Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1101/2024 12.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Şəki rayonu X3rşı “iddiaçının istifadəsində olan, Şəki rayon Aşağı Layısqı kəndində, Şəki-Qax avtomobil yolunun cənub hissəsində yerləşən 0.45 ha torpaq sahəsinin hərracdan kənar iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayon Aşağı Layısqı kəndində, Şəki-Qax avtomobil yolunun cənub hissəsində yerləşən 0.45 ha torpaq sahəsinin hərracdan kənar iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, keçmiş sovxoz-kolxoz dövründın istifadəsində və sahibliyində torpaq sahələri olmuşdur. Aqrar İslahat zamanı bir çox torpaq sahələri mülkiyyətlərinə verilsə də yaşadıqları kəndin aşağısında, Şəki-Qax avtomobil yolunun cənub hissəsində yerləşən 0.45 ha torpaq sahəsi iddiaçının zəbtində olmaqla Bələdiyyə mülkiyyətində qalmışdır. 30 ildən çox həmin sahə iddiaçının sahibliyində olmuşdur. Bələdiyyə sədri iddiaçının istifadəsində olmuş torpaq sahəsini başqa şəxslərə X6 və X1. İddiaçı həmin torpaq sahəsinin özünə satılması tələbi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ərizəyə cavab verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, İddiaçı Aşağı Layısqı sakinidir. Sözü gedən 0.45 ha torpaq sahəsi bələdiyyənin prespektiv inkişaf fond torpaq kateqoriyasına aiddir və vətəndaş həmin torpaq sahəsini 2019-cu ilə qədər qeyri-qanuni istifadə edirdi. Həmin torpaq sahələri 0.12 ha həyətyanı məqsəd ilə bölünərək müraciət əsasında vətəndaşlara verilir. Sözü gedən torpaq sahəsini həmin şəxsin qardaşı Mahir istifadə edirdi. Bu torpaqların bələdiyyənin prespektiv inkişaf torpağı olduğu 2019-cu ildə vətəndaşa şifahi bildirilmiş və hər biri 0.12 ha olmaqla satılması nəzərdə tutulan bu torpağın sənədləşdirilməsi vətəndaşa bildirilmiş və nəticədə iddiaçı imkanının olmadığını bildirmişdir. Bu torpaq sahələri hal-hazırda müraciət əsasında 0.12 ha olmaqla digər vətəndaşlar tərəfindən sənədləşdirmək istəmişdir və həmin vətəndaşlar barədə də sənədlər protokola salınaraq göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin əsasən iddiaçının hüquqi marağı 0.45 ha torpaq sahəsinin hərracdan kənar iddiaçıya satılmasından ibarətdir.İddiaçı bu tələbinin hüquqi əsası torpaq sahəsindən əvvəllər istifadə etdiyini bildirir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir.Hazırda iddia olunan torpaq sahəsinin qanunvericilikdə yol verilən 0,12 ha olmaqla digər şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı inzibati icraat aparılır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi bir neçə əsasla mümkünlük şərtinə cavab vermir.İlkin olaraq iddia olunan 0,45 ha torpaq sahəsinin iddiaçıya hərracdan kənar satılması qanunla qadağan edilmişdir.Belə ki,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun : 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; Digər tərəfdən iddia olunan torpaq sahəsinin artıq bələdiyyə tərəfindən digər şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı inzibati icraat aparılmışdır.Bələdiyyənin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli 13 saylı və xx.xx.2021-ci il tarixli 6 saylı protokol qərarlarından görünür ki,iddia olunan torpaq sahəsinin bir hissəsinin müxtəlif şəxslərə satılmasına dair qərar qəbul edilmiş,icraatın başa çatdırılması istiqamətində müraciət edilmişdir. Hazırkı vəziyyətdə həmin qərarlar qüvvədə olduğundan,habelə iddiaçının həmin qərarları mübahisələndirmək üşün subyektiv hüququ olmadığından iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPMin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki rayonu X3rşı “iddiaçının istifadəsində olan, Şəki rayon Aşağı Layısqı kəndində Şəki-Qax avtomobil yolunun cənub hissəsində yerləşən 0.45 ha torpaq sahəsinin hərracdan kənar iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1101/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1101/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver