Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1090/2022 23.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ona 400 kv.m həyətyanı torpaq sahəsinin satılması barədə Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarının kserosurətini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim edərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, ona reyestrdən çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********57 nömrəli cavab məktubu ilə bundan imtina edərək bildirmişdir ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 37/2 nömrəli qərarı ilə Mingəçevir şəhərində yerləşən fərdi mənzil tikintisi üçün 0,04 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilərkən "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmamışdır. Belə ki, torpaq sahəsinin ayrılmasına dair torpaqların alqı-satqısına dair akt, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin və ləğv edilmiş DT və XK-nin Mingəçevir şəhər şöbəsinin müvafiq rəyləri, həmçinin torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planı mövcud deyildir. Bundan başqa, müvafiq sənədlər tərtib olunmadığından sözügedən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri Şəfəq küçəsi ev 6 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi onun mülkiyyətinə Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün verilmişdir. Sözügedən torpaq sahəsində 2004-cü ildə ev tikmiş və hazırda həmin evdə yaşayır. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2022-ci il tarixli **********84 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bundan sonra cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli **********41 nömrəli məktub göndərərək bildirmişdir ki, İdarənin xx.xx.2022-ci il tarixli **********57 nömrəli imtina məktubunda Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarının tarixi və nömrəsi səhvən "xx.xx.2003-cü il tarixli 37/2 nömrəli" kimi qeyd edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarıın kserosurətindən görünür ki, Mingəçevir şəhəri Şəfəq küçəsi ev 6-da yaşayan İddiaçı yaşadığı evin yanındakı uzun müddət tutaraq bağ kimi istifadə etdiyi 400 kv.m torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli **********57 nömrəli imtina məktubundan görünür ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 37/2 nömrəli qərarı ilə Mingəçevir şəhərində yerləşən fərdi mənzil tikintisi üçün 0,04 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilərkən "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mövcud tələblərinə uyğun aparılmamışdır. Belə ki, torpaq sahəsinin ayrılmasına dair torpaqların alqı-satqısına dair akt, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin və ləğv edilmiş DT və XK-nin Mingəçevir şəhər şöbəsinin müvafiq rəyləri, həmçinin torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planı mövcud deyildir. Bundan başqa, müvafiq sənədlər tərtib olunmadığından sözügedən torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. - İşdə olan, Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2022-ci il tarixli T-64 nömrəli arxiv arayışından görünür ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarında İddiaçı adına torpaq sahəsinin verilməsi qeyd edilməmişdir. - İşdə olan, Mingəçevir Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 674 nömrəli məktubundan görünür ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair onun Mingəçevir Bələdiyyəsinə müraciəti olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının əsası kimi Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarıın kserosurətinə istinad edir. Lakin məhkəmə tərəfindən müəyyən edildi ki, həmin qərarın əsli ümumiyyətlə mövcud deyil. Belə ki, Mingəçevir Bələdiyyəsi məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli 674 nömrəli cavabında bildirmişdir ki, İddiaçı torpaq sahəsinin ona ayrılmasına dair Mingəçevir Bələdiyyəsinə müraciəti olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı isə məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli T-64 nömrəli cavabında bildirmişdir ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarında İddiaçı adına torpaq sahəsinin verilməsi qeyd edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialına sorğu edilərək Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli, eləcə də cavabdehin imtina məktubunda səhvən qeyd olunmuş xx.xx.2003-cü il tarixli 37/2 nömrəli qərarları alınaraq tədqiq edildi və məlum oldu ki, həmin qərarlarda İddiaçı torpaq sahəsinin satılması nəzərdə tutulmamış, ümumiyyətlə İddiaçı adı göstərilməmişdir. Beləliklə, müəyyən edildi ki, iddiaçının məhkəməyə təqdim etdiyi Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarının kserosurətində əks olunmuş məlumatlar həqiqəti əks etdirmir və həmin qərarın əslində olan məlumatlardan fərqlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Ona görə də məhkəmə iddiaçının təqdim etdiyi Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 51/2 nömrəli qərarının notariat qaydasında təsdiq edilməmiş kserosurətinə istinad etməyi mümkün hesab etmədi və bu qənaətə gəldi ki, həmin kserosurət torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas vermir. Həmçinin, məhkəmə hesab etdi ki, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas verən sənəd mövcud olmadığına görə cavabdehin imtina məktubunda göstərilmiş dəlillərə münasibət bildirməyə zərurət yoxdur. Bundan başqa, məhkəmə bunu da qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə cavabdehdən iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüləri, döngə nöqtələrinin koordinatları, təyinatı, uqodiyası və elektron bazada kimin mülkiyyəti kimi göstərilməsi barədə məlumat tələb olunmuş, cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda müvafiq mütəxəssis rəyinin hazırlandığını və 95 manat xidmət haqqı ödəniləcəyi halda rəyin məhkəməyə göndəriləcəyini bildirmiş, lakin məhkəmə yuxarıda göstərilən əsasa görə tələb olunan məlumatların alınmasına artıq zərurət qalmadığı qənaətinə gəlmiş və məlumatların alınması üçün yazışmanı davam etdirməyərək yekun məhkəmə aktı çıxarılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iddianın təmin edilməsi üçün əsas müəyyən etməyərək bu qərara gəldi ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1090/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1090/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver