Məhkəmə qərarları › İş №2-1(116)-1098/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1098/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1098/2021 28.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "əmək pensiyasının 6 misli miqdarında birdəfəlik yardımın ona ödənilməsi" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "əmək pensiyasının 6 misli miqdarında birdəfəlik yardımın ona ödənilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin 07.03.2019-cu il tarixli 33 nömrəli əmri ilə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə əsasən Zərdab RİH başçısının Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş, lakin həmin vaxt qanunvericiliyə əsasən ona ödənilməli olan əmək pensiyasının 6 misli məbləğində birdəfəlik yardım ona ödənilməmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə iddia verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsindən və cavabdehin bu tələbi təmin etməməsindən ibarətdir. Lakin İddiaçı hazırkı tələblə əvvəlcədən Cavabdehnə müraciət etməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Şəki İnzibati Məhkəməsinin 02.07.2021-ci il tarixli sərəncamı ilə bu hallar iddiaçının diqqətinə çatdırılmış, bunun iddianın mümkün sayılmasını istisna etdiyi izah olunmuş, eyni zamanda, məhkəməyə iddia verməzdən əvvəl eyni tələblə Cavabdehnə müraciət etməsini və həmin orqanın tələbini təmin etməkdən imtina etməsini təsdiq edən sənədləri 5 gün müddətində məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və 10.07.2021-ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin ötən müddət ərzində iddiaçı qeyd olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, Cavabdeh iddiaya qarşı 15.07.2021-ci il tarixli etirazında bildirmişdir ki, İddiaçı əmək pensiyasının 6 misli miqdarında birdəfəlik yardımın ona ödənilməsi üçün Cavabdehnə müraciət etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "əmək pensiyasının 6 misli miqdarında birdəfəlik yardımın ona ödənilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar