Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1109/2024 02.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan mərhum həyat yoldaşı X2 məxsus doğum haqqında akt qeydində “Qurban” adına düzəliş olunaraq “Məmməd” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan mərhum həyat yoldaşı X2 məxsus doğum haqqında akt qeydində “Qurban” adına düzəliş olunaraq “Məmməd” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Babayeva (Eldarova) Rübabə Hümbət qızı xx xxxxxx 1961-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Laza kəndində anadan olmuşdur. xx.xx.1978-ci il tarixində X3 ilə nikahı qeydə alınmışdır. Həyat yoldaşı X3 04 iyul 2014-cü il tarixində kəskin tənəffüs, ürək-damar çatmamazlığı xəstəliyindən vəfat etmişdir. Sənədləşmə işinə görə Cavabdehnə müraciət etmiş və araşdırma zamanı mərhum həyat yoldaşının vaxtilə Qutqaşen (indiki Qəbələ) rayon Laza kənd sovetliyi tərəfindən xx.xx.1950-ci ildə tərtib edilmiş 47 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən uşaq haqqında məlumat qrafasında adı “Məmməd” əvəzinə səhvən “Qurban” kimi qeyd olunması müəyyən edilmişdir. Hamı isə onu X1 tanımışdır. Həmçinin, pasportunda, nikah, ölüm və uşaqların doğumu haqqında şəhadətnamələrdə və s. digər sənədlərdə X1 yazılmışdır. Hal-hazırda sənədləşmə işi ilə əlaqədar Qeydiyyat şöbəsinə müraciət etsə də, adının Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə “Qurban” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. Cavabdehnə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş mərhum həyat yoldaşının adının düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 17 noyabr 2023-cü il tarixli, 3-16-5/8- 15/B- 239/2023 saylı imtina məktubu da verilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, İ-ЖГ 467978 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə (xx.xx.1978-ci il tarixli 3 nömrəli nikahın bağlanması haqqında akt qeydi), AZ-İ672178 nömrəli ölüm haqqında şəhadətnamə, НЗ ******* hərbi bilet, Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş fərdi uçot kartoçkası, xx.xx.2014-cü il tarixli 04 nömrəli ölüm haqqında akt qeydi, xx.xx.1985-ci il tarixli, xx.xx.1993-cü il tarixli 7 nömrəli, xx.xx.1988-ci il tarixli 4 nömrəli, xx.xx.1989-cu il tarixli 23 nömrəli, xx.xx.1970-ci il tarixli 26 nömrəli, xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydləri. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum əri xx.xx.1950-ci ildə doğulmuşdur. Onun barəsində Qutqaşen (indiki Qəbələ) rayon Laza kənd sovetliyi tərəfindən xx.xx.1950-ci ildə 47 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, adı “Qurban qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi xx.xx.2014-cü il tarixli 04 nömrəli ölüm haqqında akt qeydində, iddiaçının övladlarına aid xx.xx.1985-ci il tarixli, xx.xx.1993-cü il tarixli 7 nömrəli, xx.xx.1988-ci il tarixli 4 nömrəli və xx.xx.1989-cu il tarixli 23 nömrəli doğum akt qeydlərində, xx.xx.1978-ci il tarixli 3 nömrəli nikah akt qeydində o cümlədən iş materiallarında olan AZ-İ672178 nömrəli ölüm haqqında şəhadətnamədə, НЗ ******* hərbi biletdə, Qəbələ rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçkasında iddiaçının mərhum həyat yoldaşının “Məmməd” olaraq qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə “Qutqaşen (indiki Qəbələ) rayon Laza kənd sovetliyi tərəfindən tərtib edilmiş xx.xx.1950-ci ildə 47 nömrəli doğum haqqında akt qeydində “Qurban”adına düzəliş edilərək “Məmməd” adının qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.