Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-11/2020 25.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, XN qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 sentyabr 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N44 nömrəli 05.03.20N8-ci il tarixli Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin kadrlar bölməsi rəisi vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 sentyabr 20N7-ci il tarixli, 0432 nömrəli əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin kadrlar bölməsi rəisi vəzifəsinə bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 25.06.20N8-ci il tarixində həmin məhkəməyə daxil olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 sentyabr N997-ci ildən Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlamışdır və 23.08.200N-ci ildə həmin məktəbi Quru qoşunlarının X2si ixtisası üzrə bitirmişdir. 23.08.200N-ci ildən 26.07.2002-ci ilə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabit ixtisas kursunda dinləyici, 26.07.2002-ci ildən 22.06.2003-cü ilə qədər N nömrəli hərbi hissədə taqım komandiri, 22.06.2003-cü ildən N2.NN.2008-ci ilə qədər N nömrəli hərbi hissədə taqım komandiri, N2.NN.2008-ci ildən N6.08.2009-cu ilə qədər Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbində zenit raket taqım komandiri-müəllim köməkçisi, 06.09.2009-cu ildən N7.0N.20N3-cü ilə qədər N nömrəli hərbi hissədə taqım komandiri, N7.0N.20N3-cü ildən 07.N2.20N3-cü ilə qədər 984 nömrəli hərbi qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi - şəxsi heyət bölməsinin rəisi, 07.N2.20N3-cü ildən 28.09.20N7-ci ilə qədər N nömrəli hərbi hissədə kadrlar bölməsinin rəisi vəzifələrində xidmət etmişdir. Sonuncu dəfə aşağıda qeyd olunan səbəblə əlaqədar olaraq 28.09.20N7-ci ildən 05.03.20N8-ci ilə qədər N nömrəli hərbi hissədə X2 bölmə rəisinin aviasiya üzrə köməkçisi vəzifəsində xidmət etmişdir. 7 dekabr 20N3-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N4N nömrəli əmri ilə N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Lakin 20N7-ci ilin mart ayından N nömrəli hərbi hissə komandiri vəzifəsinə təyin olunmuş polkovnik-leytenant Cərullah Ağayev ona qarşı son dərəcə ədalətsizlik edərək onun guya "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə müvafiq olaraq bərabər vəzifəyə təyin olunmağı üçün 20 iyun 20N7-ci il tarixdə təqdimat imzalamışdır. Təqdimatda onun barəsində aşağıdaki ittihamedici sözləri yazılmışdır: “...şəxsi intizamsızlığa görə dəfələrlə cəzalandırılmışdır. Komandanlıq tərəfindən ona tutulan iradlardan nəticə çıxarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək özünə bəraət qazandırmağa çalışır. Təmkinli deyil, böyük rəislərə qarşı hərbi nəzakət qaydalarının pozulmasına yol verir. Mayor Bayramovun şəxsi intizamsızlığı şəxsi heyət arasında tərbiyəvi rolun zəyifləməsinə səbəb olur. Kollektiv arasında hörmətə malik deyil. Əvvəla qeyd edilən mənfi xarakterizə olunmuş bir hərbiçinin "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə müvafiq olaraq bərabər vəzifəyə təyin olunması üçün verilmiş təqdimatda ciddi uyğunsuzluq və ziddiyyət vardır. Cərullah Ağayevin onun barəsində cəmisi 55 gün sonra N4 avqust 20N7ci il tarixdə verdiyi Xidməti Xasiyyətnamədə o aşağıdakı kimi xarakterizə olunmuşdur "Xidməti vəzifəsini tam, qüsursuz və keyfiyyətli yerinə yetirir. Təşəbbüskardır. Liderlik qabiliyyətinə malikdir. Fövqəladə hallar ortaya çıxdıqda, şəraiti üzgün təhlil edir, düşünülmüş və riskli addımlar atmağı bacarır. Bilik səviyyəsini və bacarığını artırmaq üçün daim öz üzərində çalışır. Yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Şəxsi heyət arasında tapşırıq və səlahiyyətləri düzgün bölüşdürür, tapşırığın yerinə yetirilməsi üçün dəqiq tədbirlər planı hazırlaya bilir. Xidmət etdiyi kollektivdə hörmətə malikdir. Siyasi cəhətdən savadlıdır. Dövlət sirlərini qorumağı bacarır." Onun barəsində olan ikinci xarakteristika onu göstərir ki, təqdimatda qeyd edilən xarakteristika həqiqəti əks etdirməməklə Cərullah Ağayevin subyektiv fikridir və o, idiaçıya qarşı qərəzli mövqedə olmuşdur. Halbuki Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 5-ci bəndinin üçüncü hissəsində tələb olunur ki, komandir (rəis) öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın və nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daim nümunə olmalıdır. Yuxarıda göstərilənlərə əsasən Cərulla Ağayevin nümunəvi hərbçi olmasından bəhs etmək olmaz. Onun barəsində qəbul edilmiş haqsız qərara görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə 20N8-ci ilin may ayında etdiyi şikayətə Hüquq İdarəsinin rəisi cənab əməkdar hüquqşünas ədliyyə polkovnik Rauf Kişiyevdən 20N8-ci ilin iyun ayının 4-ü tarixində aşağıdakı məzmunda cavab almışdır: "Həqiqi hərbi xidmətdə olduğunuz dövrdə xidmət yerinizin dəyişdirilməsinin hüquqi əsaslandırılması barədə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığınız elektron müraciətinizə tərəfimizdən baxılmışdır. Müəyyən olunmuşdur ki, siz Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 sentyabr 20N7-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin “b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, Kadrlar bölməsinin rəisi vəzifəsindən X2 bölməsinin aviasiya üzrə köməkçisi vəzifəsinə təyin olunan zaman qeyd edilən hər iki vəzifənin ştat kateqoriyası “mayor” olmuş və siz aşağı vəzifəyə deyil, bərabər vəzifəyə təyin edilmişsiniz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, Sizin xidmət üzrə yerdəyişməniz zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir". Cavabı aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Sıradankənar həqiqi hərbi xidmətə yararlı hərbi qulluqçunu bölmə rəisi vəzifəsindən (vəzifə maaşı 505 manatdan) cəbhə bölgəsinə nəzərə alsaq ki, aşağı vəzifəyə, bölmə rəisinin köməkçisi (vəzifə maaşı 450 manata) vəzifəsinə yerdəyişilməsinin hüquqi cəhətdən qanunsuz olması danılmazdır. Heç bir səbəb göstərilmədən daima yüksək nailiyyətlər əldə etdiyi və uzun müddət daşıdığı kadrlar bölmə rəisi vəzifəsindən şəxsi prinsiplərə görə çıxardılaraq Hərbi Uçot ixtisasına uyğun olmayan vəzifəyə keçirildiyinə, bilmədiyi sahədə xidmət edəcəyi halda baş verə biləcək faciələrə görə vicdan əzabı çəkməməyi üçün Silahlı Qüvvələrin tərkibindən ehtiyata buraxılmağına razılıq vermişdir. Barəsində verilmiş təqdimatda ciddi uyğunsuzluq və qanun pozuntusu vardır. Bu N nömrəli hərbi hissə komandiri, polkovnik-leytenant Cərullah Ağayevin ona qarşı son dərəcə ədalətsiz və qərəzli möqeyinin nəticəsidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə görə hərbi qulluqçuların xidmət yerinin bərabər vəzifələrə dəyişilməsi — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün aparılır. Deməli qanunvericilikdə hərbi qulluqçuların xidmət yerinin bərabər vəzifələrə dəyişdirilməsi üçün üç halın mövcudluğu tələb edilir. Bu halların hər hansı birinin olması haqqında verilmiş təqdimatda əksini tapmamışdır. Göründüyü kimi onun barəsində verilmiş təqdimatda ciddi uyğunsuzluq və qanun pozuntusu vardır. Bu N nömrəli hərbi hissə komandiri, polkovnik-leytenant Cərullah Ağayevin ona qarşı son dərəcə ədalətsiz və qərəzli mövqeyinin nəticəsidir. O, qeyd edilən ədalətsiz münasibətin nəticəsi olaraq Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 sentyabr 20N7-ci il tarixli, 0432 №-li əmri ilə N nömrəli hərbi hissənin Kadrlar bölməsinin rəisi vəzifəsindən çıxarılaraq N nömrəli hərbi hissənin X2 bölmə rəisinin aviasiya üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. Hesab edir ki, ona qarşı bu ədalətsiz, qanunsuz və qərəzli münasibətə son qoyulmalı, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 sentyabr 20N7-ci il tarixli, 0432 nömrəli əmri ləğv edilməli və o əvvəlki vəzifəsinə - N nömrəli hərbi hissənin Kadrlar bölməsinin rəisi vəzifəsinə bərpa olunmalıdır. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.N2.200N-ci il tarixli Qərarında göstərilmişdir: «Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prossessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində göstərilib ki, məhkəmə tərəfindən iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. 28 sentyabr 20N7-ci il tarixdə İddiaçı 0432 əmrə əsasən müvafiq vəzifəyə təyin olunmuşdur. Buradan görünür ki, NN ay müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqeylərinin müdafiəsini mümkünsüz etmiş olur. Beləliklə iddiaçının barəsində 28 sentyabr 20N7-ci il tarixdə inzibati akt qəbul edilmiş və İddiaçı hərbi qulluqçu olmaqla barəsində inzibati aktın qəbul edilməsindən xəbərdar olmaması mümkün deyildir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.07.20N8-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və 05.09.20N8-ci il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. 26.04.20N9-cu il tarixində iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 sentyabr 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N44 nömrəli 05.03.20N8-ci il tarixli Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin kadrlar bölməsi rəisi vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı mübahisəli əmrlərdən şikayət edilməsi müddətinin ona izah edilmədiyi üçün müddəti ötürmədiyini qeyd edib, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan N9.N0.20N8-ci il tarixli məhkəmə iclas protokolunda qeyd olunmuş iddiaçının izahatından (səh. 30-3N) görünür ki, mübahisə predimenti olan 28 sentyabr 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmr 20N7-ci ilin 5-6 oktyabrında hərbi hissəyə daxil olmuşdur. İddiaçı 07.N0.20N7-ci ildə əmrlə tanış olmuşdur. 09.N0.20N7-ci il tarixdə təhvil-təslim olmuşdur və N oktyabrda N nömrəli hərbi hissədə xidmətə başalmışdır. NN.04.20N8-ci il tarixdə öz ərizəsinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan cavabdehin N0.07.20N8-ci il tarixli etirazından (səh. N6-N7) görünür ki, iddiaçı N9.N0.20N8-ci il tarixində etirazın surətini almışdır. İş materiallarında olan iddiaçıya ünvanlanmış 25.05.20N8-ci il tarixli NN/26N6 nömrəli hüquq idarəsinin rəisinin məktubundan (səh. NN) görünür ki, iddiaçının xidamət yerinin dəyişdirilməsinin hüquqi əsaslandırılması barədə müraciətinə baxılmış və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmədiyi ona bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.03.20N8-ci il tarixli 0N44 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, iddiaçı “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) və N64-cü maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissənin X2 bölməsi rəisinin aviasiya üzrə köməkçisi mayor İddiaçı Hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası İPM-nin: -2.2.N-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -38.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin: -24.N-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında ona şikayət verilməsi üçün müddətin olması barədə məlumat verilməməsi barədə dəlilini məhkəmə əsassız sayır. İddiaçıya mübahisələndirdiyi Müdafiə nazirinin 28 sentyabr 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmri elan edilmiş, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən 05.03.20N8-ci il tarixdə öz ərizəsinə əsasən ehtiyata buraxılmışdır. 22.06.20N8-ci il tarixində məhkəməyə müraciət etməklə (ərizə 25.06.20N8-ci il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.N-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. Bundan başqa ilk dəfə iddianı məhkəməyə təqdim edərkən, onun ən azından öz ərizəsi ilə ehtiyata buraxılmasından xəbəri olmuş, lakin onda həmin əmri mübahisələndirməmiş, yanlız 26.04.20N9-cu il tarixində iddianın dəyişdirilməsi barədə ərizə verəndə ləğv edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmiş, əmrlərdən onun xəbəri olmuş, onun hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 200N-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 sentyabr 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N44 nömrəli 05.03.20N8-ci il tarixli Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin kadrlar bölməsi rəisi vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan N0 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi N) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-11/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-11/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver