Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1090/2023 22.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(075)-2815/2021 nömrəli qətnaməsi və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-2815/2022 nömrəli əlavə qətnaməsi ilə təsdiq edilmiş 01 sentyabr 2021-ci il tarixli, N-2021-000414 nömrəli barışıq sazişi ilə mən-İddiaçı Sadiq qızının mülkiyyət hüquqları tanınmış daşınmaz əmlaklar üzərində (Şəki Rayonlararası Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 30 iyun 1992-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,7 kvadrat metr olan iki otaqdan ibarət fərdi yaşayış evi və ƏMDKyanında DƏDRX-nin Şəki Oruzı idarəsi tərəfindən 29 dekabr 2010-cu il tarixdə verilmiş **********93-06301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6 və X1 paylı mülkiyyətlərində olan (hərəsinin 1/2 hissə olmaqla) Şəki şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 46.29 kvadrat metr olan 2 mərtəbəli qeyri-yaşayış binasıiun X4 payına düşən 1/2 hissəsi tam şəkildə) mülkiyyət hüququmun qeydə alınaraq, «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(075)-2815/2021 nömrəli qətnaməsi və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-2815/2022 nömrəli əlavə qətnaməsi ilə təsdiq edilmiş 01 sentyabr 2021-ci il tarixli, N-2021-000414 nömrəli barışıq sazişi ilə mən-İddiaçı Sadiq qızının mülkiyyət hüquqları tanınmış daşınmaz əmlaklar üzərində (Şəki Rayonlararası Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 30 iyun 1992-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,7 kvadrat metr olan iki otaqdan ibarət fərdi yaşayış evi və ƏMDKyanında DƏDRX-nin Şəki Oruzı idarəsi tərəfindən 29 dekabr 2010-cu il tarixdə verilmiş **********93-06301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6 və X1 paylı mülkiyyətlərində olan (hərəsinin 1/2 hissə olmaqla) Şəki şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 46.29 kvadrat metr olan 2 mərtəbəli qeyri-yaşayış binasıiun X4 payına düşən 1/2 hissəsi tam şəkildə) mülkiyyət hüququmun qeydə alınaraq, «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli Məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilir. İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(075)-2815/2021 nömrəli qətnaməsi və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-2815/2022 nömrəli əlavə qətnaməsi ilə təsdiq edilmiş 01 sentyabr 2021-ci il tarixli, N-2021-000414 nömrəli barışıq sazişi ilə mən-İddiaçı Sadiq qızının mülkiyyət hüquqları tanınmış daşınmaz əmlaklar üzərində (Şəki Rayonlararası Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 30 iyun 1992-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,7 kvadrat metr olan iki otaqdan ibarət fərdi yaşayış evi və ƏMDK yanında DƏDRX-nin Şəki Oruzı idarəsi tərəfindən 29 dekabr 2010-cu il tarixdə verilmiş **********93-06301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6 və X1 paylı mülkiyyətlərində olan (hərəsinin 1/2 hissə olmaqla) Şəki şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 46.29 kvadrat metr olan 2 mərtəbəli qeyri-yaşayış binasıiun X4 payına düşən 1/2 hissəsi tam şəkildə) mülkiyyət hüququmun qeydə alınaraq, «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1090/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1090/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver