Məhkəmə qərarları › İş №2-1(116)-11/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-11/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-11/2023 25.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi Hacı-X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun X5na məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Azərbaycan Elm İstehsalat X2 X19 Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının 1 iyul 1994-cü il tarixli 25/a nömrəli protokol qərarına əsasən satılan 12 kv/metr sahəsi olan qeyri-yaşayış binasının, mağazanın X9 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-99/2022 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Azərbaycan Elm İstehsalat X2 X19 Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının xx.xx.1994-cü il tarixli 25/a nömrəli protokol qərarına əsasən satılan 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun X5na məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı qeyri-yaşayış binası üzərində X9 mülkiyyət hüquqlarının qeydiyyatı alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim edilən sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verməməsini, belə ki, “çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı. İstismara qəbul aktı” təqdim olunmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının etdiyi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçının nümayəndəsi, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1033 nömrəli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublika Əkinçilik İnstitutunun Şəki “Dayaq” məntəqəsinin xx.xx.1992-ci il tarixli 104 nömrəli məktubuna əsasən, 5 nömrəli orta məktəbin şimal hissəsində 12 kv.m sahəsi olan köşk tikintisinə icazə verilmişdir. - Azərbaycan Elm İstehsalat X2 X19 Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının 25/a nömrəli protokolundan görünür ki, X19 Yardımçı Təcrübə təsərrüfatının balansında olan 34000 manat məbləğində mağaza satış qiyməti 50000 manat dəyərində ödəmək şərti ilə təsərrüfatın direktoru N.Hüseynova satılması məsləhət bilinmişdir. - X19 Yardımçı Təcrübə təsərrüfatının xx.xx.1994-cü il tarixli 53 nömrəli əmrdən görünür ki, təsərrüfatın balansında olan mağaza satış qiyməti 500000 manat dəyərində ödəmək şərtilə təsərrüfatın direktoru N.Hüseynova satılması qərara alınmışdır. - Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli 2/1732 nömrəli məktubundan görünür ki, qeyri-yaşayış sahəsi şəhərsalma sənədlərinə, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə, baş plana uyğundur, tikili nəzərdə tutulan ərazilərin hüdudları daxilində tikilmişdir, tikili istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğundur, tikilinin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi yoxdur, tikinti təhlükəsizliyin və ya sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb etmir, tikili ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları, yaxud landşaftın təbii xüsusiyyətlərini pozmur, tikili su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaratmır, tikilidən təyinatı üzrə istfiadə etmək mümkündür. - Az-İ 038789 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2003cü il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpağıdır. Dövlət mülkiyyətinə aid torpaqdır. Faktiki istifadəçisi İddiaçıdır. Tikili Şəki şəhər 5 saylı tam orta məktəbin şimal səhəddinin şərq küncündə yerləşir. Şimaldan küçə, şərqdən boş sahə, cənubdan və qərbdən 5 saylı məktəbin ərazisi ilə əhatə olunmuşdur. İcarə və ya istifadə hüququ ilə bağlı digər subyektlərə verilməyib. - Enerji Məsələlərini tənzimləmə Agentliyi Şəki filialının xx.xx.2022-ci il tarixli AERA- 30-1047/22 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, Calğalı Bulaq küçəsində yerləşən, sözügedən qeyri-yaşayış binasının şimal hissəsindəki küçənin əks tərəfindən 6 kV-luq hava elektrik ötürücü xətti (bundan sonra - HX) keçir. Bu HX “Büllur” şadlıq sarayının elektrik enerjisi ilə təchizatını həyata keçirir və hal-hazırda elektrik şəbəkəsinə qoşulmuş (işlək) vəziyyətdədir. Həmin HX-nin kənar naqillərinin meyl etməmiş vəziyyətində şaquli müstəvi ilə həmin qeyri-yaşayış binasının ən yaxın hissəsinə kimi üfüqi məsafə 8 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 5-ci bəndinə əsasən 1 kV-dan 20 kV-a qədər hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində 10 metr məsafədə hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası həmin elektrik şəbəkələrinin mühafizə zonası hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi sözügedən qeyri-yaşayış binası həmin HX-nin mühafizə zonasında yerləşir. - Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və X6 X14 Məntəqəsi özəlləşdirilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-1/16-035/2023 nömrəli məktubundan görünür ki, göstərilən qeyri-yaşayış sahəsi 2009-cu ildə istismara verilmiş və “Büllur” şadlıq sarayını elektrik enerjsi ilə təmin edən elektrik xəttinin mühafizə zonasında yerləşmir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Azərbaycan Elm İstehsalat X2 X19 Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının xx.xx.1994-cü il tarixli 25/a nömrəli protokol qərarına əsasən satılan 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun X5na məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun cavabdeh orqan tərəfindən verilməsinə nail olmaqdır. Azərbaycan Elm İstehsalat X2 X19 Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının xx.xx.1994-cü il tarixli 25/a nömrəli protokolu və X19 Yardımçı Təcrübə təsərrüfatının xx.xx.1994-cü il tarixli 53 nömrəli əmri qəbul edilərkən “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (xx.xx.1993) və "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanun (xx.xx.1991) qəbul edilmişdi və özəlləşmə prosesi də məhz həmin Qanunlarda müəyyən edilmiş tələblərə uyğun aparılmalı idi. 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında mülkiyyət haqqında" Qanun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 3. (Mülkiyyət hüququnun obyektləri), torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bilər. Maddə 4. Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır. Maddə 12. Dövlət və bələdiyyə müəssisələri və idarələrinin əmlakı

1. Dövlət və ya bələdiyyə mülkiyyəti olan, dövlət və ya bələdiyyə müəssisəsinə təhkim edilmiş əmlak tam təsərrüfatçılıq səlahiyyəti ilə müəssisəyə məxsusdur.

2. Dövlət və ya bələdiyyə əmlakının idarə olunması üçün vəkil edilmiş orqan dövlət və ya bələdiyyə müəssisəsinin yenidən təşkil olunması, yaxud ləğv edilməsi haqqında qərar qəbul etdikdə, müəssisə iqtidarsız (müflis) hesab edildiyi hallar istisna olmaqla, əmək kollektivinin ixtiyarı vardır ki, müəssisəni ona icarəyə verməyi və ya onu kollektiv, yaxud xüsusi mülkiyyət hüququna əsaslanan başqa müəssisəyə çevirməyi tələb etsin.

3. Dövlət və ya bələdiyyə mülkiyyəti olan və mülkiyyətçi tərəfindən dövlət və ya bələdiyyə büdcəsindəki idarəyə təhkim edilmiş əmlak həmin idarənin operativ idarəsində olur. Maddə 13. Dövlət və bələdiyyə əmlakının dövlətsizləşdirilməsi və özləşdirilməsi Dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər. “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu: Maddə 3. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir. Maddə 7. Özəlləşdirmənin qaydası

1. Respublikada dövlət mülkiyyətinin özəlləşdirilməsi milli valyuta — Azərbaycan manatı əsasında aparılır.

2. Dövlət , mülkiyyətinin özəlləşdirilməsi dövlət əmlakını idarə edən orqanın müəyyən etdiyi qaydada zəruri sənədlərin (formaların) hazırlanmasından sonra həyata keçirilir. (-)

4. Özəlləşdirilən müəssisələrin balansında olan mənzil və sosial-mədəni obyektlər, yolmadıqda, həmin obyektlər dövlət əmlakını idarə edən orqanın sərəncamına verilir.

5. Dövlət mülkiyyətinin özəlləşdirilməsi auksion (hərrac), müsabiqə, səhmləşdirmə formaları, müxtəlif investisiya fondları, qiymətli kağızlar və fond birjaları vasitələri ilə həyata keçirilir. (-) Maddə 14. Özəlləşdirmənin formaları

1. Əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılığı ilə icarəçiyə satılması.

2. Əmlakın müəssisə kollektivinə satılması.

3. Auksion (hərrac) və müsabiqələrin təşkili.

4. Məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdarlar cəmiyyətlərinin) yaradılması.

5. Açıq səhmdarlar cəmiyyəti yaradılması. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********10 nömrəli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və X6 X14 Məntəqəsi özəlləşdirilməmişdir. İddiaçı, sözügedən tikilinin Azərbaycan Elm İstehsalat X2 X19 Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının 25/a nömrəli protokolu və X19 Yardımçı Təcrübə təsərrüfatının xx.xx.1994-cü il tarixli 53 nömrəli əmri əsasında mərhum X1 bildirsə də, nəzərə alınmalıdır ki, Şakir Hüseynov özü həmin təsərrüfatın direktoru olmuş, tikilinin özünə satılması barədə əmr vermişdir. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunun normalarından görünür ki, özəlləşdirmənin formalarından bəhs edilərkən əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılığı ilə icarəçiyə satılması, əmlakın müəssisə kollektivinə satılması, auksion (hərrac) və müsabiqələrin təşkili, məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdarlar cəmiyyətlərinin) yaradılması və açıq səhmdarlar cəmiyyəti yaradılması müəyyən edilmişdir. Müssisənin direktoru tərəfindən birtərəfli qaydada dövlət əmlakının özünə və ya kənar şəxsə satılması ilə bağlı sözügedən Qanunda hər hansı norma müəyyən edilməmiş, bütövlükdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət əmlakını idarə edən orqanın müəyyən etdiyi qaydada zəruri sənədlərin (formaların) hazırlanmasından sonra həyata keçirilməli olduğu təsbit edilmişdir. X5 1993-1994-cü illərdə, nə də sonradan vəfat etdiyi 2003-cü il tarixədək həmin tikilinin özəlləşdirilməsi ilə bağlı səlahiyyətli dövlət orqanına müraciət etməmiş və hazırda da, tikili və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində qalmaqda davam edir. Odur ki, X5 dövlət mülkiyyətində olan əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Azərbaycan Elm İstehsalat X2 X19 Yardımçı Təcrübə təsərrüfatının Həmkarlar təşkilatının xx.xx.1994-cü il tarixli 25/a nömrəli protokol qərarına əsasən satılan 12 kv.m sahəsi olan qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun X5na məxsus olması barədə arayışın (elektron çıxarışın) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar