Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1096/2021 28.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X10 və X5 iştirakı ilə İddiaçı cavabdeh Göyçay rayonu Yeniarx bələdiyyəsinə qarşı “Göyçay rayonu Xəlitli kəndində iddiaçının zəbtində və istifadəsində olan 0,50 ha torpaq sahəsinin müvafiq hissəsinin X3 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23.12.2020-ci il tarixli 17 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər X9 və X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Xəlitli kəndində zəbtində və istifadəsində olan 0,50 ha torpaq sahəsinin müvafiq hissəsinin X2 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 21.06.2018-ci il tarixli 04 nömrəli qərarı və X3 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 14.12.2020-ci il tarixli 07 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş, məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Göyçay rayonu Xəlitli kəndində iddiaçının zəbtində və istifadəsində olan 0,50 ha torpaq sahəsinin müvafiq hissəsinin X3 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23.12.2020-ci il tarixli 17 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayonu Xəlitli bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış yanvar 2001-ci il tarixli icarə müqaviləsi ilə 0,95 ha torpaq sahəsi 1 il müddətinə onun icarəsinə verilmiş, sonra həmin 0,95 ha torpaq sahəsinin 0.50 ha hissəsi 2006-cı il tarixli icarə müqaviləsi ilə 3 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Daha sonra Göyçay rayonu Yeniarx bələdiyyəsi ilə iddiaçının arasında bağlanmış 31 yanvar 2011-ci il tarixli torpaq icarə müqaviləsi ilə həmin 0,50 ha torpaq sahəsi 11 aylıq, 23 mart 2012-ci il tarixli torpaq icarə müqaviləsi ilə 11 aylıq, 03 fevral 2016-cı il tarixli torpaq icarə müqaviləsi ilə 11 aylıq müddətinə iddiaçının icarəsinə verilmişdir. Lakin Göyçay rayonu Yeniarx bələdiyyəsi tərəfindən iddiaçının məlumatı olmadan, ona təklif edilmədən uzun illər icarəsində və istifadəsində olan həmin torpaq sahəsinin 0,08 ha hissəsi qardaşı X8, 0.06 ha hissəsi isə X1. X9 daha sonra həmin 0,06 ha torpaq sahəsini X4. Halbuki, X9 1985-ci ildən həmin kənddə yaşamayıb və bələdiyyədən torpaq sahəsi ala bilməzdi. X10 isə uzun müddət Rusiya Federasiyasında yaşamış və Göyçay rayonu Yeniarx bələdiyyəsinin ərazisində yaşamamışdır. Ona görə də iddiaçı istifadəsində olan həmin torpaq sahələrinin hansı yolla onun xəbəri olmadan satılması ilə bağlı Göyçay rayonu Yeniarx bələdiyyəsinə müraciət etmiş, ona bildirmişlər ki, artıq gecdir, torpaq sahəsi satılmışdır. İddiaçı istinad etdiyi müqavilələri iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh orqana məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, üçüncü şəxslər isə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan 2001-ci ilin yanvar ayında tərtib edilmiş “İcarə müqaviləsi”nə əsasən, Xəlitli bələdiyyəsinin perspektiv inkişaf torpaq sahəsindən 0,95 ha torpaq sahəsi 1 (bir) il müddətinə, 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən, Xəlitli bələdiyyəsi 0,50 ha torpaq sahəsini 3 (üç) il müddətinə, 31.01.2011-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən, Xəlitli bələdiyyəsi 0,50 ha torpaq sahəsini 11 (on bir) ay müddətinə, 27.03.2012-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən, Xəlitli bələdiyyəsi 0,50 ha torpaq sahəsini 11 (on bir) ay müddətinə, 03.02.2016-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən isə, Xəlitli bələdiyyəsi 0,50 ha torpaq sahəsini bağçılıq məqsədilə 11 (on bir) ay müddətinə İddiaçı icarəsinə vermişdir. Həmin müqavilələrə əsasən icarəyə verilmiş torpaq sahəsinin məhz mübahisəli torpaq sahəsi olması öz təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun zəbtində və istifadəsində olmuşdur. İş materiallarında olan Göyçay rayonu Yeniarx bələdiyyəsinin 20.10.2020-ci il tarixli 13 saylı iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, bələdiyyənin mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin satılması üçün müvafiq rəylərin alınması məqsədilə Göyçay RİH Memarlıq və Tikinti şöbəsinə və ƏMDK 16 saylı Ucar ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi İdarəsinin 02.12.2020-ci il tarixli 84 nömrəli rəyinin təsdiq edilmiş surətindən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 0,08 ha torpaq sahəsi Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır, uqodiyası əkinə aiddir. Rəydə qeyd edilir ki, torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. İş materiallarında olan Göyçay RİH Memarlıq və Tikinti şöbəsinin Yeniarx bələdiyyəsinə ünvanladığı rəyin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİ Q saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 24-cü maddəsinə uyğun olaraq Göyçay rayonunun Yeniarx bələdiyyəsinin ehtiyat fondu sahələrindən 0.08 ha torpaq sahəsinin Xəlitli kəndi ərazisində həyətyanı məqsədi ilə satılmasına Şöbə etiraz etməmişdir. İş materiallarında olan Göyçay rayonu Yeniarx bələdiyyəsinin 12.12.2020-ci il tarixli 17 saylı iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsinə çıxarışın alınması üçün DƏDRX 16 saylı Ucar ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. İşdə olan Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23.12.2020-ci il tarixli 17 saylı iclas protokolundan və protokoldan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilinəsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə uyğun olaraq Xəlitli kəndində yaşayan X7 mülkiyyətinə satılması barədə sənədlərin nəzərə alınması və Xəlitli kənd sakini X8 bələdiyyənin torpaq sahəsindən 0,08 ha torpaq sahəsinin fərdi ev tikintisi üçün satılması qərara alınmışdır. İş materiallarında olan 17.12.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Göyçay rayonu Yeniarx bələdiyyəsinin mülkiyyətində olmuş, 24.12.2020-ci il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə Göyçay rayonu Yeniarx bələdiyyəsi mülkiyyətində olan 0,08 ha torpaq sahəsini iş üzrə üçüncü şəxs X4. İş materiallarında olan 21.01.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Xəlitli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi iş üzrə üçüncü şəxs X7 mülkiyyətindədir. 21.01.2021-ci il tarixdə AA 556592 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, sənədin tərtib olunması əsası kimi alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi (4Ə-1272, 24.12.2020) göstərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 38.1-ci maddələri) qismində mümkün iddiadır. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarı haqqında məhkəmədə mübahisə qaldırılan zaman məlumatlı olmuşdur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı həmin torpaq sahəsinin istifadəçisi olduğunu iddia etməklə faktiki olaraq iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 153-cü maddəsinə görə bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir; 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). Həmin Məcəllənin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının 29.06.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. İddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyənin qərar əsasında üçüncü şəxsin mülkiyyətinə verdiyi torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasına, yüklülüyünə dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, inzibati orqanın mübahisəli qərarı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, inzibati praktikaya və inzibati orqanın güddüyü məqsədlərə uyğun və mütənasib olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; 69.5-ci maddəsinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Göyçay rayonu Yeniarx bələdiyyəsinə qarşı “Göyçay rayonu Xəlitli kəndində iddiaçının zəbtində və istifadəsində olan 0,50 ha torpaq sahəsinin müvafiq hissəsinin X3 barədə Göyçay rayonu Yeniarx bələdiyyəsinin 23.12.2020-ci il tarixli 17 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1096/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1096/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver