 7ini qeyd etmişdir. Eyni zamanda mənzilin atasına məxsus olduğunu və atası X3 da bu ünvanda yaşadığını bildirilmişdir. Belə ki, əvvəlki müayinələr zamanı təmsilçı atasına məxsus olan mənzildə özü və övladları ilə birgə yaşadığını, daha sonra özünün bu mənzildə yaşadığını atasının yalnız axşamlar gəldiyini, bundan başqa özünün aşağı mərtəbədə olan mənzildə yaşadığını bildirərək atasının onunla birgə yaşamasını təkzib etmək məqsədilə ziddiyətli məlumatlar vermişdir. Bununla belə sözügedən müayinə zamanı yenidən analoji hallar baş vermişdir. Belə ki, təmsilçi qeyd olunan mənzildə olmamış atası evdə tək olmuşdur. Daha sonra asağı mərtəbədən gələn təmsilçi ilə müayinə aparılmasına başlanılmışdır. Təmsilçinin özü və atasının bildirdiklərinə görə təmsilçi ərizə bəyannamədə qeyd olunan ünvanda deyil kirayə əsaslarla aşağı mərtəbədə yerləşən mənzildə yaşayır. (Bu hal özü artıq imtina əsasıdır və qanunvericilikdə ərizə bəyannamədə qeyd etdiyi ünvanda yaşamama kimi qiymətləndirilir.) Bundan başqa müayinəni keçirən əməkdaşlar təmsilçiyə yaşadığı ünvandan müraciət etməsini bildirmiş və ailə tərkibini olduğu kimi qeyd etməyi tövsiyə etmişdir. Keçirilmiş hazırki müavinə zamanı bas verən ziddiyyətli məqamlar aşağıdakılardır:
1. Əvvəlcə təmsilçi müayinə keçirilən ünvanda özü və övladları ilə birgə yaşadığını bildirsə də, sonradan təmsilçinin atası əslində qızının onun himayəsində olmaqla aşağı mərtəbədə yerləşən mənzildə kiravə əsaslarla yaşadığını etiraf edir;
2. Daha sonra isə təmsilçi atası ilə bu ünvanda yaşamaqla ayrı təsərrüfat apardığını iddia edir, lakin atası qızına və onun övladlarına özünün baxdığını nə qazancı varsa, böldüyünü bildirir:
3. Atası ilə bir təsərrüfat olmadığını bildirən təmsilçi özünün yaşayış şəraitinin pis olmasını atasının işdən çıxması ilə əlaqələndirir:
4. Əvvəlcə birgə təsərrüfat olmadıqlarını bildirən təmsilçinin atası sonrada qızını dolandıra bilmədiyini və bir neçə dəfə evdən çıxartdığını qeyd edir;
5. Əvvəki müayinələr zamanı təmsilçi atasının onunla yaşamadığını bildirsə də, keçirilən hazırki müavinə zamanı təmsilçinin atası qızının 9 ay müddətdir ki, onunla birgə yaşadığını və 1 aydır aşağı mərtəbədə yerləşən mənzildə kirayə əsaslarla yaşadığını bildirir. Sonda təmsilçinin atası müayinəni həyata keçirən əməkdaşlara təzyiq göstərərək müayinənin davam etdirilməsinə maneçilik törədərək başa çatdırılmasına şərait yaratmır. Qeyd edək ki, bu hal qanunvericiliklə maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmaması kimi qiymətləndirilir və birabaşa imtina əsası kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi təmsilçinin yaşadığı ünvanda olmaması və ərizə bəyannamədə yaşadığı ünvanı deyil, başqa ünvanı qeyd etməsi, atası ilə birgə yaşamasına baxmayaraq, ziddiyyətli məlumatlara bu halı təkzib etməyə çalışması və maddi-məisət şəraitinin müayinəsinin davam etdirilməsinə şərait yaradılmaması kimi halların hər biri qanunvericilikdə ayrı-ayrılıqda imtina əsası kimi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki hallarına nəzərən göründüyü kimi verilən imtinalar qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi, ailənin “ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması, telefon nömrəsinin gizlədilməsi, maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şəraitin yaradılmaması və xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da gəliri barədə məlumatın təqdim edilməməsi səbəbləri qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. ”Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir (maddə 1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan üçü yetkinlik yaşına çatmamışdır. Cavabdeh orqanın iddiaya qarşı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluğun mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş maddi məişət şəraitinin müayinəsi zamanı çəkilmiş video görüntülərə baxış keçirilmiş, müəyyən edilmişdir ki, iddiaçı N.Nərimanov 21/6 mənzil 34 ünvanında yaşadığını, eyni zamanda N.ünvan 8aşadığını bildirir. Daha sonra videogörüntünün 1:29 dəqiqəsində iddiaçı ailə tərkibinin atası və 3 övladından ibarət olmasını təsdiq edir, 2:40-cı dəqiqədə isə müayinəni həyata keçirən cavabdeh orqanın əməkdaşı “iddiaçının ailəsinin gəlirlərinin iddiaçının atasının yaşıllaşdırma idarəsində işlədiyinə görə aldığı 280 manat əmək haqqından və iddiaçının atasına ödənilən 240 manat pensiyadan ibarət olmasını” bildirir, iddiaçı bildirilənlərlə razılaşır və qeyd olunan hal iddiaçının atası tərəfindən də təsdiq edilir. Digər video materialda isə (2:02-ci dəqiqə) iddiaçının atası, iddiaçının və azyaşlı uşaqlarının qalması üçün kirayə mənzil tutduğunu və qızının digər ünvanda qalmasını, gecələr isə N.ünvan 10ı qeyd olunanları təsdiq edir. Həmin video görünütünün 3:10-cu dəqiqəsindən görünür ki, iddiaçıya faktiki yaşadığı ünvandan müraciət etməsi ilə bağlı cavabdeh orqanın əməkdaşı tərəfindən izah verilir. Beləliklə iddiaçının yaşadığı ünvan barəsində ziddiyyətli məlumatlar təqdim etməsi və bəyan etdiyi ünvanla faktiki yaşadığı ünvanın fərqli olması ailənin maddi-məişət şəraitinin müayinəsi nəticəsində faktiki vəziyyətin düzgün qiymətləndirilməsinə imkan verməmişdir. İddiaçının N.Nərimanov 21/6 mənzil 34 ünvanında yaşaması, ailəsinin gəlirlərinə həm də atasının aldığı əmək haqqı və pensiyanın aid olması müəyyən edildiyindən, cavabdeh orqan ailənin gəlirlərinin bəyan edilmiş məlumatlarda göstərilən gəlirlərdən fərqli olması qənaətinə gələrək müraciətin təmin edilməsindən imtina etmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Odur ki, iddiaçının aztəminatlı ailə kimi qəbul edilməsi üçün onun gəlirlərinin həqiqətən də bəyan etdiyi məlumatlardan ibarət olmasının və digər şəxslərlə birgə təsərrüfat aparılıb-aparılmamasının müəyyən edilməsi məqsədi ilə faktiki yaşadığı ünvanın dəqiq müəyyən edilməsi zəruridir. Yəni, faktiki ünvanın düzgün bəyan edilməməsi iddiaçının gəlirlərinə birbaşa təsir göstərə biləcək digər birgə təsərrüfat üzvlərinin olubolmamasının yoxlanılması imkanını aradan qaldırmış, bu isə iddiaçının aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarmışdır. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur (4.2.2-ədalətlilik). Buna görə də cavabdeh orqan “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar etdiyindən haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımının imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı Sosial Yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixli **********479 nömrəli “Ərizə bəyannamə” ilə müraciət edilən 01 iyun 2022-ci il tarixdən hər ay üçün 400 (dörd yüz) manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq iddiaçının aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.