Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1111/2024 02.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon Ləkit kəndi keçmiş “Lenin yolu” kolxozunun xx.xx.1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayon Ləkit kəndi keçmiş “Lenin yolu” kolxozunun xx.xx.1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1111/2024 nömrəli qərardadı ilə X8 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia ərizəsinə əsasən iddiaçıya Qax rayon Ləkit kəndi keçmiş “Lenin yolu” kolxozunun xx.xx.1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 1991-ci ildə ev tikmişdir. Həmin torpaq sahəsinin və evin texniki pasportunu 1998-ci il tarixdə almışdır. Hazırda həmin torpaq sahəsinə və evə dair vahid çıxarış almaq istəyir. Lakin cavabdeh əsassız olaraq çıxarış verməkdən imtina edir. Belə ki, ölçü işləri aparılarkən səhvə yol verilmişdir. Səhvən iddiaçının qonşusu olan anasının torpaq sahəsini ölçmüşlər. Lakin faktiki istifadəsində 0.12 ha torpaq sahəsi vardır. Belə olan halda mən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının qonşularla sərhəd mübahisəsi var. Həmçinin iddiaçının iddia etdiyi 0.12 ha torpaq sahəsinə JN-001F nömrəli 2004 cü il tarixli X7 adına 0.33 ha şəhadətnamə işlənmişdir.Həmin şəhadətnamə əsasında 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən **********53-10301 reyestr nömrəli Dövlət Reyestrindən çıxarış və texniki pasport qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxslər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. 58 inventar nömrəli, 1998-ci il tarixli texniki pasportun surətindən görünür ki, Qax rayon Zərnə kəndində 0.12 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin hüquq suyekti İddiaçıdur.
3. Qax rayon Ləkit kənd Lenin adına kolxozun xx.xx.1990-cı il tarixli iclas protokolunun İddiaçı aid hissəsinin təsdiq edilmiş surəti,
4. Qax rayon Ləkit kəndi ƏİN-nin 1991-1995,1996-2000,2001-2005 və 2006- 2010-cu illərə aid təsərrüfatbaşına kitabdan İddiaçı təsərrüfatına dair çıxarışın surəti;
5. JN-001F saylı kod 40314028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X9, X8 və X10 0,33 ha torpaq sahəsi ayrılmışdır.
6. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayon Zərnə kəndində yerləşən 0.33 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur.
7. 160 inventar nömrəli, xx.xx.2022-ci il tarixli texniki pasportun surətindən görünür ki, Qax rayon Zərnə kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin hüquqi suyekti X3r.
8. 08.05.2022-ci il tarixli daşınmaz əmladın bağışlanma müqaviləsindən görünür ki, X8 özünə məxsus fərdi yaşayış evini X4 bağışlamışdır.
9. 3022010813 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayon Zərnə kəndində yerləşən 0.33 ha torpaq sahəsi X2 mülkiyyətindədir.
10. 160 inventar nömrəli, xx.xx.2022-ci il tarixli texniki pasportun surətindən görünür ki, Qax rayon Zərnə kəndində 0.12 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin hüquqi suyekti X5r.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qax rayonu Ləkit kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı adı qeyd olunmamışdır.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-2106/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3907/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyinə əlavə.
Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Qax rayon Ləkit kəndi keçmiş “Lenin yolu” kolxozunun xx.xx.1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı verilmiş torpaq sahəsinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin təqdim etdiyi sənədlərdə koordinatların olmadığından müəyyən etmək mümkün deyil. İddiaçın İddia etdiyi torpaq sahəsi JN-001F nömrəli 2004 cü il tarixli Şəhadətnaməyə əsasən X11 .X9 və X7 adına 0qeydə alınmışdır. Həmin Şəhadətnamə əsasında 12 saylı Şəki Ərazi idarəsi tərəfindən **********53- 10301 reyestr nömrəli Dövlət Reyestrindən Çıxarış və texniki pasport qeydiyyata alınmışdır.iddia olunan torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, Uqodiyası-tikinti altında olan torpaqlar,mülkiyyətçisi - X5r. İddia olunan torpaq sahəsi 1998-ci il tarixli 58 inventar nömrəli texniki pasportda qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları olmadığından müəyyən etmək mümkün deyil. 1998-ci il tarixli 58 inventar nömrəli texniki pasporta qeyd olunan torpaq sahəsinin koordinatları olmadığından, Faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün deyil. Həmçinin,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı mülkiyyətinə JN-120A nömrəli 2004 cü il tarixli şəhadətnamə əsasında 0.12 ha torpaq sahəsi verilmişdir.Şəhadətnamədə göstərilən torpaq sahəsi,İddia olunan torpaq sahəsindən 2077 metir məsafədə yerləşir.Həmin torpaq sahəsi 2012-ci ilə qədər boş torpaq sahəsi olub. Həmin torpaq sahəsində 2012-ci ildə zəlzələ zamanı yararsız hala düşmüş fərdi yaşayış evinin əvəzinə FHN tərəfindən yeni ev inşa edilmiş və vətəndaşın adına **********15-10301 reyestr nömrə ilə 0.12 ha torpaq sahəsi, 153.8 kv.m ümumi sahəsi fərdi yaşayış evi qeydiyyata alınmışdır. Təqdim olunan mütəxəssis rəyinə əlavəyə əsasən müəyyən edilmişdir ki, X2 iddi olunan torpaq sahəsinə reyestrdən Çıxarışı var. İddiaçıa verilmiş torpaq sahəsinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin təqdim etdiyi sənədlərdə koordinatların olmadığından müəyyən etmək mümkün deyil. Əraziyə baxış zamanı məlum olmuşdur ki,1998-ci ildə verilmiş texniki pasportdakı ev hal hazırda iddia olunan torpaq sahəsi üzərindəki evə uyğun gəlmir. İddia olunan torpaq sahəsi üzərində köhnə evin qalıqları var. 58 inventar nömrəli texniki pasportda qeyd edilən evi, iddia olunan torpaq sahəsi üzərində köhnə qalıqları olan yerdə olduğunu nəzərə alsaq 1998-ci il tarixli 58 inventar nömrəli texniki pasportda olan torpaq sahəsini ölçülərini həmin əraziyə yerləşdirmək olar. iddia olunan ərazidə 58 inventar nömrəli pasportdakı evə uyğun gəlməyən 1 mərtəbəli ümumi sahəsi 14.8 kv.m olan 1 otaqlı yaşayış evi var. Evin yanında hamam və talvar var.lddia olunan torpaq sahəsinin sərhədləri metal torla bağlıdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 0.12 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki,məhkəmə araşdırması zamanı iddia olunan 0,12 ha torpaq sahəsi üzərində qeydə alınmış hüquq olduğu müəyyən edilmişdir.Yəni,digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qeydə alınmasına münasibətdə iddiaçının hüquqi marağı mövcud olmadığından iddia bütövlükdə mümkünlük şərtinə cavab vermir.Naturada göstərilən torpaq sahəsinə münasibətdə iddia mümkün olmadığı halda prosessual qənaət prinsipi baxımından fərdi yaşayış evinə dair əlavə araşdırma aparılmasına zərurət qalmamışdır. İddiaçıya hüquqi yardım qaydasında izah edilmişdir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli nömrəli çıxarış və onun ilkin qeydiyyatı mübahisələndirilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon Ləkit kəndi keçmiş “Lenin yolu” kolxozunun xx.xx.1990-cı il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə