Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1104/2020 14.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X28 (üçüncü şəxslər X8, X13, X9, X11, X5) qarşı “X13 və X17 adına xx.xx.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X28 (üçüncü şəxslər X8, X13, X9, X11, X5) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “X13 və X17 adına xx.xx.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərlə iddiaçı doğma bacı-qardaşdır. 1968-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş və daimi olaraq atası X3 təsərrüfatında yaşamışdır. Üçüncü şəxslər də iddiaçı kimi, atası və anasının yanında yaşamışlar. X26 anası Mələk Mehdiyeva ilə birlikdə 1950-ci illərdə yaşayış evi inşa etmişlər və bu gün də həmin ev mövcuddur. Ayrı torpaq almaq məqsədilə atası hər birinin təsərrüfatını ayırmış və təsərrüfat başına kitabda onun təsərrüfatı ayrıdır. Ancaq həmin təsərrüfatda yaşayış evi olmadığından atasının mülkiyyətində olan evdə yaşamaqda davam etmişdir. Atası 1992-ci ildə vəfat etmişdir. Üçüncü şəxs Gülsüm Əhmədovadan başqa iddiaçı və digər üçüncü şəxslər həmin evdə yaşamışlar. Bacısı X1 rayon Məhkəməsində anası X14 miras qalmış evin vərəsələr arasında bölüşdürülməsi tələbinə dair iddia qaldırmış və məhkəmədə bildirmişdir ki, 1972-ci il təvəllüdlü qardaşı X13 atası X3 1950-ci ildə inşa etdirdiyi evə mülkiyyət sənədləri verilməsi üçün müraciət edərkən xx.xx.2020-ci ildə məlum olmuşdur ki, X13 anası X24 ilə ümumibirgə mülkiyyətinə verilmiş 0.2642 ha torpaq sahəsinin JN-151F nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında həmin fərdi yaşayış evini öz adına mülkiyyət hüquqları əsasında qeydə aldırmış və onun adına xx.xx.2019-cu ildə ********** saylı çıxarış verilmişdir. Halbu ki, 1989-cu ilin fevral ayında həmin fərdi yaşayış evi atası X3 adına qeydə alınmış və fərdi yaşayış evi fonduna daxil olan evin texniki pasportu hazırlanmışdır. Bildiyi qədər evin qeydiyyat vəsiqəsi hazırlanmalı idi. Ancaq atası 1992-ci ildə vəfat etdiyindən qeydiyyat vəsiqəsinin alınıb-alınmamasını bilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, anası xx.xx.2012-ci ildə vəfat etdikdən sonra X13 həyatyanı torpağını yarıdan bölmüş və boş sahədən özünə yaşayış evi inşa etdirmişdir. Atasının inşa etdirdiyi fərdi yaşayış evində isə özü və bacısı yaşayırlar. Fərdi yaşayış evi qeydə alınarkən onun həyətində 2018-ci ildə inşa etdirdiyi anbar, darvaza və qapıda onun mülkiyyətində olması kimi göstərilmişdir. Hazırda onların arasında miras əmlak bölgüsü ilə bağlı mübahisə vardır. X13 və atası X3 1950-ci ildə inşa etdirdiyi fərdi yaşayış evini 2004cü ildə hazırlanmış, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanuna əsasən verilən torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən 1972-ci il təvəllüdlü X6 adına qeydə alınaraq çıxarış verilməsi qanunsuz və ləğv olunmalıdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya xx.xx.2020-ci il tarixli yardım məktubu göndərilmiş, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğu bildirilmiş və qeyd edilmişdir ki, bu növ iddianın mümkünlük şərtlərindən birinin də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsinin müəyyən edilməsidir. Yardım məktubunda iddiaçıya bildirilmişdir ki, iddia ərizəsində olan sənədlərə cavabdeh orqana müraciət etmə və müraciətdən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Bundan əlavə eyni zamanda inzibati orqan olan DƏDRX-in 17 saylı Ərazi İdarəsini iş üzrə icraatda cavabdeh qismində müəyyən etsə də sonuncu tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmamış və cavabdehin səlahiyyətinə aid olan məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməzdən öncə DƏDRX-in 17 saylı Ərazi İdarəsinə müraciət etməyini təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Ərizəyə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X29 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********68 nömrəli imtina məktubu çıxarışın ləğv edilməsinə dair müraciətdən edilən imtina deyil, çıxarışın verilməsinə dair müraciətdən olunan imtinadır. Ləğvini tələb etdiyi ********** nömrəli çıxarış isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-151F nömrəli şəhadətnamə əsasında verilmişdir. Yəni qeyd olunan çıxarışın ləğv olunması üçün ilk növbədə onun verilməsinə əsas olan şəhadətnamə ləğv edilməlidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-151F nömrəli şəhadətnamə isə Yevlax rayon X12 xx.xx.1998-ci il tarixli, 30 nömrəli qərarı əsasında verilmişdir. Odur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-151F nömrəli şəhadətnamənin ləğv edilməsinə nail olmanız üçün ilk öncə həmin qərarı mübahisələndirməli və bu tələbə müvafiq olaraq cavabdehi müəyyən etməlisiz. Bununla bağlı iddiaçının nəzərinə çatdırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X21, Naxçıvan Muxtar Respublikası X21, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X12 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X16 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X7 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X16 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X21 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X12 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "Dövlət X10 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının nəzərinə çatdırılır ki, X7 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Yevlax rayon X12 xx.xx.1998-ci il tarixli, 30 nömrəli qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddəsinə əsasən, Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi xx xxxxxx 20011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx xxxxxx 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilən nöqsanlara münasibət bildirilməsi üçün 10 (on) gün müddət təyin edilmiş, məktub müvafiq olaraq xx xxxx 2020-ci il tarixində xəbərnaməyə imza edilməklə qəbul olunmasına baxmayaraq, həmin müddət ərzində münasibət bildirilməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X28 (üçüncü şəxslər X8, X13, X9, X11, X5) qarşı “X13 və X17 adına xx.xx.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1104/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1104/2020
14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver