Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1095/2022 25.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Ağsu rayonun Kəndoba kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində quşçuluq təsərrüfatı yaradılması üçün tikdirdiyi tikiliyə baxış keçirilib “istismara icazə” sənədi verilməsi və ona vurulmuş 10000 (on min) manat həcmində maddi və mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Ağsu rayonun Kəndoba kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində quşçuluq təsərrüfatı yaradılması üçün tikdirdiyi tikiliyə baxış keçirilib “istismara icazə” sənədi verilməsi və ona vurulmuş 10000 (on min) manat həcmində maddi və mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işin məhkəmə hazırlıq iclasında iddiaçının iştirakı ilə işin halları ilə bağlı hüquqi müzakirə aparılmış, iddiaçıya izah edilmişdir ki, tələb etdiyi Ağsu rayonun Kəndoba kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində quşçuluq təsərrüfatı yaradılması üçün tikdirdiyi obyektə “istismara icazə” sənədi cavabdeh tərəfindən artıq ona verilmişdir və müvafiq sənəd iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısından mövcuddur. İddia tələbinin "10000 (on min) manat maddi və mənəvi ziyanın ödənilməsi" hissəsinə münasibətdə isə cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina etməsi ilə bağlı iş materiallarında müvafiq sənədin olmadığı iddiaçıya izah edilmişdir. İddiaçı, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müvafiq tikiliyə istismara icazə sənədi verilsə də, tikinti obyektinin kodu göstərilmədiyindən tikilini dövlət reyestrində qeydiyyata aldıra və çıxarış əldə edə bilmir. Məhkəmə tərəfindən iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq izah edilmişdir ki, müvafiq tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestrinin ərazi üzrə şöbəsinə müraciət etməli, müraciəti təmin olunmadıqda isə müvafiq öhdəliyin öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etməlidir. İddiaçın məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq müvafiq iddia tələbi ilə cavabdeh orqana müraciət edəcəyini bildirərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi və məhkəməyə müvafiq ərizəni təqdim etdi. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Ağsu rayonun Kəndoba kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində quşçuluq təsərrüfatı yaradılması üçün tikdirdiyi tikiliyə baxış keçirilib “istismara icazə” sənədi verilməsi və ona vurulmuş 10000 (on min) manat həcmində maddi və mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1095/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1095/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver