Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1110/2023 21.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qəbələ rayonu Cığatelli Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Cığatelli Bələdiyyəsinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 216 manat maddi zərərin indeksasiya edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qəbələ rayonu Cığatelli Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayonu Cığatelli Bələdiyyəsinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 216 manat maddi zərərin indeksasiya edilərək, mənəvi zərərə görə isə 1500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1110/2023 nömrəli qərardadı ilə iddia tələbinin “mənəvi zərərə görə isə 1500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, İddiaçı (bundan sonra iddiaçı)-X8 oğlu, hüquqi varisidir. X15 10 sentyabr 2021-ci ildə vəfat edib. İddiaçı 23 yanvar 2022-ci ildə anasının hüquqi varisi olmasına dair vərəsəlik şəhadətnaməsi alıb. Kütah Səfərəliyeva 15 sentyabr 2006-cı il tarixində Qəbələ rayonu X19 torpaq sahəsi almaq barədə müraciət edib. X16 iclasında baxılıb və ona torpaq sahəsinin ayırlmasına dair 25 sentyabr 2006-cı il tarixli qərar qəbul edilib. Qərara əsasən ərizəçiyə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 hektar topraq sahəsi verilib. Torpağın alqı-satqısı müqabilində 02 oktyabr 2006-cı il tarixdə Kütah Səfərəliyeva tərəfindən Həmzəli Bələdiyyəsinin hesabına 216 (iki yüz on altı) manat pul ödənilib. Torpaq sahəsinin alqı-satqısına dair X7 və Həmzəli Bələdiyyəsinin sədri Şirinov G.M. oğlu və D.T.X.K.-nin Qəbələ rayon şöbəsinin müdiri X17 iştirakı ilə 03 oktyabr 2006cı il tarixində tərtib edilərək imza və möhürlə təsdiq edilib. Kütah Səfərəliyeva sözügedən torpaq ərazisində fərdi yaşayış evi inşa etmək istəyərkən qonşuları ona mane olub, bunun üçün də mənzilin tikintisi yarımçıq qalıb. X9 qonşusu və xalası oğlu X6 rayon Həmzəli Bələdiyyəsinə qarşı “Bələdiyyənin qərarının qanunsuz hesab olunması və nəticələrinin ləğv olunması tələbinə” dair Qəbələ rayon Məhkəməsində iddia qaldırıb. Kütah Səfərliyeva məhkəmə prosesinə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilib və prosesdə iştirak edib. Qəbələ rayon Məhkəməsinin (Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi ilə) 18 aprel 2007-ci il tarixli, İş № 2-84 2007-ci il saylı qətnaməsi ilə Qəbələ rayon Həmzəli bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə 25 sentyabr 2006-cı il tarixli qərarı qanunsuz hesab edilib və həmin torpaq sahəsinin alqı-satqısına dair 03 oktyabr 2006-cı il tarixli Akt etibarsız sayılmaqla ərizəçi X13 hüquqlarının pozulmasına dair halların bələdiyyə tərəfindən tamamilə aradan qaldırılması qət edilib. Həmin qətnamədən apellyasiya şikayəti verilməyib və qətnamə qanuni qüvvəsini alıb. Kütah Səfərəliyevanın ölümündən sonra vərəsəsi cavabdeh orqanın torpağın alqısatqısı müqabilində ödənilmiş 216 manatı geri qaytarmadığını öyrənib. İddiaçının sözügedən pulun indeksləşdirilərək geri, ona ödənilməsi barədə cavabdehə rəsmi müraciəti (xx.xx.2022-ci il tariximdə) heç bir səmərə verməyib. Nəticədə iddiaçı maddi zərərə məriz qalıb, keçirdiyi mənəvi sarsıntı və stress nəticəsində ona həmçinin mənəvi zərər dəyib. İddiaçıya ona dəymiş mənəvi zərəri 1500 (bir min beş yüz) manat məbləğində qiymətləndirir. İddiaçı hesab edir ki, maddi ziyan məbləğini təşkil edən 216 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq indeksasiya edilərək ona ödənilməlidir. Beləliklə, aşağıdakılara əsasən cavabdehin torpaq sahəsinin əvəzi kimi ödənilmiş 216 (iki yüz on altı) manat pulu indeksləşdirərək geri qaytarmaması qanunsuz hesab edilməli və cavabdeh qurumun üzərinə maddi ziyan olaraq 216 manatın indeksləşdirilərək, mənəvi ziyan əvəzi olaraq isə 1500 manatın iddiaçıya ödənilməsinə dair qərar çıxarılmalıdır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 21 nömrəli məktubu ilə iddia tələbinə münasibətində aşağıdakıları qeyd etmişdir: - İddiaçı, (İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5) 2 oktyabr 2006cı il tarixdə bələdiyyəyə torpaq ayrılması üçün 216 (iki yüz on altı) manat vəsait ödəmişdir. Qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin satışının həyata keçirilməsi üçün satılması nəzərdə tutulan bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmalı yalnız bundan sonra bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin satışı həyata keçirilə bilər, lakin torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadan vətəndaş tərəfindən əvvəlcədən 216 (iki yüz on altı) manat vəsait ödənildiyinə görə bələdiyyənin 20 fevral 2023-cü il tarixli iclasın qərarı ilə onun ödədiyi vəsait özünə geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Həmzəlli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 2 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri Mətbuat prospekti məhəllə 501 ev 6A mənzil 12-də yaşayan X12 fərdi ev tikmək üçün 0,06 ha torpaq sahəsi satılmışdır. - xx.xx.2006-cı il tarixli 06 nömrəli qəbzdən görünür ki, X3 bələdiyyəsinin hesabına torpaq alqı-satqısı üçün 216 manat pul məbləği ödəmişdir. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-84-2007 nömrəli qətnaməsindən görünür ki, Qəbələ rayon Həmzəlli bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin X1 barədə xx.xx.2006-cı il tarixli qərarı qanunsuz hesab edilmiş və həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akt etibarsız sayılmaqla ərizəçinin hüquqlarının pozulmasına dair hallar bələdiyyə tərəfindən tamamilə aradan qaldırılması qət edilmişdir. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli XQ(025)-34/2023 nömrəli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsində iddiaçı X13 cavabdeh Qəbələ rayon Həmzəlli Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv olunması” tələbinə dair iddiası üzrə 18 aprel 2007-ci il tarixdə qətnamə qəbul olunmuş, həmin qətnamə ilə Qəbələ rayon Həmzəlli Bələdiyyəsinin 0.06 hektar torpaq sahəsinin X1 barədə 25 sentyabr 2006cı il tarixli qərarı qanunsuz hesab edilmiş və həmin torpaq sahəsinin alqı-satqısına dair 03 oktyabr 2006-cı il tarixli akt etibarsız sayılmaqla, ərizəçinin hüquqlarının pozulmasına dair hallar bələdiyyə tərəfindən tamamilə aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə iş üzrə iddiaçı X14 19 aprel 2007-ci il tarixdə, cavabdeh Qəbələ rayon Həmzəli Bələdiyyəsinə 23 aprel 2007-ci il tarixdə təhvil verilmişdir. Qeyd olunan Qətnamə 24 may 2007-ci il tarixdə qanuni qüvvəsini almışdır. Qətnamə icra olunması üçün 25 may 2007-ci il tarixdə Qəbələ rayon Həmzəli Bələdiyyəsinə göndərilmiş, Bələdiyyənin Sədrinin 06 iyul 2007-ci il tarixli məktubunda məhkəmənin 2-84\2007 saylı 18 aprel 2007-ci il tarixli qətnaməsinin icra olunduğu göstərilmişdir. - xx.xx.2023-cü il tarixli 7 nömrəli ödəniş tapşırığından görünür ki, Qəbələ rayonu Cığatelli bələdiyyəsi X2 hesabına 216 manat pul məbləği ödəmişdir. - Qəbələ rayonu Cığatelli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 8 nömrəli iclas protokolundan görünür ki, İddiaçı və iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 bələdiyyə tərəfindən 216 (iki yüz on altı) manat pulun geri ödənilməsi qərarı alınmışdır. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1110/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3488 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən Azərbaycan Respublikası Mərkəzi Bankının (cbar.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi indeksasiyaya əsasən 216 manat pul məbləğinin xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək indeksasiya faiz dərəcələrini nəzərə alınmaqla qeyd edilən 216 manatın indeksasiyası ümumilikdə 252,94 manat məbləğində müəyyən edilmişdir. - Qəbələ rayon Cığatelli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 39 nömrəli məktubundan görünür ki, Qəbələ rayon Cığatelli bələdiyyəsi Şəki İnzibati Məhkəməsi tərəfindən göndərilən məktuba cavab olaraq 14 mart 2023-cü il tarixində 21 nömrəli məktubla cavab vermişdir. İddiaçı (iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5) 20 fevral 2023-cü il tarixli iclasın qərarı ilə onun ödədiyi 216 (iki yüz on altı) manat pul vəsaiti özünə geri qaytarılması nəzərdə tutulmuşdur. 6 mart 2023-cü il tarixində 7 nömrəli ödəniş tapşırığı ilə iddiaçı X2 şəxsi kart hesabına köçürülmüşdür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2023-cü il tarixli teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia qismən əsaslıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından görünür ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2- 84-2007 nömrəli qətnaməsi ilə Qəbələ rayon Həmzəlli Bələdiyyəsinin 0.06 hektar torpaq sahəsinin X1 barədə 25 sentyabr 2006-cı il tarixli qərarı ləğv edilmişdir. Sözügedən qətnamə 24 may 2007-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı mərhum anasının hüquqi varisi olaraq həmin torpaq sahəsinin əldə edilməsi üçün bələdiyyənin hesabına ödənilmiş 216 manat maddi zərərin indeksasiya edilərək ona ödənilməsində maraqlıdır. Göründüyü kimi cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi ziyan arasında səbəli-əlaqənin olması aşkardır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 8 nömrəli iclas protokoluna əsasən İddiaçı və iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 bələdiyyə tərəfindən 216 (iki yüz on altı) manat pulun geri ödənilməsini qərara almış, bununla da mərhum Kütah Səfərəliyevanın vərəsəsinə maddi ziyan vurulmasını faktiki olaraq qəbul etmişdir. Məhkəmə tərəfindən 216 manat pul məbləğinin xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək indeksasiyasının müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli 2- 1(116)-1110/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının nəticəsində 216 manat pul məbləğinin indeksasiyası ümumilikdə 252,94 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan qalıq 36,94 manat pul məbləğini də iddiaçıya ödəmək öhdəliyi daşıyır. Bundan başqa iş üzrə ekspert rəyinin verilməsinə görə 100 (yüz) manat xərc çəkilmişdir. İnzibati Prossesual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Həmin Məcəllənin 111.2ci maddəsinə əsasən proses iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər. Hazırkı iş üzrə cavabdeh orqan xx.xx.2023-cü il tarixli 8 nömrəli iclas protokolu ilə iddiaçıya maddi ziyan vurulmasını və buna görə də 216 manat pul məbləğinin ödənilməsini qəbul etmiş, lakin həmin məbləği indeksasiya etmədən sözügedən məbləğin ödənilməsini həyata keçirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, prosessual xərci tam şəkildə ödəmək vəzifəsi də cavabdehin üzərinə qoyulmalıdır. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin olunsun. Cavabeh Qəbələ rayonu Cığatelli Bələdiyyəsinin üzərinə indeksasiya olunmuş 36.94 manat pul məbləğinin İddiaçı ödənilməsi öhdəliyi qoyulsun. Ekspertiza xərci cavabdehə aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 100 (yüz) manat pul məbləği cavabdeh Azərbaycan Respublikası Qəbələ rayonu Cığatelli Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X11, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-1110/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1110/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver