Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1089/2020 03.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “xx xxxxxxxx 2019-cu il tarixdən dayandırılmış pensiya ödənişinin bərpa olunması və ödənilməmiş pensiyanın tam olaraq ona ödənilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxxxxxx 2019-cu il tarixdən dayandırılmış pensiya ödənişinin bərpa olunması və ödənilməmiş pensiyanın tam olaraq ona ödənilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı keçirilən şifahi məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edib hazırkı tələblə Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Xüsusi X1rşı iddia qaldıracağını qeyd etmiş, bununla bağlı hazırkı iddasını geri götürdüyünü bildirərək iddia ərizəsi və ona əlavə edilən sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “xx xxxxxxxx 2019-cu il tarixdən dayandırılmış pensiya ödənişinin bərpa olunması və ödənilməmiş pensiyanın tam olaraq ona ödənilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1089/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1089/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver