Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1108/2020 14.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (3-cü şəxs X1) qarşı “Cavabdeh iclas keçirmədən rəy verməkdən çəkinməsi, komissiya üzvləri ilə birlikdə iclas keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasına (üçüncü şəxs X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh iclas keçirmədən rəy verməkdən çəkinməsi, komissiya üzvləri ilə birlikdə iclas keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki,üçüncü şəxs qismində qeyd olunmuş X1 iddiaçılar İddiaçı1 arvadı, İddiaçı2 isə anasıdır. İddiaçı1 ilə X1 14.09.2003-cü il tarixdə nikah bağlamışlar. Birgə evliliklərindən xx.xx.2004-cü il tarixdə İddiaçı2, 18.11.2006-cı il tarixdə X2 və 07.11.2015-ci il tarixdə isə X3 adında övladları dünyaya gəlmişdir. Halhazırda iddiaçı nikahın pozulması tələbi ilə bağlı Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsi uşaqların valideynlərin yanında saxlanması ilə bağlı müvafiq rəyin verilməsi üçün Cavabdeh “Qəyyumluq və himayəçilik komissiyası”na müraciət etmişdir. İddiaçı sözügedən komissiyanın fəaliyyətinin qanunsuz qaydalarla təşkil edildiyini qeyd etmiş və komissiyanın üzvlər ilə iclas keçirmədən diqtə ilə rəy verdiyini bildirmişdir. Həmçinin iddiaçının müvafiq komissiyaya dəfələrlə müraciət etməsinə baxmayaraq komissiya onu iclasa dəvət etməmişdir. Məhkəmə iddiaçıya 18.06.2020-ci il tarixdə yardım məktubu göndərərək hazırkı mübahisəyə inzibati məhkəmələr tərəfindən inzibati qaydada deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalı olduğunu bildirmiş və qeyd olunanlarla bağlı münasibət bildirməsi üçün iddiaçıya 10 gün vaxt vermişdir. Bu müddət ərzində iddiaçı yardım məktubuna münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə Mingəçevir İcra Hakimiyyətinin inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülməli olan iddalara inzibati deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçılar Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (3-cü şəxs X1) qarşı “Cavabdeh iclas keçirmədən rəy verməkdən çəkinməsi, komissiya üzvləri ilə birlikdə iclas keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiaları mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1108/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1108/2020
14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver