Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1101/2020 11.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X17 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə qarşı “mülkiyyətində olan Şəki şəhəri Heydər Əliyev prospekti bina 25, 7 nömrəli mənzildən X6 qeydiyyatdan çıxarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2004-cü ildə alqı-satqı müqaviləsinə əsasən X6 mülkiyyətində olan Şəki şəhəri Heydər Əliyev prospekti bina 25, 7 saylı mənzili almışdır. Hal-hazırda ev tamamilə iddiçanın mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan X10 və onun ailə üzvləri X11, X12 və X15 mənzili iddiaçıya satdıqdan sonra qeydiyyatdan çıxacaqlarını bildirmişlər. İddiaçı onların bu sözünə inanmış və onların evdən çıxdığını güman etmişdir. İddiaçı 2014-cü ildə Şəki MİS-ə ailə tərkibi haqqında arayış almaq üçün müraciət etdikdə bilmiş ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Şəki MİS-dən ailə tərkibinə dair arayış alanda ona bildirdilər ki, evin keçmiş mülkiyyətçisi X10 evi satanda birbaşa evin qeydiyyatından çıxmış olur. X2 ailə üzvləri qeydiyyatdadır və onları məhkəmə yolu ilə çıxarmalısız. Həmin şəxslərin əsassız olaraq onun evində pasport qeydiyyatından qalmaları onun mülkiyyətçi hüquqlarının məhdudlaşdırılmasına, öz hüquqlarından sərbəst istifadə etməyinə maneə törədilməsinə gətirib çıxarmışdır. Bu səbəbdən iddiaçı 2014-cü ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X6 ailə üzvləri X11, X12 və X9 mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin qərarına əsasən X6 ailə üzvləri X13, X12 və X15 iddiaçının mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmışdır. Lakin iddiaçı sonuncu dəfə 10 iyul 2019-cu ildə "xxxx" ASC-yə arayış təqdim etmək üçün Şəki MİS-ə müraciət etdikdə ona verilən ailə tərkibi haqqında arayışda iddiaçı mülkiyyətində olan evdə X6 qeydiyyatda olduğunu bilmişdir. Halbuki, ona Şəki MİS bildirmişdir ki, evi satanda birbaşa keçmiş mülkiyyətçi X10 qeydiyyatdan çıxarılır. Həmçinin iddiaçı evi aldıqdan sonra ayrı-ayrı vaxtlarda bir neçə dəfə MİS-dən arayış alsada onun adı həmin arayışlarda qeyd edilməmişdir. Neçə ildən sonra iddiaçının mülkiyyətində olan evə necə düşdüyü ona müəmmalı qalmışdır. Bunun necə baş verdiyini soruşanda iddiaçıya bildirdilər ki, X6 şəxsiyyət vəsiqəsini həyat yoldaşı X13 gətirib bizə təqdim edərək ünvan 1 ünvanda qeydiyyatda olduğunu bildirmişdir. Həmin müraciətə əsaslanan MİS-də iddiaçının evinə X7 əlavə etmişdir. Halbuki, X6 şəxsiyyət vəsiqəsi 2002-ci ildə alınmışdır. Həmin səbəbdən qeydiyyat həmin evin ünvanında qalmışdır. Bunu MİS araşdırmadan, şəxsiyyət vəsiqəsinin vaxtının bitməsinə (yəni etibarsız sayılmasına) baxmayaraq onu iddiaçının mülkiyyətində olan evə əsassız olaraq qeydiyyata salmışdır. İddiaçı yeniden iş üzrə cavabdeh olan Cavabdehnə X6 onun mülkiyyətində olan Şəki şəhəri Heydər Əliyev prospekti bina 25, 7 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün məktubla müraciət etmiş, lakin cavabdeh orqan 17.02.2020-ci il tarixli məktubla X6 ona məxsus olan evdə 2002-ci ildən qeydiyyatda olduğunu və həmin evdən qeydiyyatdan çıxarmaq üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyini bildirmişlər. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia qarşı münasibətində bildirmişdir ki, vətəndaş X10 həmin evə ev sahibinin razılığına əsasən qeydiyyata götürülmüşdür. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Şəki Şəhər İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin 10.07.2019-cu il tarixli, 189 nömrəli məktubu, Cavabdeh 17.02.2020-ci il tarixli 189-3404R-3220 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsinin9739/5289 nömrəli Qeydiyyat vəsiqəsinin surəti, Şəki İnzibati Məhkəməsinin 23.06.2020-ci il tarixli 2-1(116)-1101/2020 nömrəli Qərardadı, Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.06.2020-ci il tarixli 59 nömrəli məktubu, Cavabdeh 04.07.2020-ci il tarixli 189-16107-1220 nömrəli məktubu, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 30.06.2020-ci il tarixli **********89 nömrəli məkubu, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsinin 6912/134 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surəti, 16.09.2004-cü il tarixli 232173 nömrəli Daşınmaz Əmlakın Dövlət Alqı-Satqı Müqaviləsinin təsdiqlənmiş surəti, 6912/1311 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surəti, 31.05.2002-ci il tarixli müqavilə, 07.06.1995-ci il tarixli şəhadətnamənin təsdiqlənmiş surəti, 21.06.1995-ci il tarixli vəsihətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, 31.06.1992-ci il tarixli evin bəxşeiş edilmə müqaviləsi, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 28.06.1992-ci il tarixli 400 nömrəli çıxarışı aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh məhkəməyə 03.08.2020-ci il tarixli 189-18643-1220 nömrəli məktub göndərərək məhkəmə iclasının Şəki ŞRPŞ-nin QMQ-nun nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə üçüncü şəxs və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 6912/1311 nömrəli qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Şəki şəhəri, Nuxa küçəsində yerləşən 25/7 saylı mənzil iki otaqdan ibarət 29.0 m2 yaşayış evi X5 adına 31.05.2002-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 31.05.2002-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Şəki şəhəri 31-ci rayon, Nuxa küçəsi, 25,7 nömrəli mənzili X14 tərəfindən üçüncü şəxs X1. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsinin 6912/134 nömrəli qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Nuxa küçəsində yerləşən 25/7 saylı mənzil iki otaqdan ibarət 29.0 m2 yaşayış evi İddiaçı adına 27.10.2004-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 16.09.2004-cü il tarixli 232173 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X3 şəhəri, Nuxa küçəsində yerləşən 25/7 saylı ümumi sahəsi 36.9 m2 mənzili İddiaçı satmışdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinin üzərinə üçüncü şəxs X6 İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Heydər Əliyev prospekti, bina 25, 7 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1101/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1101/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver