Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1109/2020 28.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh İsmayıllı Rayon Qeydiyyat Şöbəsinə qarşı "xx.xx.2013-cü ildə doğulmuş övladları X1 adının "Vahid"dən "Nahid" adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh İsmayıllı Rayon Qeydiyyat Şöbəsinə qarşı "xx.xx.2013-cü ildə doğulmuş övladları X1 adının "Vahid"dən "Nahid" adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə göndərərək, iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə görə, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçılar öz iddiasından imtina etdiklərinə görə iş üzrə icraata xitam verilməli, eyni zamanda, izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh İsmayıllı Rayon Qeydiyyat Şöbəsinə qarşı "xx.xx.2013-cü ildə doğulmuş övladları X1 adının "Vahid"dən "Nahid" adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1109/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1109/2020
28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver