Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1091/2020 11.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Yevlax şəhər DİN-in Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ünvan 1 mənzil 16 ünvanından cavabdehlər Şəmiyeva (Hüseynova) Ayla Sərvər qızı, X1 ona məxsus mülkiyyətdən çıxarılması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Yevlax şəhər DİN-in Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 16 ünvanından cavabdehlər Şəmiyeva(Hüseynova) Ayla Sərvər qızı, X1 ona məxsus mülkiyyətdən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1-da yaşayır və həmin mənzil onun mülkiyyətindədir. Hazırda iddiaçıya məxsus mülkiyyətdə X3 və X4 qeydiyyatdadırlar. İddiaçı adları qeyd olunan şəxsləri özünə məxsus mənzildən qeydiyyatdan çıxarmaq üçün Yevlax şəhər DİN-in Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmiş, lakin sözügedən orqan məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçıya xx xxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, iddia tələbi üzrə hazırkı cavabdeh Yevlax şəhər DİN-nin Qeydiyyat və Miqrasiya İdarəsi tələbinə cavab verməli olan orqan deyil. Belə ki, qeydiyyatdan çıxarılma tələbinə dair cavabdeh orqan Miqrasiya İdarəsi deyil Polis Şöbəsi ola bilər. Ona görə də qeyd etdiyi şəxslərin ünvan 2 A mənzil 16 ünvanından qeydiyyatdan çıxarılması üçün o, ilk növbədə qeydiyyatda olduğu yerə görə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməlidir. Əgər Yevlax Rayon Polis Şöbəsi tərəfindən onun müraciətinin icra edilməsindən imtina olunarsa, o halda məhkəməyə müraciət etmək hüququ var. İddiaçı məhkəmənin dəftərxanasına xx xxxx 2020-ci il tarixdə daxil olan ərizəsində cavabdeh olaraq DİN Yevlax şəhər Polis Şöbəsinə ərizə yazdığını qeyd etmiş və bildirmişdir ki, ərizəsinə rəsmi cavab verilən kimi məktubu məhkəməyə təqdim edəcəkdir. İddiaçıya xx xxxx 2020-ci il tarixdə ikinci dəfə yardım məktubu göndərilərək bir daha nəzərinə çatdırılmışdır ki, tələbi üzrə hazırkı cavabdeh Yevlax şəhər DİN-nin Qeydiyyat və Miqrasiya İdarəsi tələbinə cavab verməli olan orqan deyil. Odur ki, Yevlax Rayon Polis şöbəsini cavabdeh, Şəmiyeva (Hüseynova) Ayla Sərvər qızı və X2 isə üçüncü şəxs kimi göstərmək, həmçinin, cavabdeh orqanın müraciətdən imtina etməsinə dair məktubu da məhkəməyə göndərmək ona təklif olunmuş və bunun üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu iddiaçıya xx xxxx 2020-ci il tarixdə verilmişdir. Lakin o, tələb olunan müddət ərzində məktuba münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yevlax şəhər DİN-in Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ünvan 1 mənzil 16 ünvanından cavabdehlər Şəmiyeva (Hüseynova) Ayla Sərvər qızı, X1 ona məxsus mülkiyyətdən çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1091/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1091/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver