Məhkəmə qərarları › İş №2-1(116)-1118/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1118/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1118/2020 25.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X2 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X3rşı “ərizəsinin rədd edilməsinə dair cavabdehin imtinasını əsassız hesab edib 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ərizəsinin rədd edilməsinə dair cavabdehin imtinasını əsassız hesab edib 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000ci il tarixli, 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 13 ha torpaq sahəsi 30 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Müqaviləyə uyğun olaraq tərəflər üzərlərinə düşən öhdəliyi yerinə yetirmiş, bələdiyyə torpağın naturada ayrılıb iddiaçının istifadəsinə verilməsini təmin etmiş, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN seriyalı, 5760 saylı şəhadətnamə verilmiş, bu barədə Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2005-ci il tarixdə qeyd aparılmışdır. İddiaçı 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-cı il tarixli, 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyesterində qeydiyyata alınmasına dair dəfələrlə müraciət etsə də bu barədə qeydiyyat aparılmamış, nəhayət ərizəsi cavabdeh tərəfindən rədd edilmiş, əsas olaraq "...ləğv edilmiş keçmiş DTXK-nın Zərdab rayon Şöbəsindən götürülmüş arxiv sənədlərində torpaq sahəsinin icarəyə verilməsinə JN seriyalı, 5760 saylı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin aşkar edilmədiyi.." göstərilmişdir. İddiaçı hesab edir ki, 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-cı il tarixli, 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aramızda bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə icarəsinə verilmiş 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınmasına dair ərizəsinin cavabdeh tərəfindən rədd edilməsi qanunsuz və əsassız olmuşdur. Cavabdeh orqan etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Zərdab rayonu, 1-ci Alıcanlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 04 saylı qərarı ilə icarəsinə verilmiş, 13.0 ha torpaq sahəsinin icarə müddətinin 30 il göstərilməsi ilə bağlı xx.xx.2020-ci tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X4 müraciət etmişdir. Aparılan araşdırma zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində torpaq sahəsinin icarəyə verilməsinə dair JN-5760 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin arxivinin aşkar olunmadığı, həmçinin elektron məlumat bazasında həmin torpaq sahəsinin 15 il müddətinə icarəyə verildiyi məlum olmuşdur. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən olunmuş qaydada ərizəsi qeydiyyata alınmadığı üçün torpaq sahəsinin müayinəsi aparılmamışdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarına əlavə edilən cavabdehin xx.xx.2020-ci il tarixli **********17 nömrəli imtina və xx.xx.2020-ci il tarixli **********34 nömrəli etiraz məktublarından müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etməmişdir. Belə ki, iddiaçı tələbində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh orqana müraciəti isə 1ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli 04 saylı icarə hüququ əsasında ona məxsus 13 ha torpaq sahəsinin icarə müddətinin 30 il göstərilməsi ilə bağlı olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X3rşı “ərizəsinin rədd edilməsinə dair cavabdehin imtinasını əsassız hesab edib 1-ci Alıcanlı bələdiyyəsinin xx xxxxx 2000-ci il tarixli 04 saylı qərarı və 1-ci Alıcanlı bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxx 2004-cü il tarixli icarə müqaviləsi ilə 30 il müddətinə 13 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar