Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1109/2021 29.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli Qazbinə kənd sakini X2 adına verilmiş JN-150A KOD 40108038 nömrəli şəhadətnamənin Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 30 iyun tarixli 08 saylı qərarı ilə Qazbinə kənd sakini İddiaçı verilmiş torpaq sahəsi üzərinə düşən hissədə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli Qazbinə kənd sakini X2 adına verilmiş JN-150A KOD 40108038 nömrəli şəhadətnamənin Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 30 iyun tarixli 08 saylı qərarı ilə Qazbinə kənd sakini İddiaçı verilmiş torpaq sahəsi üzərinə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Balakən rayon “Musabəyov” adına kolxozun təftiş komissiyasınn aktı əsasında ona 1989-cu ildə torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi təsərrüfat qurmuş və indiyədək həmin təsərrüfatdan ailə üzvləri ilə birlikdə istifadə edir. İddiaçı qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etdikdə ona məlum olmuşdur ki, torpaq sahəsi JN-150A kod 40108038 nömrəli Şəhadətnamədə qeyd edilən X4 Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəblə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, JN-150A kod 40108038 nömrəli şəhadətnamənin onaməxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 27.06.2008-ci ildə vəfat etmiş, onun anası, yəni iddia ərizəsində iddiaçı tərəfindən üçüncü şəxs qismində qeyd edilən X6 vərəsə olaraq müəyyən edilmiş və sonuncunun adına MH seriyalı ******* nömrəli çıxarış və AA seriyalı 001821 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. T.Əliyeva sonradan torpaq sahəsini digər şəxsə notarial qaydada satmış və iş materialları ilə sübut olunur ki, üzərində mübahisə olan 0.07 ha torpaq sahəsi hazırda RX seriyalı ******* nömrəli çıxarışa əsasən X1 xüsusi mülkiyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmənin 01.12.2021-ci il tarixli 2- 1(116)-1109/2021 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmənin icraatına qəbul edilmiş, X3 üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddiaçıya 01.12.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və nəzərinə çatdırılmışdır ki, onun cavabdeh orqana etdiyi müraciəti ilə hazırkı iddia tələbi uyğun deyil. Belə ki, cavabdeh orqanın 20.08.2021-ci il tarixli etirazından görünür ki, o, ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. Lakin iddia tələbində Qazbinə kənd sakini X2 adına verilmiş JN-150A KOD 40108038 nömrəli şəhadətnamənin iddiaçıya verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Yardım məktubunda həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, hazırkı iddia predmeti ilə bağlı analoji mübahisəyə əvvəl mülki məhkəmə icraatında baxılmış, tələbi hazırkı iddia tələbinin predmetinə aid hissədə təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd edilənlərlə və həmçinin iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilmiş, yardım məktubu 07.12.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, məktuba münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Müəyyən edilir ki, iddiaçının cavabdehə olan müraciəti ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi ilə bağlı olmuş və hazırki tələb üzrə cavabdehə müraciət edilməmişdir. Bu isə cavabdehin hərəkətlərində (hərəkətsizliyində) iddiaçının hüquqlarının pozulmasına yönələn halların olmasını istisna edir. Digər tərəfdən məhkəmə xüsusi olaraq vurğulayır ki, hətta iddiaçı hazırki tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş olsaydı belə, iddia yenə də qeyri-mümkün olacaqdı. Belə ki, iş materiallarına əsasən iddiaçının analoji iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “...... X2 adına verilmiş JN-150A KOD 40108038 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası Balakən Rayon Məhkəməsinin 28.12.2010-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və iddia tələbi “JN-150A KOD 40108038 nömrəli şəhadətnamənin ləğv edilməsi” hissəsində təmin edilmişdir. X8 Məhkəməsinin Mülki Kollegiyasının 30.06.2011-ci il tarixli 2(107)-288/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “X2 adına verilmiş JN-150A KOD 40108038 nömrəli şəhadətnamənin ləğv edilməsi” hissəsində ləğv edilmiş və iddia tələbi “X2 adına verilmiş JN-150A KOD 40108038 nömrəli şəhadətnamənin ləğv edilməsi” hissəsində təmin edilməmişdir. İddiaçı tərəfindən verilən kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.11.2011-ci il tarixli 2(102)-3481/11 nömrəli qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.06.2011-ci il tarixli 2(107)- 288/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli Qazbinə kənd sakini X2 adına verilmiş JN-150A KOD 40108038 nömrəli şəhadətnamənin Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 30 iyun tarixli 08 saylı qərarı ilə Qazbinə kənd sakini İddiaçı verilmiş torpaq sahəsi üzərinə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1109/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1109/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver