Məhkəmə qərarları › İş №2-1(116)-1113/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1113/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1113/2022 26.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 12 saylı Şəki ərazi idarəsinə qarşı “24 may 2006-cı il tarixli JN-809-B Kod: 40406018 nömrəli şəhadətnamənin cizgisi daxilində yerləşən 0,125 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Aqrar İslahat Komissiyasının 23 iyun 2002-ci il tarixdə 05 nömrəli qərarına əsasən torpaq sahəsinin mərhum X10 və X4 mülkiyyətinə verilməsi barədə 24 may 2006-cı il tarixli JN-809-B. Kod: 40406018 nömrəli şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsinin X1nun adına sənədləşdirilməsinə dair qərar çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək cavabdeh DDT və XK-nin Şəki rayon şöbəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 12 saylı Şəki ərazi idarəsi ilə əvəz edilməsini xahiş etmiş, həmçinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tələbini dəqiqləşdirərək, 24 may 2006-cı il tarixli JN-809-B Kod: 40406018 nömrəli şəhadətnamənin cizgisi daxilində yerləşən 0,125 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə qeydiyyatın aparılması və müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələr icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Hal-hazırda yaşadığı ev atasının adınadır. Mübahisə etdiyi torpaq sahəsi 15 dekabr 1973-cü il tarixində "Qafqaz" kolxozunun 15 oktyabr 1969-cu il tarixli ümumi iclasının 9 nömrəli qərarına əsasən mərhum X1nun adına verilmişdir. Həmin vaxtdan qeyd etdiyi torpaq sahəsindən iddiaçı və ailəsi bu günə kimi istifadə edirlər. X1 xx.xx.2000-ci ildə, anası X12 xx.xx.2006-cı ildə vəfat etmişdir. Onların ailəsinə veriləsi torpaq sahəsi DTXK-nın Şəki rayon Şöbəsinin işçilərinin səhlənkarlığı, məsuliyyətsizliyi nəticəsində atasının bacısı X10 və onun baldızı X4 adına verilmişdir. Hansı ki, həmin torpaq sahəsindən bu günə kimi onlar və onların ailə üzvləri istifadə etməmiş və həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisələri yoxdur. Həmin torpaq sahəsində 1969-cu ildən bu günə qədər iddiaçı və onun ailə üzvləri istifadə edirlər. Əslində həmin torpaq sahəsi onun mərhum X1nun adına verilməli idi. Səhv verilmiş şəhadətnamənin ləğv olunması üçün 12 may 2014-cü ildə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsindən xx.xx.2006-cı il tarixli JN-809-B, kod: 40406018 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərarı almış. Ancaq həmin qərarda torpağın X1na məxsus olduğu qərarın izahat hissəsində göstərilsə də, yekun qərarda torpağın X5 adına sənədləşdirilməsi sözü qeyd edilməmişdir. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Şəki Rayon Şöbəsinə məktubla müraciət edib xahiş etmişdir ki, həmin torpaq sahəsi X1nun adına sənədİəşdirilsin. Onlar isə 12 may 2014-cü ildə məhkəmə qərarında həmin torpaq sahəsinə verilmiş səhv şəhadətnamənin ləğv olunması qeyd edilsə də, ancaq X1nun adına işlənməsi sözü qeyd edilmədiyini bildirərək, müraciətin təmin olunmasından imtina etmişlər. Cavabdeh xx.xx.2022-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı 15 dekabr 1973-cü il tarixdə “Qafqaz” Kolxozunun 15 oktyabr 1969-cu il tarixli ümumi iclasının 9 nömrəli qərarına əsasən mərhum X1nun adına verilmiş torpaq sahəsinə çıxarış verilməsi məqsədilə xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət ünvanlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2-1(84)-175 saylı qərarında X3 və X4 adlarına olan kod 40406018, JN-809B saylı şəhadətnamə ləğv edilsə də, X5 adına çıxarış verilməsi öhdəliyi qoyulmamışdır. Həmçinin təqdim olunan Şəki rayonu, Baş Göynük kənd “Qafqaz” Kolxozunun 15 oktyabr 1969-cu il tarixli, 9 saylı qərarında torpaq sahəsinin ölçüsü göstərilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunun xx.xx.1969-cu il tarixli 9№-li ümumi yığıncağının protokolundan görünür ki, X5 ərizəsi nəzərə alınmaqla onun həyətyanı torpaq sahəsinin münasib yerdən tamamlanması qərara alınmışdır. - xx.xx.1973-cu il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, akt Baş Göynük kənd sakini X8 (70xx23=920 kv.m) “Qafqaz” kolxozunun xx.xx.1969-cu il tarixli ümumi iclasının 9 nömrəli protokolunun qərarına əsasən verilmiş 0.09 ha torpaq sahəsinin təhkim edilməsi ilə bağlı tərtib edilmişdir. - JN 809B kod 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli qərarı ilə X3 və X4 mülkiyyətinə 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. - JN 809A kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli qərarı ilə X3 və X4 mülkiyyətinə 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. - AZ seriyalı 029157 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı 497598 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2011-ci tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı 197862 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2006-ci il tarixdə vəfat etmişdir. - Baş Göynük icra nümayəndəliyinin xx.xx.2009-cu il tarixli 363 nömrəli arayışından görünür ki, X5 vərəsələri arvadı X13 və oğlu İddiaçı olmuşdur. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-175/2014 nömrəli qərarından görünür ki, iddia təmin edilmiş, Aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixində 05 nömrəli qərarına əsasən torpaq sahəsinin mərhum X10 və X4 mülkiyyətinə verilməsi barədə xx.xx.2006-cı il tarixli JN-809B, kod 40406018 nömrəli şəhadətnamə ləğv edilmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarından göründüyü kimi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-175/2014 nömrəli qərarı ilə xx.xx.2006-cı il tarixli JN-809B, kod 40406018 nömrəli şəhadətnamə ləğv edilmiş və həmin şəhadətnamənin ləğv edilməsi ilə bağlı hüquqi mövqeyini məhkəmə onunla əsaslandırmışdır ki, “Qafqaz” kolxozunun xx.xx.1969cu il tarixli ümumi iclasının 9 nömrəli protokolunun qərarına əsasən X8 0.09 ha həyətyanı torpaq sahəsi verilməsinə baxmayaraq JN809B nömrəli şəhadətnamə ilə həmin torpaq sahəsi X6 və X4 mülkiyyətinə verilmişdir. Sonuncuların mülkiyyətinə verilmiş JN809B nömrəli şəhadətnamədə qeyd edilən 0.14 ha torpaq sahəsi A.Mazanova 1969-cu ildə verilmiş və hazırda oğlu İddiaçı tərəfindən istifadə olunan torpaq sahəsidir. Göründüyü kimi istinad olunan məhkəmə qərarının əsaslandırma hissəsində JN809B nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin X6 və X4 adına texniki səhv nəticəsində qeyd edilməsi göstərilmiş və sözügedən torpaq sahəsinin A.Mazanova 1969-cu ildə verilmiş torpaq sahəsi olmasına hüquqi qiymət verilmişdir. Odur ki, sözügedən qərarda həmin torpaq sahəsinə X5 adına çıxarış verilməsi öhdəliyi qoyulmaması ilə bağlı cavabdehin imtinasının dəlilləri əsassız olmuşdur. Belə ki, müvafiq öhdəlik qoyulmasa belə cavabdeh orqan istinad olunan məhkəmə qərarı və yuxarıda sadalanan sübutlar əsasında həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalı olan subyekti müəyyən etməli idi. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqana sorğu göndərilmiş, cavabdeh orqan tədqiq olunan 0.1250 ha torpaq sahəsinə dair 95 manat xidmət xərcinin ödəniləcəyi halda müvafiq rəyin təqdim ediləcəyini bildirmişdir. Həmin pul məbləğinin ödənilməsi iddiaçıya təklif edilmiş, lakin iddiaçı müvafiq şəhadətnamənin səhv tərtib edilməsinin və sonradan düzgün sənədin işlənməməsinin cavabdehin özünün birbaşa təqsiri ilə bağlı olduğunu bildirərək, mütəxəssis xərcinin ödənilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, müvafiq rəy təqdim edilmədən iddia tələbinə mahiyyəti üzrə baxılması mümkündür. Belə ki, cavabdehin təqdim etdiyi hesab-fakturadan görünür ki, tədqiqat olunan torpağın sahəsi 0.1250 ha-dır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-175/2014 nömrəli qərarı ilə ləğv edilmiş JN-809B, kod 40406018 nömrəli şəhadətnamədə isə torpaq sahəsi 0.14 ha göstərilmişdir. Göründüyü kimi iddiaçının tələbi cavabdeh orqanın naturada müəyyən etdiyi və tədqiqatını apardığı 0.1250 ha torpaq sahəsi ilə bağlıdır və həmin torpaq sahəsinə dair tələbi JN-809B, kod 40406018 nömrəli şəhadətnamənin cizgisinə uyğun irəli sürür. Cavabdeh orqan da həmin torpaq sahəsinin şəhadətnamədə qeyd edildiyi kimi 0.14 ha deyil, 0.1250 ha olmasını naturada müəyyən etmiş və həmin torpaq sahəsinə dair mütəxəssis xərci tələb etmişdir. Belə olan halda iddiaçının tələbi JN-809B, kod 40406018 nömrəli şəhadətnamənin cizgisi daxilində olan və cavabdehin naturada müəyyən etdiyi 0.1250 ha torpaq sahəsi ilə bağlı olduğundan və həmin torpaq sahəsinə dair mövcud olan yeganə sənəd - JN-809B, kod 40406018 nömrəli şəhadətnamə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-175/2014 nömrəli qərarı ilə ləğv edildiyindən, həmin torpaq sahəsinin naturada müəyyən edilmiş ölçüsündən başqa digər xüsusiyyətlərinin araşdırılması zərurəti aradan qalxmışdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 24 may 2006-cı il tarixli JN-809-B Kod: 40406018 nömrəli şəhadətnamənin cizgisi daxilində yerləşən 0,125 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə qeydiyyatın aparılması və mərhum X5 adına tərtib edilmiş müvafiq çıxarışın və plan-ölçü sənədinin İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar